Hal-hazırda Ayna qəzetinin 28.05.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 28.05.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Jurnalist də dövlət qulluqçusu sayıla bilər
Jurnalist də dövlət qulluqçusu sayıla bilər
Hadı Rəcəbli bu statusun verilməsində problem görmür
Şənbə, 28.05.2011

Fərəh mətn ölçüsü  

"Rəsmi dövlət qəzetlərində, eləcə də digər media quruluşlarında çalışanlara dövlət qulluqçusu statusu verilə bilər. Hətta bu yöndə qanunvericilik aktı qəbul edilə bilər, bu məsələ istisna deyil". Bu fikri mətbuata açıqlamasında parlamentin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib.

Deputatın sözlərinə görə, digər peşələrdə çalışan insanlar kimi dövlət büdcəsindən maliyyələşən yazılı və elektron media quruluşlarında işləyənlərə, xüsusilə jurnalistlərə də dövlət qulluqçusu statusunun şamil olunması mümkündür. Hadı Rəcəbli hesab edir ki, Milli Məclisin orqanı olan "Azərbaycan" qəzeti, təsisçisi Prezident Administrasiyasının İşlər İdarəsi olan "Xalq qəzeti" işçilərinə parlamentin və ali icra hakimiyyəti orqanının əməkdaşları statusunu vermək olar:

"Bundan başqa digər media quruluşları var ki, onlar da büdcədən maliyyələşirlər və bu baxımdan gələcəkdə onlara da belə bir status verilə bilər, bu, mümkündür. Burada elə bir problemli məsələ görmürəm".

H.Rəcəbli qeyd edir ki, özəl müəssisələrdə çalışanlarla dövlət qurumlarında işləyənlərin əməkhaqları arasında fərqlər də aradan qaldırılmalı, burada uyğunluq olmalıdır. "Qeyri-dövlət sektorunda əməkhaqqı yüksəkdir. Ona görə də dövlətdən özəl sektora axın var. Hesab edirəm ki, zaman keçdikcə burada da yaxınlıq olmalıdır".

Komitə sədri etiraf edir ki, bəzi dövlət qurumlarında işləyən insanlar yüksək maaş alır. Bəzən onların əməkhaqqının məbləği 1600-1700 manata çatır:

"Məsələn, SOCAR-da işləyənlər də bu qədər maaş alır, Nazirlər Kabinetində, bəzi nazirliklərdə. Digər qurumlar, aşağı dövlət strukturlarında da belə yüksək əməkhaqqı olmalıdır ki, dövlət sektorundan özəl sektora axın olmasın. Əks təqdirdə, gələcəkdə dövlət sektorunda savadlı, peşəkar mütəxəssislər tapmaq olmaz".


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Qubada jurnalistlər üçün düşərgə

"Döyüşdən reportaj"

Hərbi jurnalistika özü də müzakirə mövzusudur

Jurnalistlər pulsuz müayinə ediləcək

MŞ iki qəzet barədə materialları prokurorluğa göndərir

Bölmənin digər xəbərləri
 
Eynulla Fətullayev sərbəst buraxıldı
Amma hələ də həbsxanalarda beynəlxalq ictimaiyyətin siyasi məhbus hesab etdiyi xeyli adam var

Bir sıra şəxslərin məzarları oradan köçürüləcək


BDU-ya Heydər Əliyevin adı verilə bilər
Abel Məhərrəmov: "Qovulan tələbələri universitetə bərpa edə bilərik"

Katolik kilsəsinin təsisatları qeydiyyata alınacaq
Müqəddəs Taxt-tac ilə Azərbaycan hökuməti arasında saziş təsdiqləndi

Azərfon şəbəkəsində əsaslı dəyişikliklər
Şəbəkəsini müasirləşdirən mobil operator metro stansiyalarına genişlənir və 4G texnologiyasının tətbiqinə hazırlaşır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər