Hal-hazırda Ayna qəzetinin 21.05.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 21.05.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Şou-biznes  
 
 
"Bizim qələbəmiz göz qamaşdırır"
"Bizim qələbəmiz göz qamaşdırır"
İsmayıl Ömərov maliyyə məsələsinin üstünə getməməyi tövsiyə etdi
Şənbə, 21.05.2011

Zəminə mətn ölçüsü  

"Azərbaycan builki "Eurovision" müsabiqəsinə ötən ildəkindən az vəsait xərcləyib". Bu sözləri mətbuata İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov deyib. Onun sözlərinə görə, bu barədə indi konkret rəqəm söyləmək doğru olmaz. Çünki bu barədə hesablamalar aparılır.

İ.Ömərov müsabiqədə iştirak edən bəzi ölkələrin "Azərbaycan yarışmaya böyük məbləğ ayırıb və bu səbəbdən qalib gəlib" açıqlamalarına da aydınlıq gətirərək əlavə edib ki, "bizim qələbəmiz göz qamaşdırır və onlar bu qələbəni həzm edə bilmirlər. Deyilən bütün sözlər absurddur və mətbuatdan xahiş edirəm ki, maliyyə məsələsinin üstünə bu qədər getməsinlər. Bu qələbə Azərbaycan mədəniyyətinin, musiqisinin qələbəsidir".

"Dost da bilir, düşmən də bilir, Azərbaycan qalibdir. Sevinən sevinsin, sevinməyən isə sussun", - deyə İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru əlavə edib. İsmayıl Ömərov 3 ildir ki, birincilik iddiasında olduğumuzu xatırladır. Qurumun direktoru bildirdi ki, Eldar və Nigar cütlüyü ideal seçim idi.

Onun sözlərinə görə, münsiflər seçim zamanı böyük tərəddüd içində idi, ancaq çox düzgün qərar verildi. "Bu seçim bizim olsa da, artıq bütün dünyanın seçimidir", - deyə İ.Ömərov artıq Avropa Yayımlar Birliyinin 2012-ci ildə ev sahibliyini təsdiqləyən sənədi Azərbaycana təqdim etdiyini və iyunun 20-də Cenevredə yarışmanı harada və necə keçirməklə bağlı məsələlərin ilkin müzakirə olunacağını qeyd edib.

"Əminəm ki, yarışmanın ən gözəl örnəyi Azərbaycanda keçiriləcək, çünki təmsilçilərimiz Azərbaycanın sivil, təfəkkürlü obrazını dünya qarşısında yaratdılar",- deyə İ.Ömərov əlavə edib.

İTV-nin direktoru Ermənistanın gələnilki müsabiqədə iştirak edib-etməyəcəyi ilə bağlı sualı da cavablandırıb: "Mən özüm oxumamışam, amma mənə məlumat veriblər ki, ermənilər burada keçirilən müsabiqədə iştirak etməyəcəklərini bildiriblər. Əgər onlar bu fikirdədirlərsə, çox təəssüf edirəm. "Eurovision" yarışması insanları humanizmə çağıran bir müsabiqədir". Onun sözlərinə görə, Azərbaycan heç bir ölkəni ayrıca dəvət etmir: "Avropa Yayımları Birliyinin öz ciddi qaydaları var. Ölkələr də bu qaydalara ciddi əməl etməlidir. Ona görə də mən onların əvəzindən heç nə deyə bilmərəm".

"Eurovision-2011" Mahnı Müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camala gəlincə, hazırda onlar Almaniyadadırlar. Bu dəfə yarışmaya yox, istirahətə gediblər. Qaliblər bu ölkədə 4 gün istirahət edəcəklər. Səfər öncəsi maraqlı açıqlamalar verən təmsilçilər bildiriblər ki, ikinci dəfə seçilsələr, yenə ölkəmizi bu müsabiqədə təmsil etməyə hazırdırlar. Onlar bu yaxınlarda Türkiyəyə də gedəcəklərini açıqlayıblar. Artıq bir çox ölkələrdən dəvət alan təmsilçilər onların adlarını Almaniyadan döndükdən sonra bəlli edəcəklər. Cütlüyün gələcəklə bağlı bir sıra iş planları var. Bu arada isə Nigar Camal ona filmə çəkilmək təklifi gəlsə, buna razılıq verəcəyini bildirib.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Ədalət Şükürov sənətçiləri ali təhsilə çağırır
Çünki kitab oxumurlar deyə səviyyələri aşağıdır

Qadın səsi ilə oxuyan kişilər, kişi səsi ilə oxuyan qadınlar
Akif İslamzadə bunu "kompleks" adlandırır

Araz Elsəsin konsertinin vaxtı dəyişdi
Sənətçi bu ayın 29-da oxuyacaq

Hüseyn Dəryanın həyatı "Məktub-2"də
Reper klip çəkdirir

"Tək səbir" baş tutmadı
Şou-proqram gələn həftəyə keçirildi

Gülyanaq Məmmədova: "Yarım saat oxuyub, məndən ikiqat artıq pul alırlar"
Sənətçi şou ulduzlarının "toy məharətindən" danışdı

İlqar Muradov yenə söz verdi:
Konsert olacaq

Kərim klipini animasiya formatında çəkdirəcək
Tərəf-müqabili isə Xatundur

Mir Yusif "Əlvida"nı müasirləşdirdi
Reper onun ekran versiyasını da düşünür

Natəvan Həbibi: "Ailə həyatı qurandan sonra səhnədən gedəcəm"
Sənətçi qərarında qətidir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər