Hal-hazırda Ayna qəzetinin 21.05.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 21.05.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Azərbaycanda islahatlar zəruridir
Azərbaycanda islahatlar zəruridir
Avropa Parlamentinin prezidenti Bakıda narahatlıq doğuran məsələləri müzakirə edib
Şənbə, 21.05.2011

Eldəniz mətn ölçüsü  

Azərbaycan və Avropa Parlamenti arasında əməkdaşlığın davam etdirilməsi hər iki tərəf üçün çox faydalı olacaq. Bunu Avropa Parlamentinin sədri Yerji Buzek Azərbaycana səfərinin yekunlarına dair keçirdiyi mətbuat konfransında bəyan edib.

APA-nın məlumatına görə, Y.Buzek qeyd edib ki, bir günlük səfəri çərçivəsində Bakıda səmərəli görüşlər keçirib. Azərbaycanın da iştirak etdiyi "Evronest" Parlament Assambleyasının (PA) yaradılmasını dəstəklədiyini qeyd edən qonaq bu prosesi alqışladığını deyib: "Belə bir strukturun yaradılması regional parlament əməkdaşlığı üçün yaxşı zəmin yaradacaq".

O, Azərbaycanın nailiyyətlərini sevinclə qarşıladıqlarını, bununla belə, islahatların davam etdirilməsinin zəruriliyini diqqətə çatdırıb: "Azərbaycanda azad, müstəqil media, söz və özünü ifadə etmək azadlıqlarının təkmilləşdirilməsinə ehtiyac var. Mən bütün görüşlərimdə bu məsələlərə toxundum".

Y.Buzek Avropa Parlamentinin Azərbaycanla bağlı son qətnaməsinin də görüşlərdə müzakirə mövzusu olduğunu söyləyib: "Biz görüşlərdə yalnız mövqelərimizin üst-üstə düşdüyü məsələlərdən danışmadıq, tərəfləri narahat edən məsələləri də müzakirə etdik. Tərəfdaşlar arasında onları narahat edən məsələləri müzakirə etmək isə normaldır. Görüşlərimizdə inkişafına ehtiyac duyduğumuz məsələlərlə bağlı da fikir mübadiləsi apardıq".

AP prezidenti "Eurovision" müsabiqəsində qələbə münasibətilə Azərbaycanı bir daha təbrik edib: "Bu müsabiqədə qalib gəlmək çox mühümdür. Çünki bu, çox məşhur müsabiqədir".

Y. Buzek Azərbaycanın müstəqilliyi və suverenliyinin Avropa İttifaqı üçün çox vacib olduğunu xüsusi vurğulayıb.

Dağlıq Qarabağ münaqişəsinə toxunan qonaq bütün münaqişə tərəflərinin problemin həlli üçün səylərini ortaya qoymalı olduğunu vurğulayıb. Aİ-nin münaqişənin həlli ilə bağlı danışıqlar prosesində iştirak etmədiyini bildirən Y.Buzek bununla belə, AP və Aİ-nin ATƏT-in Minsk Qrupunun problemin həlli istiqamətində səylərini dəstəklədiyini deyib. O, AP və Aİ-nin münaqişə tərəfləri arasında qarşılıqlı etimadın gücləndirilməsi məsələsinə yardım edə biləcəyini söyləyib.

Y.Buzek İrəvana səfəri zamanı da bu məsələləri Ermənistan rəsmilərinin diqqətinə çatdırdığını söyləyib.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev dünən qonağı qəbul edib. Görüşdə Azərbaycan ilə Avropa İttifaqı, Avropa Parlamenti arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, Avropa Parlamentinin sədri Yerji Buzekin ölkəmizə səfərinin əlaqələrimizin daha da genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub.

Bakıdan əvvəl Tbilisidə olan Y.Buzek Gürcüstanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda tərəf kimi çıxış etmək cəhdlərini dəstəkləyib. AP prezidenti Gürcüstanda keçirdiyi mətbuat konfransında rəsmi Tbilisinin danışıqlarda iştirakının mümkünlüyünə işarə verib: "Gürcüstanın münaqişə tərəfləri ilə gözəl münasibətləri mövcuddur. Rəsmi Tbilisi Dağlıq Qarabağ münaqişəsinin həllində əsas oyunçulardan biri ola bilər".

Regionda mövcud olan "dondurulmuş münaqişələr"in həllində real addımlar atmağın tam vaxtının yetişdiyini bildirən AP prezidenti deyib ki, təmsil etdiyi qurum bu istiqamətdə bütün yardımları etməyə hazırdır.

Y.Buzekdən fərqli olaraq, Azərbaycan politoloqu Rüstəm Məmmədov bildirib ki, Gürcüstan Qarabağ münaqişəsinin həllinə girişsə, Cavaxetiya erməniləri hökuməti boykot edər. Politoloq bildirib ki, Gürcüstanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə təsir imkanları çox aşağıdır və o, belə bir təsirin qeyri-real və şübhəli olduğu fikrindədir: "Özü oxşar problem içində olan Gürcüstan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına necə kömək edə bilər ki?"

Azərbaycanlı politoloq hesab edir ki, bu bəyanat "Avropa Parlamenti rəhbərinin Tbilisiyə kompliment xarakterli nəzakət jestidir, bundan artıq bir şey deyil".

Rüstəm Məmmədov həmçinin bildirib: "Gürcüstan özü də analoji problemlərlə üzləşib. Onun Qarabağ münaqişəsinin nizamlanması prosesinə köməyi ağlabatan deyil. Gürcüstan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına həqiqətən qoşulmaq istəsə, bu münaqişənin ədalətli həllini tələb etməyə cəhd göstərsə, Cavaxetiya erməniləri ayağa qalxacaq və ölkə üçün yeni problem yaradacaq".


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Azərbaycan məhkəmələrinin qərarları ləğv edilib

Avropa Məhkəməsi Eynulla Fətullayevlə bağlı qərar verdi

Avropa Məhkəməsindən Azərbaycana qarşı daha iki qərar

Avropa Məhkəməsinin qərarından apellyasiya şikayəti

Məhkəmənin vaxtı müəyyən olundu

Bölmənin digər xəbərləri
 
Gürcüstanda sonuncu forpostun ləğvinə başlandı
QMİ-nin narahatlığına bir səbəb yoxdur

"Vəziyyətdən asılı olaraq Azərbaycan öz mövqeyini dəyişə bilər"
Politoloqun fikrincə, Azərbaycanın Qəbələ RLS-i informasiya mərkəzi olaraq bir neçə dövlətin istifadəsinə verməsi yaxşı olar"

Prezidentlər iyunda görüşəcəklər
Məmmədyarov bildirib ki, ilkin mərhələdə Ermənistan qoşunları Ağdam və Füzulidən çıxarılmalıdır

Gürcüstan azərbaycanlıları haqqında miflər
Bu ölkəyə səfər bir sıra məsələlərə aydınlıq gətirdi



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər