Hal-hazırda Ayna qəzetinin 11.06.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 11.06.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Avro ilə əmanətlər aşağı faizlə qəbul edilir
Avro ilə əmanətlər aşağı faizlə qəbul edilir
Əhali və iş adamları xarici valyutalardan əllərini üzüb
Şənbə, 11.06.2011

Banu mətn ölçüsü  

Ölkə bankları avro ilə əmanət yığımını məhdudlaşdırıb. Banklarda xarici valyutalar, özəlliklə də avro ilə əmanət yığımı kəskin azalıb. Rəsmi statistika həm əmanətlərdə, həm də kredit qoyuluşunda manatın payında artımı sübut edir. Xarici valyutaların payındakı bu azalma əhalinin xarici valyuta ilə yatırdığı əmanətlərin həcmində də qeydə alınıb. Əgər 2010-cu ilin birinci rübündə xarici valyutada yerləşdirilən əmanətlərin ümumi əmanətlərdə payı 59 faiz idisə, bu ilin birinci rübündə göstərici azalaraq 54 faizə düşüb. Bu müddətdə milli valyutada 600 milyon manatlıq əmanət yatırılıb. Xarici valyutada isə əmanətlərin həcmi 400 milyon manat təşkil edib.

Banklar bu durumu qeyri-rəsmi olaraq avro ilə əmanətləri işlədə bilmədikləri ilə izah edirlər. Mərkəzi Bankdan bildirilir ki, xarici valyuta ilə əmanət yığımının məhdudlaşdırılması haqda məlumat həqiqətəuyğun deyil. Bank əməkdaşı deyir ki, əgər hansısa vətəndaş bu halla üzləşərsə, detallı araşdırma üçün Mərkəzi Bankın qaynar xəttinə müraciət edə bilər.

Beynəlxalq Bank mətbuat xidmətinin rəhbəri Rauf Ağayevin bildirdiyinə görə, avro ilə əmanətlərin məhdudlaşdırılması ilə bağlı hər hansı göstəriş verilməyib:

"Sadəcə, biz bu il yanvarın 1-dən etibarən əmanətlər üzrə yeni faiz dərəcələri müəyyənləşdirmişik. Bu zaman isə avro və funt-sterlinqlə əmanətlər manat və dollarla olandan daha aşağı faizlə götürülür. Məsələn, tutaq ki, manatla əmanəti 11 faizlə qəbul ediriksə, avro və funt-sterlinqdə bu, 8 faizdir. Amma əmanətlərin məhdudlaşdırılması ilə bağlı hər hansı göstəriş yoxdur, kim hansı valyuta ilə əmanət qoymaq istəyirsə, bank tərəfindən qəbul edilir".

"İqtisadi Forum" jurnalının rəhbəri Samir Əliyev məsələni şərh edərkən deyir ki, xarici valyutada yatırılan əmanətlərin azalması onların faiz dərəcələrinin azalması ilə müşahidə edilib:

"Bu onu göstərir ki, banklar xarici valyutaları cəlb etməkdə maraqlı deyillər. Elə buna görə də onlar əhalidən xarici valyutada cəlb edilən əmanətlərin faiz dərəcələrini aşağı salıblar. Belə ki, 2011-ci ilin ilk 3 ayında fiziki şəxslərdən xarici valyutada cəlb edilən əmanətlərin faiz dərəcəsi orta hesabla 12,27 faizdən 11,49 faizə endirilib. Bu müddətdə manat əmanətlərinin faiz dərəcələri demək olar sabit qalıb".

İqtisadçı deyir ki, banklar özlərini sığortalamaq üçün xarici valyutada verilən kreditləri bahalaşdırmağa üstünlük verirlər. Elə buna görə də xarici valyuta ilə verilən kreditlərin faiz dərəcələri manat kreditləri ilə müqayisədə yüksəkdir:

"Məsələn, milli valyutada kreditlər orta hesabla 20 faizlə verildiyi halda, avro və ya dollarla kreditlərin faiz dərəcələri təxminən 24 faiz təşkil edir".

S.Əliyevin sözlərinə görə, ötən ildən başlayaraq dünya bazarlarında dollar və avronun məzənnəsində qeyri-sabitlik müşahidə edilir. Gah dollar bahalaşır, gah da avro. Bütün bunlar, təbii ki, Azərbaycana da təsirsiz ötüşmür. Avropa valyutası 2010-cu ilin birinci yarısında kəskin ucuzlaşırdısa, ilin ikinci yarısından başlayaraq tədricən "dirçəlməyə" başladı və hazırda bahalaşmaqda davam edir. Məsələn, ötən il manata nisbətən 8,8 faiz dəyərini itirən avro 2011-ci ilin 5 ayı ərzində 7,2 faiz bahalaşıb. Dollar da ötən ilin əvvəlində nisbətən bahalaşsa da, sonrakı dövrlərdə düşməyə başladı. Artıq ilin 5 ayı ərzində dollar manata nisbətən 1 faiz ucuzlaşıb. Onun fikrincə, ölkədə baş verən inflyasiya təzyiqləri fonunda ucuzlaşmanın davam edəcəyi ehtimalı artır.

Dünya bazarlarında da dolların ucuzlaşması davam edir. Avrozonada yaranmış borc problemi dövri olaraq avronun məzənnəsinə mənfi təsir göstərir. Ekspert qeyd edir ki, bütün bu qeyri-sabit məzənnə siyasəti həmin valyutalara inamın azalmasına səbəb olur:

"Azərbaycanda da əhali və sahibkarlar həmin xarici valyutalardan əllərini üzməyə başlayıblar. Milli valyutanın özünü "etibarlı" aparması da burada rol oynayır".

S.Əliyevin qənaətincə, ölkədə baş verən makroiqtisadi proseslər yaxın zamanlarda manatın bahalaşmasının davam edəcəyini göstərir. Ona görə də ölkədə bir növ xarici valyutalardan imtina prosesi başlayıb.

Mərkəzi Bank ABŞ valyutasının kəskin ucuzlaşmasının qarşısını almaq üçün bazardan dollar alışının həcmini artırıb. Cari ilin yanvar-mart aylarında bu məqsədlə 2,6 milyard dollar həcmində əməliyyat aparılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 600 milyon dollar çoxdur. Eyni siyasətin avroya da şamil olunub-olunmayacağı haqda sualımız isə qurum tərəfindən cavablandırılmamış qaldı.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Azərbaycan məhkəmələrinin qərarları ləğv edilib

Mənfəət vergisi ləğv edilir

Avropa Məhkəməsi Eynulla Fətullayevlə bağlı qərar verdi

Avropa Məhkəməsindən Azərbaycana qarşı daha iki qərar

Avropa Məhkəməsinin qərarından apellyasiya şikayəti

Bölmənin digər xəbərləri
 
Kartla alış-veriş edənlərə vergi güzəştləri gəlir
Böyük məbləğli ödəmələrin kartla aparılması isə məcburi olacaq

İTM: İllik inflyasiya 14,7%-ə düşüb
Qiymətlərdə azalma müşahidə olunub



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər