Hal-hazırda Ayna qəzetinin 28.05.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 28.05.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Demokratikləşmə üçün 7 addım
İctimai Xartiya təkliflər paketini təqdim etdi
Şənbə, 28.05.2011


Namiq Hüseynov
mətn ölçüsü  

Azərbaycan Avrointeqrasiya İctimai Komitəsi, Ziyalılar Forumu, Alumni Netwok Şəbəkəsi bu gün Landmark Biznes Mərkəzində "Demokratiyaya doğru 7 addım" İctimai Xartiyasının təqdimatını keçirib. Toplantıda çoxsaylı ictimai birliklərin, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edib.

İctimai Xartiya Azərbaycanda avtoritarizmdən demokratiyaya keçidin zəruriliyi ilə bağlı geniş ictimai konsensus əldə olunmasını ehtiva edir. Sənəd aşağıdakı 7 bənddən ibarətdir:

1. Sabiq prezidentlərin statusu haqqında qanunun qəbulu və bu qanunun sabiq prezidentlərə - Ayaz Mütəllibova, Əbülfəz Elçibəyə, Heydər Əliyevə və onların ailə üzvlərinə şamil edilməsi;

2. Siyasi amnistiyanın verilməsini: siyasi motivlərlə qaldırılmış bütün cinayət təqiblərinin ləğv edilməsi, Azərbaycandan kənara getməyə məcbur olmuş bütün siyasi xadimlərin vətənə qayıtmasının təmin edilməsi;

3. İqtisadi-maliyyə amnistiyası verilməsi: kölgə iqtisadiyyatının ləğv edilməsi və leqallaşmış xüsusi mülkiyyətin toxunulmazlığına siyasi və hüquqi təminatlar verilməsi;

4. Azərbaycan cəmiyyətinə hesabat verən, dərin siyasi və iqtisadi islahatlar keçirəcək islahatçı Milli Etimad Hökumətinin formalaşdırılması;

5. Dövlət İdarəetməsinin Konstitusiya islahatı barədə ümumxalq referendumunun keçirilməsi;

6. Qarışıq majoritar-proporsional sistem üzrə azad, ədalətli parlament seçkiləri keçirmək və çoxpartiyalı sistemin formalaşdırılması, avtoritarizmdən demokratiyaya keçid prosesinin dönməzliyinin təmin edilməsi;

7. Azərbaycanın üzərinə götürdüyü bütün beynəlxalq öhdəliklərin və imzalanmış müqavilələrin yerinə yetirilməsi.

Xartiyaya qoşulanlar indiki siyasi durumu vətəndaşların bütün əsas siyasi, sosial, iqtisadi haqlarını və azadlıqlarını kobudcasına pozan avtoritar, korrupsiyalaşmış sistem kimi qiymətləndirir. "Biz hesab edirik ki, qansız, davasız və qarşıdurmasız avtoritarizmdən demokratiyaya keçə bilərik. Bunun üçün ilk öncə cəmiyyətdə milli birlik yaratmaq üçün eks-prezidentlər haqqında qanun qəbul edilməli, siyasi ittihamlara və həbslərə son qoyulmalı, iqtisadi-maliyyə amnistiya elan edilməli və fundamental azadlıqlar təmin edilməlidir", - deyə İctimai Forumun prezidenti Eldar Namazov qeyd edib.

O həmçinin bu keçidin təmin edilməsi üçün Milli Etimad Hökumətinin yaradılmasını və yeni parlament seçkiləri keçirilməsini vacib sayır:

"Biz prezident məsələsi barədə danışmırıq. Prezident də islahatların keçirilməsinin vaxtının çatdığını və bizim hətta gecikdiyimizi bilməlidir. Biz bu keçidi həyata keçirməsək, xalq özü bunu edəcək. Biz eyni zamanda cəmiyyətə bildiririk ki, yalnız demokratik dəyişikliklər uğrunda çalışırıq. Bu heç də yenidən mülkiyyət bölgüsü deyil. Bu səbəbdən də qabaqcadan iqtisadi-maliyyə amnistiyasının tətbiqini istəyirik", - deyə E.Namazov bildirib.

Çoxsaylı çıxışlarda xartiya dəstəklənib, demokratiyanın alternativi olmadığı bildirilib. "Demokratiyaya keçid qarşılıqlı etimadın yaradılmasından keçməlidir. Fundamental azadlıqlar və siyasi dialoq bərpa olunmalıdır. Cəmiyyətdə hörmət qazanmış insanların iştirakı ilə Milli Etimad Hökuməti qurulmalıdır. Bütün qurumlarda, fondlarda, o cümlədən Neft Fondu və Heydər Əliyev Fondunda şəffaflıq təmin edilməlidir", - deyə Avrointeqrasiya Əməkdaşlıq Assosiasiyasının prezidenti Sülhəddin Əkbər qeyd edib.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Həbsxanalarla bağlı hökumətin işləri - yarıtmaz

Lalə Şövkət İctimai Palatadan imtina edib

İctimai Palata "birləşmə" məsələsinə qarışmır

ABŞ səfirliyindən hökumətə çağırış

Hüquq-mühafizə orqanları və İP dialoqu

Bölmənin digər xəbərləri
 
Büdcə layihələri səssiz-səmirsiz qəbul edildi
Kimin əlavə sualı varsa, yazılı şəkildə nazirliyə təqdim edə bilər

Ermənistanın kölə vəziyyəti Kremlə sərf edir
Rusiya Ermənistan-İran münasibətlərinin inkişafında maraqlı deyil

Siyasi məhbus məsələsi gündəmdən düşmür
Rəsmi Bakı ölkədə siyasi məhbusların olmadığını israr edir

Niyə "Qoşulmama Hərəkatı"na qoşulduq?
Bu üzvlüyün perspektivdə mənfi və müsbət təsirləri barədə mülahizələr var

Bakı yolu Ştrasserin üzünə bağlıdır
Səbəb: universal "siyasi məhbus" anlayışı yoxdur



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər