Hal-hazırda Ayna qəzetinin 28.05.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 28.05.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Katolik kilsəsinin təsisatları qeydiyyata alınacaq
Katolik kilsəsinin təsisatları qeydiyyata alınacaq
Müqəddəs Taxt-tac ilə Azərbaycan hökuməti arasında saziş təsdiqləndi
Şənbə, 28.05.2011

Fərəh mətn ölçüsü  

Dünən Milli Məclisdə Azərbaycan Respublikası və Müqəddəs Taxt-tac arasında ölkəmizdəki Katolik kilsəsinin hüquqi statusu haqqında saziş təsdiqləndi. Saziş haqqında məlumat verən Milli Məclisin insan haqları komitəsinin sədri Rəbiyyət Aslanova ölkədə dini tolerantlığın yüksək səviyyədə olmasından danışdı.

Onun sözlərinə görə, Azərbaycan hökumətinin məhz Katolik kilsə ilə saziş imzalaması digər dini cərəyanların gücsüz olması demək deyil. Sadəcə, Müqəddəs Taxt-tac bütün dünya ölkələri ilə bu cür saziş imzaladığına görə Azərbaycan tərəfi də bu prosesə qoşulub. Deputat hesab edir ki, bu sazişin təsdiqlənməsi Azərbaycanın dini dözümlülüyünün nümayişidir.

Rəbiyyət Aslanova xatırlatdı ki, Azərbaycanda 2008-ci il martın 16-da Müqəddəs Məryəm kilsəsinin açılışı baş tutub. Açılış mərasimində Katolik kilsəsinin nümayəndələri iştirak ediblər. İndi də həmin kilsə öz hüquqi statusunu almış olur.

Sazişdə qeyd olunur ki, bu sənəd Azərbaycan Respublikası və Müqəddəs Taxt-tac arasında mövcud münasibətləri dostluq ruhunda gücləndirmək və inkişaf etdirmək üçün hazırlanıb. Saziş Azərbaycanda katolik dininə aşkar etiqad etmək və ayinləri yerinə yetirmək azadlığına təminat verir. Sənəd həmçinin Katolik kilsəsinə öz dini səlahiyyəti daxilində missiyasını yerinə yetirmək hüququ verir. Azərbaycan tərəfi də öz növbəsində kilsənin bütün təsisatlarının hüquqi subyektlərini tanıyır və qeydiyyata alır.

Saziş bu il aprelin 29-da imzalanıb.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Eynulla Fətullayev sərbəst buraxıldı
Amma hələ də həbsxanalarda beynəlxalq ictimaiyyətin siyasi məhbus hesab etdiyi xeyli adam var

Jurnalist də dövlət qulluqçusu sayıla bilər
Hadı Rəcəbli bu statusun verilməsində problem görmür

Bir sıra şəxslərin məzarları oradan köçürüləcək


BDU-ya Heydər Əliyevin adı verilə bilər
Abel Məhərrəmov: "Qovulan tələbələri universitetə bərpa edə bilərik"

Azərfon şəbəkəsində əsaslı dəyişikliklər
Şəbəkəsini müasirləşdirən mobil operator metro stansiyalarına genişlənir və 4G texnologiyasının tətbiqinə hazırlaşır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər