Hal-hazırda Ayna qəzetinin 28.05.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 28.05.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
Əhmədinejada etibar edilmir
Əhmədinejada etibar edilmir
Onun Neft Nazirliyinə başçılıq etmək cəhdi qanunsuz sayılır
Şənbə, 28.05.2011

S.Sədrəddin mətn ölçüsü  

Mahmud Əhmədinejad prezidentliyinin ilk dövründə neft naziri postuna öz namizədini parlamentin bir neçə toplantısından sonra təsdiq etdirə bildi. Həmin 2005-ci ildə seçkiöncəsi kampaniyası zamanı o, keçmiş prezident Haşimi-Rəfsəncanini və onun oğlu Mehdi Haşimini nəzərdə tutaraq, Neft Nazirliyini "mafiyadan" təmizləyəcəyini bəyan etmişdi.

Ancaq ötən həftə bu quruma rəhbərliyi hakimiyət müvəqqəti də olsa ona etibar etmədi. Nəzarət Şurasının sədri prezidentin bu quruma başçılıq etməsinə dair qərarını "qanunsuz" sayaraq, bildirdi ki, bu, İran Ana Yasasının 135-ci maddəsinə ziddir. Həmin maddə belədir: "...Nazirlər kabineti və ya onlardan birinin istefası Cümhuriyyət başçısına təqdim olunur. Nazirlər heyəti yeni hökumət formalaşanadək öz vəzifələrini davam etdirməlidir. Cümhuriyyət başçısı nazir olmayan nazirliklərə ən çoxu 3 ay müddətinə naziri əvəz edən seçə bilər".

Xatırladaq ki, prezident nazirlər kabineti üzvlərinin sayının 21-dən 17-dək ixtisar edilməsi haqda qərarı parlamentə təklif etdi. Həmin qərara əsasən, Şəhərsalma Naziriliyi Nəqliyyat, Sənaye Nazirliyi Ticarət, Neft Nazirliyi Energetika, Sosial Müdafiə Nazirliyi Əmək Nazirliyi ilə birləşdirilib. Ona görə də keçmiş neft naziri Seyid Məsud Mirkazımi, sosial təminat naziri Sadiq Məhsuli, sənaye və mədən naziri Əliəkbər Mehrabian tutduğu vəzifələrdən azad ediliblər.

Bu ixtisarı hökumət cari il başlayan beşinci beşillik proqram çərçivəsində həyata keçirir.

Əhmədinejad hökumətinin bu ixtisarı parlamentin sədri Əli Laricaninin kəskin etirazı ilə üzləşib. O, bunu "qanunsuz" adlandıraraq, vəzifəsini itirmiş nazirlərə "öz işlərini adi qaydada icra etməyi" məsləhət görüb. Laricani bildirib ki, məclis təsdiqləmədən, səsvermə keçirilmədən nazirliklərin birləşdirilməsi, yeni nazirliklərin yaradılması ölkə Ana Yasasına ziddir.

Prezidentin parlament məsələləri üzrə müavini Məhəmmədrza Mirtacəddini isə deyir ki, kabinetdə struktur dəyişikliyinin parlamentdə təsdiqlənməsinə ehtiyac yoxdur. Prezident ixtisardan sonra deyib ki, "neft nazirliyinə nəzarəti üzərimə götürürəm".

Hakimiyyətiçi ziddiyyətlər bununla bitmir. Prezident Aparatının başçısı Həmid Bəqai 4 il ərzində dövlət qurumlarında çalışmaqdan məhrum edilib. Bu haqda o, keçirdiyi mətbuat konfransında bildirib. Bəqai bu vəzifəyə apreldə Əhmədinejadın qudası İsfəndiyar Rəhim-Məşai azad edildikdən sonra prezident tərəfindən təyin olunmuşdu. O, əvvəllər İran prezidentinin müavini, mədəni irs və turizm təşkilatının başçısı vəzifəsində çalışırdı.

Ölkə informasiya vasitələrinin məlumatına görə, məhkəmə Bəqaini turizm təşkilatına başçılıq etdiyi dövrdə "çoxsaylı qanun pozuntularına" yol verdiyi üçün cəzalandırıb. Yeri gəlmişkən, ötən ayın əvvəlində müavin vəzifəsində çalışarkən Baqai bildirmişdi ki, İranla ABŞ arasında siyasi anlaşılmazlıq iki dövlət arasında turizmin inkişafına əngəl törətməməlidir.

Bundan başqa, Əhmədinejadın köməkçisi, prezident aparatının əməkdaşı Kazım Kaipaşi həbs olunub. O, aparatda kadrlar qəbulu məsələsinə başçılıq edirmiş. Başqa sözlə, prezident üçün müşavirləri şəxsən işə qəbul edirmiş. Kiapaşi prezident aparatının keçmiş başçısı, hazırda həbsdə olan Rəhim-Məşainin yaxın silahdaşlarından sayılır.

Ötən bir ay ərzində ölkə prezidentinə yaxın olan 25 nəfər dövlət məmuru həbs olunub. Prezident Əhmədinejadın "xaç atası" sayılan, Dini Ekspertlər Şurasının üzvü ayətullah Mispah Yəzdi İnqilab Keşikçiləri Qvardiyası komandanları qarşısında çıxışı zamanı hökumət başçısını dolayı yolla da olsa kəskin təndiq edərək, "bəzilərinin şeytanın hiyləsinə uyduğunu" söyləmişdi.

Gələn ay OPEK toplantısı keçiriləcək. Quruma sədrlik sırası Tehrana çatdığından həmin toplantıya da sədrliyi İslam Respublikasının uyğun nazirliyinin başçısı etməlidir. Ancaq İranın neft naziri ixtisara düşdüyündən, Əhmədinejada isə etimad olmadığıdan bu yığıncağa Tehran hakimiyyətindən sədrlik edəcək şəxs hələ bilinmir.

İş o yerə çatıb ki, neft nazirliyinə müvəqqəti də olsa nəzarət prezidentə etibar edilmir. Bunu "qanunsuz" adlandırırlar. Hökumət başçısı Əhmədinejada Neft Nazirliyi etibar edilmirsə, bu halda prezident nədən istefaya göndərilmir?! Axı İran Ana Yasasına əsasən, prezident ali rəhbərdən sonra dövlətin ikinci adamı sayılır. Onda belə çıxır ki, hakimiyyət sıralamasındakı ikinci yerdə durana etibar yoxdur. Belə bir şəraitdə vəziyyətin doğrudan da gərgin olduğu qənaətinə gəlmək mümkündür. Bu, İran İslam Respublikası hökumətinin deyil, hakimiyyətin, sistemin, rejimin böhrana düşdüyünün aydın görüntüləridir...


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Xəzər regionunda terror təhlükəsi daha da artıb

Büdcə dəyişdirilib qəbul edildi

Prezident İlham Əliyev Balakəndə olub

Belarus bizdən neft almaq istəyir

Neftin qiyməti hələ artacaq

Bölmənin digər xəbərləri
 
Dünya çərkəzləri hərəkətə keçdilər
Yüzillik Qafqaz Savaşındakı "çərkəz soyqırımı"nın tanınması tələb edilir

Əhmədinejadçıların ittihamı - "casus"luq
11 sentyabr teraktında Tehranın da əli olduğu iddia edilir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər