Türk dünyasının ozanı kimi tanıdığımız Araz Elsəs mayın 24-də Bakıda konsert proqramı ilə çıxış etməli idi. Lakin konsertin vaxtı müəyyən səbəblərdən dəyişib. Konsertin təşkilatçısı proqramı mayın 29-na keçirib. Paytaxtın istirahət mərkəzlərinin birində təşkil edilməli olan musiqili proqramın anonsları yaxın günlərdə təqdim ediləcək.
Qeyd edək ki, konserti təşkil edən heyət proqramın mayın 24-də keçirilməyəcəyinin səbəbini əsasən texniki problemlərlə izah edib. Eyni zamanda konsertdə Araz Elsəsi müşayiət edən ansambl həmin tarixdə Bakıya gələ bilməyəcəyini açıqlayıb. Hər iki səbəbdən musiqili proqram 5 gün sonraya keçirilib. Öyrəndik ki, Araz Elsəs Bakı konsertinin repertuarını artıq hazır edib.
|