 |
Ermənistan adamsızlaşır və bu tendensiya davam edəcək
Şənbə, 21.05.2011
E.İlkin |
mətn ölçüsü |
|
|
|
Bunu nə qədər ört-basdır etməyə çalışsalar da, Ermənistan əhalisinin sayında kəskin azalma təsdiqini tapır. Regional Sabitlik və Təhlükəsizlik Mərkəzinin araşdırmalarına görə, rəsmi statistikadan (3,2 milyon) fərqli olaraq hazırda Ermənistanda əhalinin real sayı 2 milyondan azdır. Ölkənin sürətlə adamsızlaşmasının Ermənistan hökumətini və erməni çevrələrini ciddi narahat etdiyi də sirr deyil. Ölkədə real olaraq nə qədər əhali yaşadığı isə payızda bilinəcək. Təbii ki, əgər rəqəmlər bu dəfə də şişirdilməsə... Baxmayaraq ki, Ermənistanda əhali sayımı Norveçin, BMT, Dünya Bankı və s. donorların maliyyə dəstəyi ilə keçiriləcək. Bu məqsədlə Norveç 585, BMT 200, Dünya Bankı isə 100 min dollar ayırıb.
BMT-nin proqnozlarına görə, Ermənistan üçün bu rəqəm 2050-ci ildə də dəyişməyəcək, çünki artım gözlənilmir. BMT ekspertləri əhalinin azalmasına əsas səbəb kimi - işsizlik, biznes fəaliyyəti üçün əngəllər və qeyri-münbit sosial şərait, dözülməz avtoritarizm göstərirlər.
"Armenia Today"in yazdığına görə, 2010-cu ildə Ermənistanı 60 min nəfər həmişəlik tərk edib. 2011-ci ildə isə bu rəqəmlərin artacağı istisna deyil. BMT-nin Ermənistanda apardığı sorğular göstərir ki, ölkədə yaşayan ailələr (46 faiz) birdən artıq uşaq istəmir, çünki əksəriyyət ölkəni tərk etmək niyyətindədir. Ermənistan Statistika Komitəsinin BMT qurumları ilə birgə apardığı araşdırma nəticəsində məlum olub ki, hər il Ermənistandan 7500 vətəndaş xaricə köçür. Bu rəqəmi Ermənistan Əmək və Sosial Məsələlər Naziriyi də təsdiqləyib. Nazirlikdən bildiriblər ki, köçənlərin çoxu Ermənistanda özlərinə iş tapa bilməyən kişilərdir. Məlumatda son 20 ildə olduğu kimi, köçənlərin çoxunun Rusiya və digər MDB ölkələrinə, eyni zamanda Birləşmiş Ştatlara getdiyi göstərilir.
Bu sürətli köç prosesi Ermənistanın onsuz da zəif iqtisadiyyatını daha da zəiflədir.
Nazirlik onu da bildirir ki, xaricə köçən kişilərin çoxu orada özlərinə münasib iş tapandan sonra ailələrini də yanlarına aparır və həmin ölkədə daimi vətəndaşlıq alırlar.
Ermənistanda son əhali sayımı 2001-ci ildə aparılıb. Əldə olan rəsmi, lakin reallıqdan uzaq 3.2 milyon rəqəmi o vaxt ortaya atılıb və bu günədək rəsmi təbliğatda hallandırılır.
Süqutun astanası
Ermənistandakı acınacaqlı demoqrafik durum onu deməyə əsas verir ki, hökumətin Azərbaycan ərazilərini işğal etməklə regionda güclü bir dövlətə çevrilmək xülyaları puça çıxıb.
Erməni ekspertlər hesab edirlər ki, bu il də ötən illər kimi iqtisadi problemlər və sosial partlayışlarla müşahidə olunur. Onlar hesab edirlər ki, bunun qarşısını almaq gücündə olmayan hökumət tam tərkibdə istefa verməlidir. Erməni müxalifəti isə birmənalı şəkildə isbat edir ki, ölkədə iqtisadiyyat deyilən bir şey yoxdur. EMK təmsilçisi Vaqan Xaçatryan bununla bağlı bildirib ki, yeni büdcənin vəziyyətindən də aydın göründüyü kimi Sarkisyan hökuməti Ermənistanı bərbad hala qoyub:
"Yeni büdcədə göstərilən rəqəmlər kağız üzərindədir. Mənim üçün də maraqlı odur ki, bu hakimiyyət 2011-ci ildə pulu haradan tapacaq. Çünki Ermənistanda faktiki olaraq iqtisadiyyat deyilən bir şey yoxdur. Ermənistanda yaşamı təmin edəcək bircə sahə belə yoxdur. Hazırda 2-3 faizlik iqtisadi artımdan danışanlar isə yalan deyirlər. Çünki belə bir şey yoxdur. 12 faizlik artım olacağından dəm vuranlar isə özləri də yaxşı bilirlər ki, həmin inkişaf əhalinin həyat səviyyəsində özünü göstərməlidir. Erməni xalqı isə faktiki olaraq səfalət içində yaşayır".
Hökumətdə təmsil olunan bəzi deputatlar da ölkədəki vəziyyətlə bağlı etirazlarını dilə gətirməyə başlayıblar. Onlar bəyan edirlər ki, 2011-ci il üçün nəzərdə tutulan büdcə müzakirəyə çıxarılanda vəziyyətin nə dərəcədə təhlükəli olduğu bəlli idi. Əksəriyyət bu fikirdədir ki, Ermənistan hakimiyyətinin müəyyənləşdirdiyi 2011-ci ilin büdcəsi daha çox əhalinin ölməməsi üçün nəzərdə tutulub. Burada inkişaf və ya iqtisadi artıma rəvac verə biləcək heç bir element barədə düşünülməyib. İri layihələrin maliyyələşdirilməsinin azaldılması, sosial sferada bir çox işlərin görülməsi üçün az miqdarda pul ayrılması, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması üçün nəzərdə tutulan işlərin vəsaitlə təmin edilmədiyi Ermənistanda maliyyə çatışmazlığından xəbər verir.
Sarkisyan-Ohanyan münasibətləri
Ermənistanda hökm sürən xaos orduya da sirayət edir. İntizamın aşağı səviyyəsi, hərbi qulluqçular arasında münasibətlərin kriminogen həddə çatması, zorlama, qətl və s. cinayət hallarının artdığı buna bariz örnəkdir. Erməni mətbuatına istinadən, orduda nizam-intizamın kritik həddə olması prezident Serj Sarqsyanın bərk narahatlığına səbəb olub. Müdafiə naziri Seyran Ohanyanı yanına çağıraraq onunla sərt danışıb. Nazirlə prezidentin təkbətək görüşü bir-birinin ünvanına söylənən iradlar və daha sonra təhqiramiz ifadələrlə davam edib. Belə ki, nazir orduda baş verən özbaşınalıq, qətl və digər korrupsiya hallarının mövcudluğunu təsdiq etməklə yanaşı, bütün baş verənlərə görə məhz ölkə başçısını və hökuməti günahlandırıb. Daha sonra S.Ohanyan prezidentin otağını tərk edərək istefa ərizəsini yazıb. Lakin prezident müdafiə nazirinin istefa ərizəsini qəbul etməyib.
Dağılmaqda olan ordu
Erməni mətbuatında yazılanlara görə, xidmətdə olan zabitlərin əksəriyyəti ordudan tərxis olunma yollarını axtarırlar. Müdafiə nazirinin göstərişinə əsasən, hətta xəstəliyi olan zabitlərin tərxis olunması qadağan edilib..
|
|
|
Oxşar xəbərlər:
Ermənistan ordusunun çağırışçı problemi
Ermənistan dünyanı aldadır
İrəvan bu günlərdə nəylə nəfəs alır?
Rusiya və Ermənistan arasında antiazərbaycan sövdələşməsi?
Ermənistan ordusu real böhran içində
|
|
|