Hal-hazırda Ayna qəzetinin 11.06.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 11.06.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Diplomatik korpus İctimai Palata ilə bağlı qapı arxasında görüşdü
Diplomatik korpus İctimai Palata ilə bağlı qapı arxasında görüşdü
ATƏT Bakı ofisinin rəhbəri \"Demokratiyaya keçidin yol xəritəsi\"ni müzakirə etdiklərini deyib
Şənbə, 11.06.2011


İdrak Abbasov
mətn ölçüsü  

"musavat.kom" portalının yaydığı məlumata görə, saat 17 radələrində beynəlxalq təşkilatların Bakıda yerləşən nümayəndəliklərinin və bir sıra aparıcı Qərb dövlətlərinin ölkəmizdəki səfirliklərinin təmsilçiləri görüşə gəliblər.

Görüşə gələnlərin sırasında ATƏT Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel, Norveç və Böyük Britaniya səfirləri, ABŞ səfirliyinin siyasət məsələləri üzrə katibi və başqa diplomatlar olublar. Onlar media təmsilçilərinə heç bir açıqlama verməyərək görüş keçiriləsi otağa gediblər.

İctimai Palata tərəfdən diplomatlarla Müsavat Partiyası başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, İctimai Palata Koordinasiya Şurasının üzvləri Mehriban Vəzir, Vidadi Mirkamal və Zəfər Quliyev görüşüblər. Görüş qapalı keçirilib. Hansı mövzuların müzakirə olunduğu barədə açıqlama verilməyib.

Məlumata görə, mülki formalı polis əməkdaşları Müsavat Partiyası qərargahı ilə üzbəüzdə yerləşən avtomobil təmiri sexlərinin qarşısında dayanıb müşahidə aparıblar və həmin şəxslər diplomatları gətirən maşınların nömrələrini qeyd edirlər.

Belə ki, İP rəhbərləri ilə diplomatların görüşü təxminən saat yarım çəkib və 18:30-da görüş başa çatıb. ATƏT Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel görüş barədə məlumat verərək bildirib ki, toplantı İctimai Palatının təşəbbüsü ilə keçirilib və müzakirə mövzusu İctimai Palatanın hazırladığı "Demokratiyaya keçidin yol xəritəsi" adlı sənədin müzakirəsinə həsr olunub. Bundan başqa, Cankorel görüşdə Azərbaycandakı ictimai-siyasi durumun da müzakirə predmeti olduğunu bildirib.

Müsavat Partiyası başqanı İsa Qəmbər jurnalistlərə açıqlamasında Cankorelin söylədiyindən fərqli bir söz deməyib. Müsavat Partiyası başqanı görüşün faydalı olduğunu qeyd edib.

Qeyd edək ki, analitiklər bu görüş zamanı iqtidar-müxalifət dialoqu məsələsinin də müzakirə olunacağını proqnozlaşdırırdılar. Amma bu görüş iqtidarın xoşuna gəlməyib. Görüşə hakimiyyətin zirvəsindən hələlik münasibət bildirilməsə də, hakim Yeni Azərbaycan Partiyası icraçı katibinin müavini, MM deputatı Mübariz Qurbanlı qərbli diplomatların qeydiyyatdan keçməyən bir qurumla böyük təmtəraqla görüş keçirməsini həmin diplomatların özlərinin nüfuzuna xələl gətirən nüans kimi dəyərləndirib.

Eyni zamanda onu da xatırladaq ki, iyunun 19-da İctimai Palata şəhərin mərkəzində növbəti mitinqini keçirməyə hazırlaşır və qərbli diplomatlar bu mitinqi yaxından müşahidə edəcəklərini bəyan ediblər.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

İsa Qəmbər başqanlıqdan gedir

"Azərbaycan üzvlük üçün NATO-ya müraciət etməlidir"

Lalə Şövkət İctimai Palatadan imtina edib

İctimai Palata "birləşmə" məsələsinə qarışmır

ABŞ səfirliyindən hökumətə çağırış

Bölmənin digər xəbərləri
 
Parlament: həbsdə olanların məsələsi qaldırıldı
İqbal Ağazadə: "Bu adamların həbsdə qalması müsbət heç nə vəd etmir"
Bahar Muradova: "18-19 yaşlı uşaqlara ictimai-siyasi status verməli deyilik"


Rusiya 102-ci bazaya görə Ermənistana haqq ödəmir
Stepan Qriqoryan: "Rusiya xərcləri öz üzərinə götürmək istəmirsə, ..."

Azərbaycanın müstəqilliyinin 20 ili: xarici siyasətin formalaşması (1991-2003)


Elmi dərəcələrə görə pensiyalar artdı
Elmlər namizədinə 120 manat, elmlər doktoruna 200 manat artım edildi

Həmsədrlər növbəti birgə bəyanat verdilər
Bu dəfə tərəflər "təxribatlardan çəkinməyə" dəvət edildi



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər