Hal-hazırda Ayna qəzetinin 11.06.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 11.06.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Elmi dərəcələrə görə pensiyalar artdı
Elmlər namizədinə 120 manat, elmlər doktoruna 200 manat artım edildi
Şənbə, 11.06.2011


F.Əliyeva
mətn ölçüsü  

Elm adamlarının pensiyası artırılır. Ümumilikdə ölkə üzrə 5910 pensiya yaşına çatan elm adamının aldığı təqaüd artacaq. Dünən bu artımı təmin etmək üçün MM mövcud qanunlara zəruri əlavələrə səs verdi.

"Əmək pensiyaları haqqında" qanun və Əmək Məcəlləsinə edilən dəyişiklikləri Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli təqdim etdi. Onun sözlərinə görə, "Əmək pensiyaları haqqında" qanunun 19-cu maddəsinə edilən dəyişikliyə görə, elmlər doktoru və elmlər namizədlərinin pensiyası artırılır. Belə ki, elmlər doktoru dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə isə 120 manat məbləğində əlavə pensiya hesablanacaq.

Əmək Məcəlləsinin 4-cü maddəsinə edilən dəyişiklik isə bu yaxınlarda qəbul edilən digər müddəanın təminatı ilə bağlı idi. Belə ki, Məcəlləyə edilən dəyişikliyə görə, 65 yaşdan sonra büdcədən maliyyələşən təşkilatlarda əmək müqaviləsinin bitmə məsələsi ali təhsil müəssisələri və elmi-tədqiqat müəssisələrinə şamil edilmir. Belə müəssisələrdə elm adamları 70 yaşa qədər çalışa bilərlər.

Bu artıma ildə 10 milyon manat lazım olacaq

Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov məsələ ilə bağlı bəzi statistik rəqəmləri səsləndirdi: hazırda Azərbaycanda elmi dərəcəsi olan 10723 nəfər var. Onlardan 1827 elmlər doktoru, 8896 elmlər namizədidir. Onların 5910 nəfəri pensiya yaşında olanlardır. Onlardan 1960 nəfəri elmlər doktoru, 4460-ı elmlər namizədidir. Mövcud dəyişiklik məhz bu insanların pensiyasının artmasına gətirib çıxaracaq. Əgər qanun iyulun 1-dən qüvvəyə minsə, bu dəyişikliyi təmin etmək üçün bir ayda 830 min, 6 ayda isə 5 milyon manat əlavə vəsaitə ehtiyac olacaq. Müslümov onu da qeyd etdi ki, belə praktika Litva, Ukrayna, Rusiyada həyata keçirilir.

Oqtay Əsədov məsələ ilə bağlı 12 nəfərin çıxışa yazılmasından açıq narazılıq bildirərək deputatların nəzərinə çatdırdı ki, bir gün ərzində 24 məsələni müzakirə etməlidirlər. Amma deputatlar çıxışa israr etdiklərinə görə müzakirələrə start verildi.

"Keçən dəfə tərifləyib qəbul etdiyimizi indi yenə təriflə dəyişirik"

Qüdrət Həsənquliyev bu qanuna səs verməyəcəyini dedi: "Onsuz da bu qanun Milli Məclisə kifayət qədər istisna ilə daxil olmuşdu. Qeyd olunmuşdu ki, yalnız büdcədən maliyyələşən təşkilatlarda işçilər 65 yaşından pensiyaya çıxmalıdır. Niyə bunu digər kateqoriyalara aid etmədilər? Elə şirkət və səhmdar cəmiyyətləri var ki, orda dövlətin payı 50 faizdən artıqdır. Bu qanun ora da şamil olunmalıydı ki, gənclərə iş yeri açılsın, ölkəni tərk edib getməsinlər".

"Keçən dəfə necə bu qanunu tərifləyib qəbul etdiksə, indi də əksini edirik" - Həsənquliyev hesablama apararaq vurğuladı ki, yeni dəyişiklikdən sonra elm adamlarının gəliri 100 faiz qalxacaq. Çünki 100-120 manat maaş alan elmlər doktoru indi əlavə 120 manat da pensiya alacaq:

"Qanunda pensiya artımını konkret rəqəmlə göstərmək düz deyil. Ölkədə hər il inflyasiya baş verir. Məsələn, biz dövlət qulluğu haqqında qanunda millət vəkillərinin pensiyasını həmin vaxt fəaliyyətdə olan deputatın maaşının 80 faizinə bərabər hesablamağa başlamışıqsa, burda da belə etmək olar".

Həkimlər də 70 yaşa qədər işləyə bilər

Hikmət Atayev isə bu qanunun səhiyyədə işləyənlərə də şamil olunmasını istədi. Çünki digər ixtisaslardan fərqli olaraq, həkim ixtisasına yiyələnmək üçün 11 il oxumaq lazımdır: "Başqa institutlardan birbaşa işə getmək olur, amma tibb sahəsində bu, mümkün deyil. Həkim ixtisasını seçən insan yalnız 35-40 yaşdan sonra işləməyə başlayır. Sonra da 65 yaşında pensiyaya çıxması düzgün deyil".

Atayev "əli əsən cərrahlar" haqqında deyilənləri də qəbul etmir: "Cərrahlar həkimlərin müəyyən bir qismini təşkil edir. Özü də kifayət qədər yaşlı və peşəkar cərrahlar var. Ürək cərrahiyyəsinin atası sayılan Maykl Debeyki 90 yaşa qədər fəaliyyətdə olub. Digər tərəfdən, əllərin əsməsi yaşla deyil, beyinlə bağlı olur. Əgər elm adamı 70 yaşa qədər işləyirsə, deməli, beyni yaxşı işləyir. Onda niyə cərrahın beyni 70 yaşına qədər işləyə bilməz?"

YAP-ın icraçı katibinin müavini Səyavuş Novruzov hesab edir ki, hər kəsin öz ixtisası ilə bağlı dəyişiklik tələb etməsi düzgün deyil: "Onda gərək Əmək Məcəlləsini təzədən yazaq. Amma başqa bir məsələ də var ki, bəyəm elm xadimlərinin pensiyası artandan sonra onlar pensiyaya çıxacaq? Xeyr. İndi həm pensiyaya çıxacaq, həm də ştatda işləyəcək, ikitərəfli qazanc əldə edəcək". Deputat hesab edir ki, müasir texnologiyalar əsrində yaşlı, inkişafdan xəbəri olmayan elm adamları ilə elmin qarşısında qoyulan tapşırıqları yerinə yetirmək mümkün olmaz: "Artıq sovet stilindən çıxmaq lazımdır".

Bəzi deputatlar qanunun əhəmiyyətindən danışandan sonra hər iki məsələ səsə qoyularaq qəbul edildi.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Ombudsman Şəkidə olub

Gənclər barışıq təklif ediblər

Azərbaycanda 2 minə yaxın HİV daşıyıcısı var

Dünyanı yeni elmi kəşflər gözləyir

Əsas məsələ qanunun qəbulu yox, işləməsidir

Bölmənin digər xəbərləri
 
Diplomatik korpus İctimai Palata ilə bağlı qapı arxasında görüşdü
ATƏT Bakı ofisinin rəhbəri "Demokratiyaya keçidin yol xəritəsi"ni müzakirə etdiklərini deyib

Parlament: həbsdə olanların məsələsi qaldırıldı
İqbal Ağazadə: "Bu adamların həbsdə qalması müsbət heç nə vəd etmir"
Bahar Muradova: "18-19 yaşlı uşaqlara ictimai-siyasi status verməli deyilik"


Rusiya 102-ci bazaya görə Ermənistana haqq ödəmir
Stepan Qriqoryan: "Rusiya xərcləri öz üzərinə götürmək istəmirsə, ..."

Azərbaycanın müstəqilliyinin 20 ili: xarici siyasətin formalaşması (1991-2003)


Həmsədrlər növbəti birgə bəyanat verdilər
Bu dəfə tərəflər "təxribatlardan çəkinməyə" dəvət edildi



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər