Hal-hazırda Ayna qəzetinin 18.06.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 18.06.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
"Azərreyl"in hədəfi böyükdür
"Azərreyl"in hədəfi böyükdür
Komanda Avropa meydanlarında daha uğurla çıxış etmək istəyir
Şənbə, 18.06.2011

İlham mətn ölçüsü  

Azərbaycan gələn mövsüm voleybol üzrə Çempionlar Liqası turnirində iki komanda ilə təmsil olunacaq. Avropanın ən nüfuzlu klub turnirində ölkə çempionatının qızıl medallarına sahib çıxan Bakının "Rabitə" və Azərbaycanın ən titullu komandası "Azərreyl" mübarizə aparacaq. Bu mötəbər yarışda 11 ölkədən 20 klub mübarizə aparacaq. Qeyd edək ki, Çempionlar Liqasında yalnız 2 ölkə - İtaliya və Türkiyə 3 komanda ilə mübarizə aparacaq. Azərbaycan, Rusiya, Fransa, Almaniya və Polşa isə yarışa 2 klubla qatılacaq.

Komandalarımızın potensial rəqibləri də məlumdur. Bunlar "Modranska" (Çexiya), "Kann", "Myulhaus" (hər ikisi Fransa), "Şveriner", "Drezdner" (hər ikisi Almaniya), "Foppapedretti", "Villi Korteze", "Skavolini" (hər üçü İtaliya), "Atom", "Muşinyanka" (hər ikisi Polşa), "Konstanta" (Rumıniya), "Dinamo" (Kazan), "Dinamo" (Moskva, hər ikisi Rusiya), "Srvena Zvezda" (Serbiya), "Volero" (İsveçrə), "Fənərbaxça", "VakıfGünəş TTelekom", "Əczaçıbaşı" (hər üçü Türkiyə) klublarıdır. Bu klublardan beşi - "Dinamo" (Kazan), "Şveriner", "Drezdner", "Konstanta" və "Atom" debütantdır. Qeyd edək ki, son mövsümdə "Rabitə" Çempionlar Liqasının gümüş, "Azərreyl" isə "Çelenc Cup"ın qızıl mükafatçısı olub. Komandalarımızın rəqibləri iyulun 1-də keçiriləcək püşkatmadan sonra bilənəcək.

Qarşısına ciddi məqsədlər qoyan və Avropada daha yüksək uğur qazanmaq istəyən "Azərreyl" bu yöndə ciddi addımlar atmaqdadır. Ötənilki heyətdən Azərbaycan yığmasının üzvləri - Valeriya Korotenko, Polina Rəhimova, Aynur Kərimova, Oksana Kiselyova, braziliyalı Paulino De Souza Pereyra, tailandlı Nutsara Tomkom və amerikalı Tamas Cenefferlə növbəti mövsüm üçün razılıq əldə edən Bakı komandası iki gün öncə yığmamızın kapitanı Oksana Parxomenkonu transfer edib. Son 2 mövsümü Moskva "Dinamo"sunda keçirən 27 yaşlı toppaylayıcı ilə 1 illik rəsmi müqavilə imzalanıb. Bu, Oksananın 3 illik fasilədən sonra Azərbaycan komandasına yenidən dönüşüdür. Qeyd edək ki, Parxomenko 2001-2008-ci illərdə də "Azərreyl"in şərəfini qoruyub. O, 2008/2009 mövsümündə isə "Fənərbaxça"da forma geyinib.

"Azərreyl"in Avropa meydanlarında uğur qazanmaq istəyi komandanın baş məşqçi postunda da dəyişiklik məsələsini gündəmə gətirib. Belə ki, Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandasının baş məşqçisi Faiq Qarayev yenidən "Azərreyl"i çalışdıra bilər. Bu gerçəkləşərsə, komandanın Qarayevlə daha yüksək uğurlar qazanacağını proqnozlaşdırmaq olar. Hər halda, 54 yaşlı mütəxəssis yaradıcılarından olduğu Bakı klubu ilə 2002-ci ildə "Top- komandalar" kubokunu qazanmışdı. Bundan əlavə, "Azərreyl"i 2003/2004 mövsümündə Çempionlar Liqasının "Dördlər finalı"na yüksəltmişdi. Qeyd edək ki, son mövsümdə "Azərreyl"i onunla birgə Azərbaycan yığmasında və paytaxt klubunda işləmiş Vüqar Əliyev çalışdırırdı. Gənc məşqçi debüt ilindəcə komandaya "Çelenc Cup"ı qazandırdı.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Azərreyl" türk məşqçiyə tapşırıldı

Kimisi qalib, kimisi məğlub

Biri getdi, qaldı dördü

"Marakana" yenidən qurulur

Qələbəyə həsrət qaldıq

Bölmənin digər xəbərləri
 
Azərbaycanda ilk dəfə
Bakıda WTA (Qadın Tennisçilər Assosiasiyası) seriyasına daxil olan beynəlxalq "Baku Cup" turniri keçiriləcək

UEFA rəsmi qərar verdi
Ev sahibi stadionlar artıq bəllidir

"Araz" rəqiblərini iyulun 6-da tanıyacaq


Millimiz London-2012-nin təsnifat mərhələsinə qatılmır!


109 ölkədən 345 idmançı Bakıya gələcək




Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər