Hal-hazırda Ayna qəzetinin 04.06.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 04.06.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
Küveytdə İrana işləyən casus şəbəkəsi aşkarlanıb
Küveytdə İrana işləyən casus şəbəkəsi aşkarlanıb
Misirdə isə bu işlə iranlı diplomat məşğul imiş
Şənbə, 04.06.2011

S.Sədrəddin mətn ölçüsü  

Küveytdə çıxan "əs-Siyassah" qəzeti yazır ki, İrana və Livandakı "Hizbullah"a işləyən casus şəbəkəsi aşkarlanıb. Bu xəbər mətbuata iki ay sonra sızıb. Küveyt hərbi tribunalı başqa bir casus şəbəkəsinin üzvü olan iki iranlını mühakimə edib. 2010-cu ildə aşkarlanan bu şəbəkənin üzvlərinə edam hökmü çıxarılmışdır.

Qəzetin yazdığına görə, bu cinayət işi "son dərəcə gizli şəkildə" aparılır. Bilinən yalnız odur ki, şəbəkə üzvlərindən biri Küveyt kəşfiyyatının zabiti imiş. Şəbəkəyə İran, Suriya, Livan və Küveyt vətəndaşları daxildir. Bu qrupun həm də Livan "Hizbullah"ına işlədiyi aşkar edilib. "əs-Siyassah" yazır:

"Şəbəkə üzvləri Bəhreyndə xaos və vətəndaş savaşının başlamasını gözləyirmiş. Həmin vaxt qrup Küveytdə də qiyam və qarışıqlıq təşkil etməli imiş. Axtarış zamanı əldə edilən materiallara əsasən, şəbəkə üzvləri Küveytin həyati vacib obyektləri və ticarət mərkəzlərində bir neçə terakt planlaşdırıbmış. Onların hədəflərindən biri həm də ölkə əhalisini kütləvi terrora məruz qoymaq imiş. Tutulanların etirafına əsasən, şəbəkənin fəaliyyəti Küveytlə mədudlaşmır. Onlar Körfəz Ölkələri Əməkdaşlıq Şurasının üzvü olan dövlətlərdə də terror aksiyası gerçəkləşdirmək niyyətində olublar".

Hüsni Mübarək dönəminin başa çatmasına İran da sevinir, ikitərəfli əlaqələrin genişlənəcəyinə dair nikbin bəyanatlar verirdi. Ötən həftənin sonunda isə iranlı diplomat Seyid Kazım əl-Hüseyninin casusluqda şübhəli bilinərək, həbs edildiyi haqda məlumat yayılıb. Misirdə çıxan "əl-Yaum əs-Sabiyyə" qəzetinin yazdığına görə, diplomat Misir və körfəz dövlətlərinin iqtisadi, siyasi və hərbi vəziyyətinə dair məlumatlar toplayaraq Tehrana ötürürmüş.

"əl-Ərəbiyyə" telekanalına əsasən, İran son zamanlar Misirdə yaranmış qarşıqlıqdan yararlanaraq, casusluq fəaliyyətini artırıb. Prokurorluq S.K.əl-Hüseyninin qurduğu casusluq şəbəkəsinə daxil olanları müəyyənləşdirməyə çalışır.

Bu xəbərdən sonra ETTELAAT şefi Heydər Müslehi məsələyə dair açıqlama verib. Onun sözlərinə görə, iranlı diplomatı Misir hakimiyyəti sərbəst buraxıb, hətta "üzr də istəyib". Amma şef sözügedən casus şəbəkəsi ilə bağlı qalmaqala açıqlıq gətirməyib. Xarici işlər naziri Ə.Salehi isə olaydan sonra deyib ki, Misirlə əlaqələrin qurulmasına səbirlə "dözməliyik".

Qahirə rəsmiləri K. əl-Hüseyninin "arzuolunmaz şəxs" kimi 24 saat ərzində Misirdən çıxarılacağını bildirmişlər.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Qərbdən basqılar güclənməkdədir
İranın nüvə proqramına dair yeni məlumatlar açıqlanıb

Əgər terrorçu ilə arada böyük dostluq varsa,
terrorizmə qarşı hansı "mübarizə"dən söz gedir?



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər