Hal-hazırda Ayna qəzetinin 18.06.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 18.06.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
UEFA rəsmi qərar verdi
UEFA rəsmi qərar verdi
Ev sahibi stadionlar artıq bəllidir
Şənbə, 18.06.2011

İ.Rəfiyev mətn ölçüsü  

UEFA İcraiyyə Komitəsi 2013-cü ildə təşkil olunan Çempionlar Liqası, Avropa Liqası, eləcə də Superkubok yarışları final matçlarının keçiriləcəyi məkanların adlarını açıqlayıb. Qitənin ən mötəbər futbol turnirlərinin həlledici oyunlarına ev sahibliyi edəcək stadionlar artıq bəllidir. Belə ki, Çempionlar Liqasının 2013-cü ilin mayında təşkil olunan həlledici oyunu İngiltərədə - Londonun məşhur "Uembli" stadionunda keçiriləcək. Bu onunla əlaqədar olub ki, 2013-cü ildə İngiltərə Futbol Assosiasiyası 150 illik yubileyini keçirəcək. Seçim zamanı bu qurumun dünyada ən yaşlı futbol assosiasiyası olması da nəzərə alınıb. Maraqlıdır ki, Çempionlar Liqasında son final oyunu da məhz "Uembli"də keçirildi və "Barselona" "Mançester Yunayted"ə 3:1 hesabı ilə qalib gəldi.

Həmin ildə Avroliqa turnirinin final görüşü isə Hollandiyada - Amsterdamdakı "Amsterdam Arena"da təşkil olunacaq. Bu iki turnirin qalibi olan klublar isə Superkubok matçında Çexiya paytaxtında - Praqadakı "Eden" stadionunda münasibətlərinə aydınlıq gətirəcəklər. Bununla da UEFA Superkubokunda uzunmüddətlik ənənəyə son qoyulur. Belə ki, 1998-ci ildən etibarən hmin görüş yalnız Monako şəhərindəki "Lui II" stadionunda keçirilirdi. Xatırladaq ki, Çempionlar Liqası 2011/12 mövsümü üçün final görüşü mayın 19-da Almaniyada - "Münhen Arena"da keçiriləcək. Bundan 10 gün qabaq isə Rumıniyanın Buxarest şəhərində Avroliqanın ən güclü klubu müəyyənləşəcək. Yeri gəlmişkən, bu il Avropa turnirlərində ölkəmizi 4 komanda təmsil edəcək. "Neftçi" Çempionlar Liqasında, "Xəzər-Lənkəran", "Qarabağ" və AZAL Avroliqada çıxış edəcəklər. Sonda onu da bildirək ki, İcraiyyə Komitəsinin iclasında 2016-cı il Avropa çempionatının final mərhələsi iştirakçılarının sayı da artırılıb. Bu qitə birinciliyində 16 yox, 24 komanda çıxış edəcək. Turnir çərçivəsində isə 31 yox, 51 qarşılaşma olacaq.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Xaricdəki mədəniyyət mərkəzləri səfirliyə bağlanır

Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu

"Haaqa məhkəməsinin qərarı Qarabağ üçün presedent ola bilməz"

Gündəlik barədə fikir söyləyən olmadı

"Büdcədənkənar büdcələr"

Bölmənin digər xəbərləri
 
"Azərreyl"in hədəfi böyükdür
Komanda Avropa meydanlarında daha uğurla çıxış etmək istəyir

Azərbaycanda ilk dəfə
Bakıda WTA (Qadın Tennisçilər Assosiasiyası) seriyasına daxil olan beynəlxalq "Baku Cup" turniri keçiriləcək

"Araz" rəqiblərini iyulun 6-da tanıyacaq


Millimiz London-2012-nin təsnifat mərhələsinə qatılmır!


109 ölkədən 345 idmançı Bakıya gələcək




Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər