Hal-hazırda Ayna qəzetinin 11.06.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 11.06.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Azərbaycanın müstəqilliyinin 20 ili: xarici siyasətin formalaşması (1991-2003)
Azərbaycanın müstəqilliyinin 20 ili: xarici siyasətin formalaşması (1991-2003)
Şənbə, 11.06.2011


Musa Qasımlı, Milli Məclisin deputatı, tarix elmləri do
mətn ölçüsü  

Artıq bir neçə ildir"Azərbaycan Respublikasının xarici siyasəti" adlı çoxcildlik yazılır. Çoxcildliyin tərəfimdən yazılan 1991-2003-cü illəri əhatə edən IV cildi əsasən başa çatdırılmışdır. Dövlət müstəqilliyimizin bərpasının 20 illiyinin bayram edildiyi bir zamanda həmin cildin bəzi hissələrini oxucuların mühakiməsinə verirəm. XX əsrin 80-ci illərinin sonu-90-cı illərinin əvvəllərində SSRİ-nin daxili və beynəlxalq vəziyyəti

XX əsrin 80-ci illərinin sonu-90-cı illərinin əvvəllərində SSRİ-nin daxili və beynəlxalq vəziyyəti mürəkkəb, ağır olaraq qalırdı. Bunun da bir sıra səbəbləri var idi. Hələ 70-ci illərin sonlarında SSRİ-nin dünyada ümumi qəbul olunmuş beynəlxalq hüquq normalarını kobudcasına pozaraq Əfqanıstana hərbi müdaxilə etməsi nəticəsində beynəlxalq münasibətlərdə gərginlik artmış, iki əks sosial-iqtisadi sistemli ölkələr arasında soyuq müharibənin yeni bir dövrü başlamışdı. Avropa qitəsində gərginliyin zəiflədilməsinə tərəfdar olan və müvafiq sənədləri imzalayan SSRİ rəhbəri Leonid Brejnev dünyanın digər regionlarında tamamilə fərqli siyasət yürüdürdü. Sovet rəhbərliyi zəngin təbii sərvətləri olan, əlverişli hərbi-siyasi, strateji mövqedə yerləşən Fars körfəzinə və Hind okeanına, isti dənizlərə çıxmaq üçün bütün mümkün vasitələrdən istifadə edirdi. Əfqanıstanın işğal edilməsinin çoxlu məqsədləri var idi. Əfqanıstanda nüfuz qazanmaq Sovet İttifaqının Çin, Hindistan və Pakistana təsir etmək imkanlarını artırırdı. Əfqanıstanın zəngin təbii sərvətlərinə yiyələnmək SSRİ-nin əsas hədəflərindən idi.

SSRİ-nin Əfqanıstana təcavüzünün ağır beynəlxalq nəticələri oldu. Bundan sonra beynəlxalq gərginliyin zəiflədilməsi prosesinə olan inam azaldı və dövlətlər arasında etimadsızlıq artdı. Heç şübhəsiz, etimadsızlığı azaldan təkcə Əfqanıstana qarşı təcavüz deyildi. Bundan əvvəl, 1978-1979-cu illər İran inqilabının nəticələri və bu ölkə uğrunda gedən nüfuz savaşı da ona təsir etmişdi. İrandan ABŞ-ın qovulması və Əfqanıstana sovet hərbi müdaxiləsi Birləşmiş Ştatların nüfuzuna ciddi zərbə vurmuşdu.

Hərbi müdaxilədən SSRİ-yə də ziyan dəydi.

REKLAM

Sovet dövlətinin beynəlxalq aləmdə güc nümayiş etdirməsi ilə ölkə daxilindəki mövcud vəziyyəti arasında böyük fərqlər yaranmışdı. Əhalisinin müəyyən bir hissəsi çətin sosial-iqtisadi vəziyyətdə yaşamasına baxmayaraq, SSRİ rəhbərliyi güclü təbliğat apararaq xalqı "Qərb təhlükəsi" ilə qorxudub ümumi düşmənə qarşı mübarizəyə yönəldir, hərbi-texniki baxımdan həmin ölkələrə çatmaq üçün baha başa gələn sürətlə silahlanma proqramlarını davam etdirirdi. Belə proqramların həyata keçirilməsi sovet xalqını müflis edərək vəziyyətini daha da ağırlaşdırırdı.

ABŞ başda olmaqla Qərb dövlətləri SSRİ-nin beynəlxalq hüquqa zidd hərəkətlərinin qarşısını almaq üçün fəaliyyətlərini qətiyyən dayandırmadılar. Ona qarşı təzyiqlərini daha da artırdılar. ABŞ və müttəfiqləri əfqan mücahidlərinə yardımlar etdilər. BMT tribunasından sovet dövlətinə qarşı diplomatik-siyasi təzyiqlərə başladılar. SSRİ-yə qarşı sanksiyalar tətbiq etdilər. 1980-ci il Moskva yay olimpiadasını boykot etdilər. SSRİ-nin artan təcavüzkarlıq siyasəti qarşısında ABŞ prezidenti Ronald Reyqan onun üzərində tam hərbi üstünlüyə nail olmaq planını imzaladı. ABŞ digər tədbirləri də həyata keçirdi. ABŞ senatının xarici əlaqələr komitəsi iki ölkə arasında strateji hücum silahlarının məhdudlaşdırılması haqqında ikinci müqaviləni senatın təsdiqinə vermədi. ABŞ hökuməti nüvə silahları sınaqlarının tamamilə dayandırılmasına, kütləvi silahların ləğvinə və Hind okeanında silahlı qüvvələrin azaldılmasına dair SSRİ ilə aparılan danışıqlardan imtina etdi.

Belə bir şəraitdə böyük dövlətlər arasında sürətlə silahlanma yarışı yenidən gücləndi. Bu isə beynəlxalq gərginliyi daha da artırırdı. Lakin SSRİ-nin sürətlə silahlanma üçün kifayət qədər iqtisadi potensialı yox idi. Sovet iqtisadiyyatı Qərb ölkələrindən geri qalırdı. Rəqabətə tab gətirməkdə çətinlik çəkən SSRİ rəhbərliyi yeni sualtı qayıqlar hazırlamamağa və Avropada yeni nüvə raketləri yerləşdirməməyə, həm Avropada, həm də Uzaq Şərqdə etimad tədbirlərinə dair danışıqlara başlamağa hazır olduğunu bəyan etdi. Bütün bunlar sovet rəhbərliyinin Qərb ilə silahlanma yarışında fasilə götürməsi, "nəfəs alması" üçün bir manevr idi. Tərksilah sahəsində fəaliyyətdə irəliləyiş nəzərə çarpmırdı. Avropada yerləşdirilmiş ABŞ və SSRİ-nin nüvə silahları qitədə təhlükəsizlik üçün böyük qorxu törədirdi.

1985-ci ilin yazınadək SSRİ-ABŞ münasibətləri donmuş bir halda idi. İki ölkə arasında münasibətlərin belə vəziyyəti bütün beynəlxalq münasibətlər sisteminə mənfi təsir edirdi. Artıq qeyd edildiyi kimi, raket-nüvə silahları sahəsində aparılan danışıqlar dayandırılmış, Avropada ortamənzilli raketlərin yerləşdirilməsi məsələsində SSRİ-ABŞ qarşıdurması güclənmişdi. İki ölkə arasında üçüncü dünya ölkələrində nüfuz qazanmaq uğrunda mübarizə artmışdı. Ronald Reyqan SSRİ-ni şər imperiyası adlandıraraq ona qarşı "səlib yürüşü" elan etmişdi.

Lakin 80-ci illərin ikinci yarısından etibarən beynəlxalq münasibətlərdə dərin dəyişikliklər baş verməyə başladı. Buna ilk növbədə SSRİ-nin daxilində gedən proseslər ciddi təsir etdi. Sovet rəhbəri Konstantin Çernenkonun vəfatından dərhal sonra, 1985-ci il martın 11-də Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun iclasında SSRİ xarici işlər naziri, Siyasi Büronun üzvü Andrey Qromıkonun təklifi ilə Mixail Qorbaçov MK-nın baş katibi seçildi.

ABŞ ilə münasibətləri yaxşılaşdırmaq qərarına gələn M.S.Qorbaçov bunun üçün imkanlar axtarmağa başladı.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2 - 3
Bölmənin digər xəbərləri
 
Diplomatik korpus İctimai Palata ilə bağlı qapı arxasında görüşdü
ATƏT Bakı ofisinin rəhbəri "Demokratiyaya keçidin yol xəritəsi"ni müzakirə etdiklərini deyib

Parlament: həbsdə olanların məsələsi qaldırıldı
İqbal Ağazadə: "Bu adamların həbsdə qalması müsbət heç nə vəd etmir"
Bahar Muradova: "18-19 yaşlı uşaqlara ictimai-siyasi status verməli deyilik"


Rusiya 102-ci bazaya görə Ermənistana haqq ödəmir
Stepan Qriqoryan: "Rusiya xərcləri öz üzərinə götürmək istəmirsə, ..."

Elmi dərəcələrə görə pensiyalar artdı
Elmlər namizədinə 120 manat, elmlər doktoruna 200 manat artım edildi

Həmsədrlər növbəti birgə bəyanat verdilər
Bu dəfə tərəflər "təxribatlardan çəkinməyə" dəvət edildi



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər