Hal-hazırda Ayna qəzetinin 21.05.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 21.05.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Prezidentlər iyunda görüşəcəklər
Məmmədyarov bildirib ki, ilkin mərhələdə Ermənistan qoşunları Ağdam və Füzulidən çıxarılmalıdır
Şənbə, 21.05.2011

C.Məmmədov mətn ölçüsü  

Bu ilin iyun ayında Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşü gözlənilir. ANS TV-nin məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib.

"Həmsədrlərin regiona növbəti səfəri iyun ayının əvvəlinə nəzərdə tutulub. Bu səfərdən sonra Rusiyanın paytaxtı Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırılır. Bu görüşdən sonra isə iyun ayında hər üç ölkənin dövlət başçıları görüşməlidirlər. Prezidentlərin görüşlərinin harada keçirilməsi ilə bağlı təkliflər olsa da, hələ ki, dəqiq yer müəyyənləşdirilməyib", - deyə nazir bildirib.

Xatırladaq ki, Azərbaycan və Ermənistan prezidentlərinin sonuncu görüşü bu ilin mart ayının 5-də Soçi şəhərində Rusiya prezidentinin iştirakı ilə keçirilib.

Məmmədyarov eyni zamanda qeyd edib ki, Azərbaycan tərəfi ilkin mərhələdə Ermənistan qoşunlarının işğal olunmuş Ağdam və Füzuli rayonlarından, daha sonra isə digər rayonlardan da çıxarılmasını istəyir. O, snayperlərin qoşunların təmas xəttindən çəkilməsi məsələsinə Ermənistan qoşunlarının işğal altında olan rayonlardan çıxarılması kontekstində baxılmalı olduğunu qeyd edib.

"Ermənilər deyir ki, snayperləri çıxarın. Bunlar gülməli sözlərdir. Snayper özü-özünə gəlməyib ki, çıxarılsın. Əsas məsələ Ermənistan qoşunlarının işğal altında olan torpaqlarda olmasıdır. Biz plana əsasən, hansısa bir cədvəllə təsdiq olunmuş şəkildə Ermənistan qoşunlarının çıxarılmasına nail olmalıyıq. Ona görə də biz müzakirə edirik. Yəni biz sülh sazişi bağlayaq, yoxsa regiona sülh və stabillik gətirmək üçün bundan əvvəl hərəkətə keçək, addım-addım məsələsi ilə biz münaqişəni həll edək. İlk mərhələdə əlbəttə ki, işğal olunmuş torpaqlardan erməni qoşunları çıxmalıdır. İndi hansı rayondan, məsələn, Ağdam, Füzuli və ya Zəngilandan başlamalıyıq? Çox güman ki, biz Ağdam və Füzulidən başlamalıyıq. Bu, bizim mövqemizdir. Amma o biri baxımdan irəli sürülən digər bir təklifə görə, ermənilər 5 rayonu birdən boşaltmalıdır. Yəni təkliflər, razılaşdırılmış məqamlar çoxdur", - deyə E.Məmmədyarov bildirib.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Parlamentdə Elmar Hüseynovun qətlindən danışıldı

Erməni tərəf danışıqları ləngidir

Gələn həftə Kəlbəcərlə Laçının taleyinə aydınlıq gəlməlidir

Elmar Məmmədyarov:"Tənzimlənməmiş münaqişələr regiona daha çox təhlükə törədir"

Bakıda beynəlxalq münasibətlər simpoziumu

Bölmənin digər xəbərləri
 
Azərbaycanda islahatlar zəruridir
Avropa Parlamentinin prezidenti Bakıda narahatlıq doğuran məsələləri müzakirə edib

Gürcüstanda sonuncu forpostun ləğvinə başlandı
QMİ-nin narahatlığına bir səbəb yoxdur

"Vəziyyətdən asılı olaraq Azərbaycan öz mövqeyini dəyişə bilər"
Politoloqun fikrincə, Azərbaycanın Qəbələ RLS-i informasiya mərkəzi olaraq bir neçə dövlətin istifadəsinə verməsi yaxşı olar"

Gürcüstan azərbaycanlıları haqqında miflər
Bu ölkəyə səfər bir sıra məsələlərə aydınlıq gətirdi



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər