Reper Hüseyn Dərya yeni "Məktub-2" adlanan rep parçasına klip çəkdirir. Onun qəzetimizə bildirdiyinə görə, çəkilişləri gənc rejissor Ceyhun Kərimova həvalə edib. Burada reperin şəxsi həyatı yer alacaq:
"Həyatımda ağlı-qaralı günlər çox olub. İstəyirəm ki, bunu yığcam şəkildə klipə yansıdaq. Rejissordan bunu mən istəmişəm. Tamaşaçılar mənim həm çətinliklərimi, sevincimi, uğurumu və s. həyatımın bəzi anlarını klipdən izləyəcəklər. Çalışdığımız qədər ekran işini maraqlı edəcəyik".
Reper qeyd etdi ki, çəkilişlər başa çatan kimi yaxın bir həftəyə onun təqdimatı keçiriləcək.
|