Hal-hazırda Ayna qəzetinin 04.06.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 04.06.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
İnfrastruktura 8 milyard 288 milyon pul xərclənəcək
İnfrastruktura 8 milyard 288 milyon pul xərclənəcək
İqtisadçı: adambaşına günə 22,5 min manat xərclənməlidir ki...
Şənbə, 04.06.2011

A.Əhmədova mətn ölçüsü  

Bu ilin dövlət büdcəsinə dəyişikliklər layihəsi ötən həftə qəbul edildi. Layihəyə əsasən, dövlət büdcəsinə Dövlət Neft Fondundan əlavə olaraq 2,7 milyard manat transfert ediləcək. Büdcənin neftdən asılılığı təhlükəli həddə güclənir. Yəni büdcənin neftdən birbaşa asılılığı 70 faizə qalxdı. Dəyişikliklərdən sonra fonddan büdcəyə, ümumilikdə, 9 milyard 180 milyon manat transfert edəcək. Bu, büdcə gəlirlərinin 59,2 faizi deməkdir. Bununla Azərbaycan neftin dünya bazarındakı qiymətdən asılı vəziyyətə düşür.

İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlunun sözlərinə görə, bir gün neftin qiyməti indikindən iki dəfə aşağı düşsə, dövlət büdcəsinin hansı vəziyyətə düşəcəyini təsəvvür etmək çətin deyil. Çünki neft pulları olmasa, büdcə təşkilatlarını maliyyələşdirmək mümkün olmayacaq: "Dəyişikliklərdən sonra büdcənin qeyri-neft gəlirləri ölkənin cari xərclərini ödəməyə imkan verməyəcək".

İqtisadçı qeyd etdi ki, neft gəlirlərinin belə surətlə xərclənməsi gələcək nəsillərin ölkənin təbii sərvətlərindən bəhrələnməsinə imkan vermir. Bu, neft gəlirlərinin nəsillər arasında qeyri-bərabər bölüşdürülməsi deməkdir. Onun fikrincə, neft pullarını infrastruktur layihələrinə yönəltməkdə yalnız mənimsəmə məqsədi güdülür:

"İlə 10 milyard manat səviyyəsində transfert etməklə, 15-20 ilə neft pulları tamam tükənəcək. O zaman indiki gənc nəsil üçün böyük problemlər: həm ekoloji, həm sosial, həm də artan xarici borclar qalacaq. Pul bitəndən sonra bu vəsaiti mənimsəyən nəsil gələcək nəsildən yüksək pensiya istəyəcək. Daha 85 manat deyil, Avropa səviyyəsində ən azı 850 manat tələb edəcək. İndiki gəncləri iqtisadi çətinliklərlə yaşamaq və onları dəf etmək məcburiyyəti ilə üz-üzə qoyacağıq".

Cari ildə daxili mənbələrdən Dövlət Neft Fondu və dövlət büdcəsindən infrastruktura 8 milyard 228 milyon manat sərf etmək planlaşdırılır. İqtisadçı bildirdi ki, bu həcmdə vəsaitlərin bir ildə xərclənməsi nə iqtisadi baxımdan, nə də praktiki nöqteyi-nəzərdən mümkün deyil:

"Dinamikaya baxanda görünür ki, məsələn, ötən ilin sonuncu rübünədək nəzərdə tutulan büdcə xərclərinin az bir hissəsi xərclənib. Son 3 ayda xərclər sürətlə artıb, təkcə dekabr ayında ümumi investisiya xərclərinin 28,5 faizə qədəri, yaxud 3 milyard 345 milyon manatı sərf edilib. Bu il də belə olacaq. İlin sonuncu ayında müqavilələr bağlanacaq və məmurlarla işləyən şirkətlərə sifariş veriləcək. Biznes vasitəsilə vəsaitlər bölüşdürüləcək. Çünki bu qədər vəsaiti xərcləməyə nə ölkədə işçi potensialı imkan verir, nə maddi-texniki təchizat, nə də infrastruktur səviyyəsi. Hətta ölkənin bütün işçi qüvvəsini cəlb etsək belə, bu vəsaiti 1 il ərzində şəffaf xərcləmək qeyri-mümkündür. Təsəvvür edin ki, adambaşına günə 22,5 min manat xərclənməlidir ki, 365 günə bu vəsait yekunlaşsın. Hələ artıq geridə qalmış 5 ayı da bura daxil edirəm".


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Prezident 2011-ci il dövlət büdcəsini təsdiq edib

Ordunun şəxsi heyətində ixtisar istisna edilir

Parlament debatlarında sensasion mülahizələr

Azərbaycan və Ermənistan: 2010-cu il nə vəd edir?

Büdcə dəyişdirilib qəbul edildi

Bölmənin digər xəbərləri
 
Avropa qiymətli kağızlar bazarına daxil oluruq
Ölkəmizin iqtisadi reytinqinin yüksəldiyi buna şərait yaradır

Sığortalanmayan əmanətlər Mərkəzi Banka problem yarada bilər
Ekspert yüksək faizlə əmanət cəlbini riskli sayır

Minimum əməkhaqqı - 237 manat!
Bunu Azərbaycanın qoşulduğu Avropa Sosial Xartiyası tələb edir

Vergi Məcəlləsinə dəyişiklik ediləcək
Müvafiq layihə parlamentə daxil olub



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər