Hal-hazırda Ayna qəzetinin 11.06.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 11.06.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
Amerikalı mütəxəssis: "Tehran yaxın iki aya nüvə başlığına yiyələnəcək"
Amerikalı mütəxəssis: "Tehran yaxın iki aya nüvə başlığına yiyələnəcək"
İran inadla bombaya sarı irəliləyir
Şənbə, 11.06.2011

Sədi mətn ölçüsü  

Birləşmiş Ştatlar Maliyyə Nazirliyinin təmsilçisi Devid Koen Yaponiya və Cənubi Koreyaya səfər edəcək. Devid Koen rəsmi Tokio və Seulla İrana qarşı yeni yasaqların tətbiqinə dair müzakirələr aparacaq, deyə Bi-Bi-Si rus xidməti xəbər yayıb.

İran nüvə proqramını dayandırmadığına görə BMT Təhlükəsizlik Şurası indiyədək ona qarşı 6 qətnamə qəbul edib. Bu sənədlərdə Tehran hakimiyyətinə qarşı iqtisadi və siyasi yasaqlar nəzərdə tutulub. Apreldə isə Devid Koen Türkiyədə olmuşdu. Yerli iş adamları ilə görüşü zamanı bildirmişdi ki, əgər türkiyəli biznesmenlər İran kimi dövlətlərlə ticarət əlaqəsi qurarlarsa, ABŞ-ın maliyyə sisteminə girmək imkanını itirəcəklər.

İsrail baş nazirinin müavini Dan Meridor bu fikirdədir ki, "İrana qarşı iqtisadi və siyasi təzyiqlər günü-gündən güclənərsə, o zaman sanksiyaların səmərəsi olar". Vyanada Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukia Amano ilə görüşündə Meridor təzyiqlərin artırılmasının vacibliyini vurğulayıb: "İran nüvə proqramına görə hər gün itirdiyi pullara nəzər yetirməlidir. Onlar bilməlidir ki, mövcud durum xeyirlərinə deyil".

Yeri gəlmişkən, İsrail rəsmiləri İrana qarşı sanksiyaların sərtləşdirilməsindən danışsalar da, özləri Tehrana qarşı ciddi sanksiya qəbul etməyib. "Ofer qardaşları şirkətlər qrupu"na qarşı ABŞ sanksiya tətbiq edəndən sonra məlum oldu ki, yəhudi iş adamları İranla ciddi ticarət əlaqəsi qurub. Həmin hadisənin ardınca İsrail parlamenti İranla əməkdaşlıq edən şirkətə 1,46 milyon dollar məbləğində cərimə və bir il müddətinə müəssisənin rəhbərini azadlıqdan məhrum edəcəyi haqda qərar qəbul edib.

İran prezidenti Əhmədinejad ötən gün bildirib ki, ABŞ, Britaniya, Fransa, Almaniya, Rusiya, Çindən ibarət altılığın heç bir şərti danışıqların gündəliyinə çıxırıla bilməz. Onun sözlərinə görə, Tehran öz atom-nüvə proqramını bundan sonra da davam etdirəcək.

İran rəhbərliyinin atom-nüvə proqramı ilə bağlı israrlı və inadlı davranışı bir daha ciddi narahatlığa səbəb olub. Bəziləri hesab edir ki, aviazərbələr (nüvə obyektlərinin bombardmanı) də Tehranın nüvə proqramını dayandıra bilməz.

"RAND" araşdırma mərkəzinin mütəxəssisi Qreqori Consun sözlərinə görə, İran hakimiyyəti atom bombası əldə etməyə indiki qədər yaxın olmayıb. "Uranı bu sürətlə zənginləşdirərsə, o zaman yaxın 8 həftəyə Tehran ilk bombasını əldə edəcək. Bəzi mərhələdə nüvə proqramının inkişafında uğursuzluqla üzləşdiklərini bildirsələr də, İran rejimi inadla bombaya sarı irəliləyir" - deyə Cons söyləyib. O, indiki şəraitdə İranın atom-nüvə proqramını dayandırmaq üçün İrana qarşı quru əməliyyatlarına başlamağı təklif edir: "Hava zərbələri artıq yetərli səmərə verməyəcək. Gerçəklik budur - ABŞ və İsrail İranın nüvə başlığı hazırlamasına əngəl ola bilmədi".

Onun sözlərinə görə, İranla danışıqlar siyasətinin nəticə vermədiyini qəbul etmək lazım gəlir: "Tehran istehsal etdiyi 38,3 kq uranı 19,7 faizə qədər zənginləşdirib. Sentrifuqalar əvvəlki güclə işləyərsə, o halda İran rəhbərliyi yaxın iki ayda 90 faizədək zənginləşdirilmş 20 kq uran əldə edəcək. Bu isə nüvə başlığı üçün yetərlidir".


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Terror barədə daha iki yalan məlumat

İrandan Qarabağa - təbii qaz

Xəzəri ən çox çirkləndirən ölkələrdən biri İrandır

Narko-tacir karvanının sonu görünmür

Son bir ayda - 425 kq narkotik...

Bölmənin digər xəbərləri
 
Hikkənin sonucu: Savadsızlıq, mənəvi aşınma, narkomaniya
Çıxış yolu isə - hələ də həbs və edamda görülür

Polis Təbrizdə yataqxanalara, evlərə soxulur
Saytlar qapadılır, çanaq antenaları yığışdırılır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər