Hal-hazırda Ayna qəzetinin 28.05.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 28.05.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Siyasi məhbus məsələsi gündəmdən düşmür
Siyasi məhbus məsələsi gündəmdən düşmür
Rəsmi Bakı ölkədə siyasi məhbusların olmadığını israr edir
Şənbə, 28.05.2011

İdrak mətn ölçüsü  

Beynəlxalq təşkilatlar "siyasi məhbus" anlayışının universal tərifini işləyib hazırlamalıdır, çünki bu məsələdə "ikili standartların" tətbiqi yolverilməzdir. Dünən Bakıda "Vahid "siyasi məhbus" anlayışının qəbul edilmə zərurəti" mövzusundakı konfransda səslənən əsas fikir bundan ibarət olub ("Turan").

Tədbir bir qrup hökumətyönlü QHT-lər - Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası, "İnsan Hüquqları 21-ci əsr" Azərbaycan Fondu, İnsan hüquqları sahəsində beynəlxalq standartların qəbulu üzrə Birgə İşçi Qrupu və Bolqarıstanın Məhbusların Reinteqrasiyası Assosiasiyası tərəfindən təşkil olunub.

Konfransda Azərbaycan Prezident Administrasiyası, hökumət və parlamentin nümayəndələri, beynəlxalq ekspertlər, Avropa Parlamentinin, AŞPA-nın və "AvroNest"in ("Şərq Tərəfdaşlığı" Parlament Assambleyası) deputatları iştirak edirlər.

Konfransı açan AŞPA-nın "fəxri üzvü", Finlandiyalı Jaako Laakso dünən jurnalist Eynulla Fətullayevin həbsdən azad edilməsini alqışlayıb. "Bu o deməkdir ki, Azərbaycanla bağlı beynəlxalq ictimaiyyəti narahat edən problemlərdən biri həll olundu", - deyə Laakso bildirib.

Azərbaycan Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş üzrə şöbə müdiri Fuad Ələsgərov ümumi "siyasi məhbus" anlayışının qəbul edilməsinin aktuallığını vurğulayıb. Belə ki, bunun olmaması "ikili standartlar" yaradır. Buna görə siyasi məhbus termininin meyarları bütün AŞ ölkələrində eyni tətbiq olunmalıdır.

Meyarların Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri əsasında müəyyən edilməsi ən optimal çıxış yolu olardı. "Bu meyarlar Strasburq Məhkəməsinin təcrübəsinə zidd olmamalıdır", - deyə Ələsgərov bildirib.

Ədliyyə nazirinin müavini Toğrul Musayev hesab edir ki, vahid "siyasi məhbus" anlayışının olmaması hüquq müdafiəçiləri tərəfindən "manipulyasiya və sui-istifadələrə" yol açır.

AŞPA-dakı Azərbaycan heyətinin üzvü Elxan Süleymanov AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin edilməsi haqqında qərarını "qeyri-obyektiv" adlandırıb. O da hamı tərəfindən qəbul edilmiş "siyasi məhbus" anlayışının olmamasına istinad edib.

Belçika Konstitusiya Məhkəməsinin hakimi Jan-Pol Murman AŞPA-nın siyasi məhbuslara aid edilməli olan insanların müəyyən edilməsi üçün ümumi meyarlar qəbul etməsi zərurətini qeyd edib. Onun fikrincə, bununla AŞPA-nın xüsusi təsis edilmiş qurumu məşğul ola bilərdi.

Konfransın yekunlarına görə müvafiq qətnamə qəbul etmək və AŞPA, Avropa Parlamenti və digər təşkilatlara göndərmək nəzərdə tutulur.

İştirakçılar arasında Azərbaycan üzrə Monitorinq Komitəsinin məruzəçisi Pedro Aqramunt da olub. Ümumilikdə konfransa 40-a yaxın Avropa deputatı dəvət olunmuşdu.

Dünən axşam avropalı deputatlar "Buta Palas"da dövlət başçısı İlham Əliyevin də iştirak etdiyi qonaqlıqda olublar.я


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Hərbi səneye müəssisələrinin açılışı olub

Bu il maaş və pensiyalar artacaq

Maaşlar artırılacaq

Milli mətbuatımızın 135 illik yubileyi qeyd olunacaq

Prezident Lənkəranda və Lerikdə idi

Bölmənin digər xəbərləri
 
Büdcə layihələri səssiz-səmirsiz qəbul edildi
Kimin əlavə sualı varsa, yazılı şəkildə nazirliyə təqdim edə bilər

Ermənistanın kölə vəziyyəti Kremlə sərf edir
Rusiya Ermənistan-İran münasibətlərinin inkişafında maraqlı deyil

Niyə "Qoşulmama Hərəkatı"na qoşulduq?
Bu üzvlüyün perspektivdə mənfi və müsbət təsirləri barədə mülahizələr var

Demokratikləşmə üçün 7 addım
İctimai Xartiya təkliflər paketini təqdim etdi

Bakı yolu Ştrasserin üzünə bağlıdır
Səbəb: universal "siyasi məhbus" anlayışı yoxdur



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər