Hal-hazırda Ayna qəzetinin 04.06.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 04.06.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Minimum əməkhaqqı - 237 manat!
Minimum əməkhaqqı - 237 manat!
Bunu Azərbaycanın qoşulduğu Avropa Sosial Xartiyası tələb edir
Şənbə, 04.06.2011

A.Əhmədova mətn ölçüsü  

Ölkədə minimum əməkhaqqı 85 manatdır. Rəsmi rəqəmə görə, bu ilin yanvar-aprel aylarında orta aylıq əməkhaqqı 348,6 manat təşkil edib. Avropa Sosial Xartiyasının tələblərinə görə isə, minimum əməkhaqqı hesablanmış orta əməkhaqqın 68 faizindən aşağı olmamalıdır! Deməli, əməyin ödənişini xartiyanın tələblərinə uyğunlaşdırmaq üçün minimum əməkhaqqı 237 manat səviyyəsinə çatdırılmalıdır. Çünki bunu Azərbaycanın da qoşulduğu Avropa Sosial Xartiyası tələb edir.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Cavid Xəlilovun bildirdiyinə görə, inkişaf etmiş ölkələrdə xartiyanın tətbiqi məqsədilə sosial siyasət sistemində ciddi institusional islahatlar aparılıb. Azərbaycanda isə sosial siyasətə institusional yanaşmada ciddi islahatların şahidi olmuruq. Belə ki, ekspertin sözlərinə görə, hazırda Avropada sosial siyasət əsas üç hədəfə yönəlib:

"Çox miqdarda və keyfiyyətli iş yerlərinin yaradılması, sosial daxilolma, yəni cəmiyyət həyatında iqtisadi və sosial iştiraketmə və hamı üçün bərabər imkanlar. Ancaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1999-cü ildə təsdiq edilmiş əsasnaməsində və digər sənədlərdə analoji hədəflər müəyyən edilməyib. Bu səbəbdən, hökumətin yeni dövrdə sosial siyasətə yeni baxışı formalaşmalıdır".

Nazirliyin isə rəsmi vebsəhifəsi indiyə qədər istifadəyə verilməyib. Baxmayaraq ki, indiki zamanda dünyada rəsmi vebsəhifəsi olmayan dövlət orqanını təsəvvür etmək çətindir. AB ölkələrinin, demək olar, hamısında bu cür internet-saytlarda ölkədə tətbiq edilən və gələcək üçün hədəf kimi müəyyən edilən həyat standartlarının indikatorları yerləşdirilir.

Cavid Xəlilovun sözlərinə görə, Çexiyanın Əmək və Sosial Məsələlər Nazirliyinin saytında ölkə əhalisi üçün "gəlir və həyat standartları" müəyyən edilib. Bu səbəbdən, ölkədə sosial siyasətə institusional yanaşmanı dəyişmək hökumətin qarşısında duran vacib hədəflərdən biri kimi görünür.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Demokratikləşmə üçün 7 addım

Bölmənin digər xəbərləri
 
Avropa qiymətli kağızlar bazarına daxil oluruq
Ölkəmizin iqtisadi reytinqinin yüksəldiyi buna şərait yaradır

İnfrastruktura 8 milyard 288 milyon pul xərclənəcək
İqtisadçı: adambaşına günə 22,5 min manat xərclənməlidir ki...

Sığortalanmayan əmanətlər Mərkəzi Banka problem yarada bilər
Ekspert yüksək faizlə əmanət cəlbini riskli sayır

Vergi Məcəlləsinə dəyişiklik ediləcək
Müvafiq layihə parlamentə daxil olub



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər