Hal-hazırda Ayna qəzetinin 04.06.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 04.06.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
O, Azərbaycanda mikrocərrahiyyənin təməlini qoydu
O, Azərbaycanda mikrocərrahiyyənin təməlini qoydu
Görkəmli oftalmoloq alim Nazim Əfəndiyevi anarkən
Şənbə, 04.06.2011

Aynurə mətn ölçüsü  

Ölkəmizin məşhur göz həkimi, uzun illər Oftalmologiya İnstitutu - bakılıların "göz institutu" kimi tanıdıqları elmi-tədqiqat mərkəzi və xəstəxanasının direktoru işləmiş professor Nazim Əfəndiyev (1926, 7 iyun - 1998, 5 yanvar) Azərbaycanın tibb tarixinə oftalmologiya sahəsində elmi məktəbin yaradıcısı kimi daxil olmuşdur. Tibbi praktikası dövründə on minlərcə əməliyyat aparmış, mikrocərrahi əməliyyatların yeni üsullarını işləyib hazırlamışdır. Nazim Əfəndiyev bu sahədə 150-yə yaxın elmi əsərin, o cümlədən 3 monoqrafiya, 3 ixtira, 20-dən artıq metodik tövsiyə, bir sıra səmərələşdirici təkliflərin müəllifi idi. Onun işləri yaxın xaricdə aparıcı oftalmoloji müəssisələrdə tətbiq edilirdi. Daha çox isə, respublikada gözün mikrocərrahiyyə üsullarını ilk tətbiq edən yüksək oftalmoloq-cərrah kimi tanınırdı.

Nazim Əfəndiyevin adı çəkiləndə bizim təbabətdə öncə Azərbaycanda traxomanın kökünün kəsilməsində misilsiz rol oynamış bir həkim yada düşür. Traxoma hər zaman Azərbaycan torpağının bəlası olmuşdu. Təsəvvürümüzə gətirək ki, 50-ci illərdə bəzi rayonlarda əhalinin 60 faizi bu xəstəliyə yoluxmuşdu. Respublika hökuməti bu bəlanın kökünün kəsilməsini milli təbabətin qarşısında bir vəzifə olaraq qoymuşdu.

Nazim Əfəndiyevin başçılıq etdiyi "traxoma ilə mübarizə qrupu" həkim briqadaları təşkil edərək rayonları bir-bir gəzir, kəndbəkənd insanları müayinə və müalicə edirdilər. Bu mübarizənin gedişi Bakıdan və Moskvadan səhiyyə rəhbərləri tərəfindən diqqətlə izlənirmiş.

Ölkəsini və xalqını dərindən sevən bir vətəndaş olaraq Nazim Əfəndiyev insanımızı bu bəladan xilas etməyi qarşısında ciddi bir vəzifə kimi görürdü. Onun gecəli-gündüzlü əməyi, çalışqanlığı, vətəndaş qeyrəti sayəsində Azərbaycan "korluğun, həm də anadangəlmə korluğun vətəni" statusundan həmişəlik xilas olmuş, Mil, Muğan, Şirvan düzlərindən, Abşeron torpağından bu xəstəliyin kökü qazınmışdı. Bu mübarizənin tarixçəsi vərəqlənəndə hökmən Nazim Mirqasım oğlu Əfəndiyev yada düşür.

Nazim Əfəndiyev sağ olsaydı, onun dəyərli ömrünün 85 illiyi tamamlanacaqdı. O, həyatda yoxdur, doğmalarının, onu sevənlərin qəlbində, xatirələrində yaşayır. Biz buna Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində görkəmli oftalmoloqlarla söhbətlərimizdə bir daha şahid olduq. Tibb tariximizin toxunduğumuz səhifələrində onun adı var. İnsanın yaxşı əməllərini, kim nə deyir-desin, qədirbilən vətəndaşlar unutmurlar.

REKLAM

Bir zaman onunla çiyin-çiyinə çalışmış, xalqımızın gözünün nurunun keşiyində dayanmış mütəxəssislərin söylədikləri bizi yaxın keçmişə qaytardı.

"Onun arzusu iki ildir həyata keçib"

Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, tibb elmləri doktoru Elmar Qasımov:

Nazim Əfəndiyevi ziyalı, mədəni, xeyirxah bir insan kimi xatırlayıram. Mən bir oftalmoloq kimi birbaşa onun təsiri altında formalaşmışam. Biz, gənc oftalmoloqlar hər zaman onun qayğısını hiss edirdik. Gözəl mütəxəssis və bacarıqlı rəhbər olaraq peşə biliklərini və təcrübəsini bizimlə bölüşərdi. Bu mərkəzdə çalışan mütəxəssislərin 70 faizdən çoxu onun şagirdləri və davamçıları olmaqla, onun ideya və arzularını həyata keçirirlər.

Nazim Əfəndiyevin ən böyük arzularından biri Bakıda müasir dünya standartlarına uyğun oftalmoloji mərkəzin tikilməsi idi. Bu arzu iki ildir həyata keçib. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi dünyada ən böyük və müasir oftalmologiya komplekslərindən biridir. Nazim müəllimin gözəl xatirəsi bizim qəlbimizdə daim yaşayacaqdır.

"Mən onun stilistikası ilə cərrahlıq edirəm"

Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində kataraktanın cərrahiyyəsi şöbəsinin elmi müdiri, professor Kərəm Kərimov:

1974-cü ildə göz institutunda internaturada olarkən şəxsən tanış oldum. 30 ilə yaxın idi ki, institutun direktoru vəzifəsində çalışırdı. İnstitutda kişi və gənc oftalmoloqların sayı az idi. Nazim müəllim istəyirdi ki, kişi oftalmoloqların sayı artsın. Çünki Azərbaycana yeniliklər gətirmək üçün digər ölkələrə məzuniyyətə getmək, konfranslarda çıxış etmək lazım idi. Bundan başqa, SSRİ məkanından və ya xaricdən gələn qonaqlarla məşğul olmaq lazım idi. Əksər xanım həkimlərin ailəsi buna icazə vermirdi.

Təyinatım Naxçıvana idi. Dəyişmək mümkünsüzləşdi. Nazim müəllim Zərifə xanım Əliyevaya dedi ki, gəncləri Moskvaya, Odessaya təkmilləşdirmək, təhsillərini artırmaq üçün göndərmək lazımdır. Gənc həkimlərin təkmilləşməsinə xüsusi diqqət yetirirdi. Əməliyyatlarında bizim iştirakımızı tələb edirdi. Təsadüfi deyil ki, o illərdə onunla çalışan cərrahlar və mən onun stilistikası ilə cərrahlıq edirəm. Bizim üçün böyük məktəb idi.

Sadə, təvazökar, ünsiyyətcil və yaxşılıq etməyi sevən insandı. Torpağını, vətənini və Səməd Vurğunu çox sevirdi. Poeziyanın vurğunu, gözəlliyi sevən insan idi.

Nazim Əfəndiyev Azərbaycan oftalmologiyasının inkişafında, institut üçün yeni binanın layihələndirilməsində əməyi olub. Hazırda çalışdığım mərkəz gün ərzində 750-yə yaxın pasiyenti qəbul etmək gücündədir. Bundan başqa, Nazim ölkəmizdə ilk dəfə süni büllurun implantasiyası əməliyyatını uğurla keçirib. Yaxşı yadımdadır ki, həmin şəxs çilingər idi.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2 - 3
Bölmənin digər xəbərləri
 
"Qorxma, mən səninləyəm-2"də çəkiləcək
Bəhram Bağırzadəyə Yuli Qusmandan təklif gəlib

İki Azərbaycan rəssamının İsveçdə sərgisi açılır
Müseyib Əmirov və Eldar Babazadə yeni əsərlərini təqdim edirlər

Riqada simfo-muğam konserti
İfalar anşlaqla müşayiət olunub

Gülyanaq Məmmədova: "Türkmənistan prezidenti səsimə gerçəkdən vurğundur"
Bu sənətçi oxuduğu mahnılarda obraz yaradır

Diyarbəkir - Oğuz yurdu, Ağqoyunlu yurdu
Kənan Ziya Taş: "Tarixçilərin əməkdaşlığına böyük ehtiyac duyulur"

Gənc Tamaşaçılar Teatrı Beynəlxalq Təşkilata üzv olub


Azərbaycan muğamı İtaliyada


"Təbəssüm" "Günəşli şabalıd" festivalında




Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər