Hal-hazırda Ayna qəzetinin 21.05.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 21.05.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
Gürcüstanda sonuncu forpostun ləğvinə başlandı
Gürcüstanda sonuncu forpostun ləğvinə başlandı
QMİ-nin narahatlığına bir səbəb yoxdur
Şənbə, 21.05.2011

Ənvər Börüsoy mətn ölçüsü  

Azərbaycan ictimai fikrində gündəmə gələn əsas mövzulardan biri də "Gürcüstan Müsəlmanları Birliyi" (GMİ) adlı qurumun yaradılması və bununla da onun Bakıdan idarə olunan Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə bağlantısına son qoyulması prosesi gündəmə gəlibdir. Əslində hüquqi baxımdan dini inanc anlayışı çağdaş dünyada dövlət və din arasında hüquqi cəhətdən tənzimlənmiş qaydada inkişaf etdirilməlidir. Bununla da dini ehkamlara münasibətlər cəmiyyətdə daha sivil qaydada normal qavrama çevrilir.

Din üzərində monopolizm siyasətinin sonu

Gürcüstanda 2003-cü il "qızılgül inqilabı"ndan sonra, Güney Qafqazda ilk dəfə olaraq, yüzillər boyu davam edən ideoloji, sosioloji, siyasi, ictimai münasibətlərdə yeni bir düşüncə tərzi cəmiyyətin yaşam tərzinə çevrilməyə başladı. Gürcüstan ilk addım olaraq Rusiyanın regiondakı 300 illik hərbi-inzibati strukturlarını ölkədən dışladı. Bunun ardınca iqtisadi və maliyyə sektorunda çağdaş standartların tətbiqolunma strategiyasına üz tutdu. Bu prosesin inkişaf etməsi üçün parlamentin dəstəyilə yeni təfəkkür tərzinə uyğun qanunların qəbuluna başlanıldı.

Ötən 8 illik müddətdə qarşıya qoyulan bütün bu məsələlər tamamilə dəyişdirildi. İndi sırada həll olunmamış əsas mövzu dini inanc məsələsinin qanuni şəkildə tənzimlənməsi və bunun həllindən ibarətdir. Belə ki, son bir neçə ayda Gürcüstan və Rusiya, Gürcüstan və Ermənistan arasında yaşanan gərginliklərdən biri də "dini şəbəkələr"in idarəedilmə probleminin həlli yolunda bunun hüquqi cəhətdən tənzimlənməsi məsələsi olmuşdur. Ermənistan Tiflisdə bütün Gürcüstan üzrə "Erməni Apostol Kilsəsi"nin, Rusiya tərəfi isə ən azından Abxaziya və Güney Osetiyada "Rus və Moskva Pravoslav Kilsəsi Patriarxlığı"nın üstün səviyyədə olma ssenarilərini ortaya qoymuşdular. Gürcüstan tərəfi isə iradə göstərərək bütün bunların hüquqi əsaslarını daxili qanunlar əsasında tənzimlənmə prinsiplərinin ən üstün səviyyəyə çatdırılmasına nail ola bilmişdir. Çünki ölkədə bütün xristian əhalisinin maraqlarını dini baxımdan tənzimləyə biləcək patriarxlığın mövcud olması yetərli hesab edilmişdir.

Azərbaycan tərəfi 1944-cü ildə yaradılan "Zaqafqaziya Müsəlmanları Ali Ruhani İdarəsi"nin adını 1991-ci ildə dəyişdirərək "Qafqaz Müsəlmanları İdarəsi" qoymaqla Sovetlər Birliyi dönəmindən qalma coğrafi təsir dairəsini qorumağa çalışmışdı. Ötən müddət ərzində QMİ bütün mümkün vasitələrlə bu hədəflərin yanında durmuşdur. İndi isə bu monopolizm siyasətinin çevrəsinin daralma prosesləri özünün hüquqi cəhətdən təsdiqini tapmaqdadır. Belə ki, QMİ-nin Gürcüstan üzrə səlahiyyətli nümayəndəsi, Tiflisdəki Cümə Məscidinin axundu Məşədi Əli Əliyev regionda Azərbaycan türklərinin dini inanclarına görə sorumlu şəxs qismində özünü heç vaxt doğrultmayıbdır. İranın Qum şəhərində ibtidai dini təhsil almış bu şəxs islam dininin ehkamlarından daha çox paniranizmə dayanıqlı olan mövhumatçı təfəkkürlü dini siyasətin yanında durmuşdur.

Hüquqi baxımdan Gürcüstanda yaşayan 900 minlik müsəlman əhalisinin (belə bir rəqəm var) yarıdan çoxu, hardasa 90 faizi dini inanclarına görə əhli-sünnə, yəni hənəfi inanclıdır.

REKLAM

QMİ-nin şiə məzhəbli nümayəndəsinin onların rəhbəri kimi fəaliyyət göstərməsi heç bir şəriət qanununa uyğun gəlmir. Gürcüstan qardaş Türkiyədə olduğu kimi, bütün dini qurumların dövlət tərəfindən tənzimlənən Dini İşlər Vəkfində birləşmə modelinə önəm verməyə başlayıb. Belə olduğu təqdirdə, ölkə vətəndaşlarının dini görüşləri xarici dövlətlər tərəfindən idarə edilməsi və monoplizmə son qoyulmasının qarşısını ala biləcəkdir.

Dini siyasətin Gürcüstan qanunları əsasında idarə edilməsi, bu ölkənin son zamanlar digər sahələrdə apardığı reformların tərkib hissəsi kimi baxılmalıdır. Çünki Azərbaycan türklərindən savayı, bu ölkədə kistin-çeçen, acar, avar, didoy, osetin, gürcü və Ahısqa türklərini təmsil edən xeyli sayda müsəlman topluluqları yaşayırlar. Dini icmaların bir toplumun nəzarətində deyil də, daha çox konfederativ şəkildə fəaliyyət göstərməsi ən ağıllı strategiya olaraq qəbul edilməlidir. Bu, həm də monopolizmin qarşısını almağa xidmət edir.

Qafqazda islam faktoru uğrunda savaş

Sovetlər Birliyi çökdükdən sonra, Rusiya ən azından Quzey Qafqaz regionlarını dini baxımdan öz nəzarətində saxlamaq üçün mərkəzi idarələri Moskvada yerləşməklə "Rusiya Müsəlmanları Birliyi", "Rusiya Müftilər Şurası", "Rusiya Müsəlmanları Ali Ruhani İdarəsi" və digər qurumları yaratdı. Quzey Qafqaz respublikaları isə belə bir siyasətlə barışmayaraq, hər biri özünün müftilik idarəsini yaratdı. Bunun ardınca "Quzey Qafqaz Müftilər Şurası" qurumunda konfederativ əsaslarda fəaliyyət strukturu formalaşdırdılar. Qurumun rəhbəri qaraçay türkü İsmayıl Berdıyevdir.

Azərbaycanda bütün bunlardan fərqli şəkildə müsəlmanları birləşdirən QMİ qurumu isə daha çox şiə inanclıların monopoliyasında olmaq şərtilə öz strukturlarına malikdir. Belə bir anlam ancaq İran, Suriya, İraq, Livan, Qətər, Küveyt, Oman dövlətlərində mövcuddur. Yəni ortaq islami dəyərlər əsasında deyil, daha çox cəfərilik prinsiplərinə üstünlük verilir. Əslində dünya müsəlmanlarının 90 faizini əhatə edən sünnilik QMİ tərəfindən kölgədə saxlanılmaqdadır.

Gürcüstanda erməni, rus, yunan, katolik və digər kilsələrin xaricdən idarə olunmasının qarşısınıalma prosesinin ardınca bu dövlətdə yaşayan müsəlman topluluqların dini icmalarının hüquqlarının da bu axınla təsbit edilməsi, İran, Rusiya, Azərbaycan, Suriya, Səudiyyə, Misirdəki idarəetmə siyasətinin sonunun yaxınlaşdığını göstərir. Bu fonda QMİ rəhbərliyinin son aylarda Quzey Qafqaz səfərlərinə çıxması, bir sıra tədbirlərə qatılması idarətmə sarıdan yaşanan pərdəarxası gərginlikdən soraq verir. Gürcüstan tərəfi isə: "Biz hüquqi dövlət qururuq və dini anlamda xaricdən təsiretmə siyasəti bu dövlətin daxili işlərini nəzarətdə saxlamaq deməkdir" ideyasını ortaya qoyur.

Bu gün "Gürcüstanda QMİ-nin hüquq və vəzifələri təhdid altındadır" kimi çağırışları edənlər əslində onların təsir dairəsində və monopoliyasında olan siyasətin iflasa uğramasının qarşısını almaq üçün atılan əsəbi addımlar kimi baxılmalıdır. Axı bu qurum indiyə kimi nəzir toplamaq və yas biznesindən savayı dini baxımdan heç bir uğura imza atmayıb. QMİ nəzdində fəaliyyət göstərən "Qafqaz İslam Universiteti" ötən 20 il ərzində ölkədə dinin inkişaf etməsi baxımından fiqh (islam hüququ), Qurani-Kərimin təfsiri və digər sahələrdə fundamental əsərlər nəşr edə bilməyib. Halbuki bütün Quzey Qafqaz regionları üzrə əksər xalqların dillərində son 20 ildə ən azından 5 min müxtəlif fundamental dini əsər nəşr edilibdir. Buna görə də Dağıstan, Çeçenistan, İnquşetiya, Kabarda-Balkar, Quzey Osetiya, Qaraçay-Çərkəz, Adıgey respublikalarında müftilik idarələrinin nüfuzu çox yüksəkdir.

Hazırda Rusiya, Azərbaycan və İran ən azından cəfərilik məzhəbinin ortaq şəkildə nəzarətdə saxlama siyasətinin Gürcüstanda iflasa uğradığının qarşısını almağa çalışırlar. Hətta Gürcüstan dövlət bayrağında dörd xaç rəmzini bəhanə edərək antigürcü ovqatını gücləndirməyə cəhd də göstərildi. Halbuki ölkədə dövlət bayrağının dəyişdirilməsi üçün müvafiq rəsmi qərarlar mövcuddur. Rusiyada "Rus-sovet imperiyası"nın himni dəyişdiriləndə görəsən QMİ buna niyə öz etiraz səsini ucaltmadı? Gürcüstanda dövlət bayrağının dəyişdirilməsi məsələsi 8 il öncə baş verib. QMİ ötən müddətdə niyə susmuşdu? Hazırda Gürcüstanda hökm sürən vəhhabilik, nurçuluq, cəfərilik, süleymançılıq, qaplançılıq və digər dini təriqət və məzhəblər adı altında çox gərgin bir psixoloji mücadilə yaşanılır. Ölkə müsəlmanlarının çeşidli ideoloji səngərlərə bölünməsinin qarşısını almaq, vahid dini təhsil sistemi yaratmaq dövlət siyasətinin tərkib hissəsi hesab edilir. Buna görə də GMİ-nin yaradılması bütün bu kimi problemlərin həlli yönündə irəli atılan uğurlu addım sayılmalıdır.

Tiflis dini tolerantlığa üz tutur

Gürcüstan Ana Yasasında din dövlətdən ayrı olsa da, dini qurumlar hər zaman dövlət büdcəsindən maliyyələşdirilib. Dini qurumlara bağlı olan məktəblərdə tədris proqramlarına dövlət dəstəyi göstərilməklə, onların hansısa bir xarici dövlətin ideoloji təlimlərinin əsarətinə düşməsinə imkan verilmir.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

Gürcüstan NATO kodifikasiya sisteminə qoşulur

"Gürcü və azərbaycanlı məktəblərinin maddi-texniki bazası eyni səviyyədədir"

Gürcüstanda "donuz qripi"ndən daha 2 ölüm

"Borçalı" Cəmiyyəti Tbilisidə mitinq keçirəcək

"Borçalı" Cəmiyyəti jurnalistləri mükafatlandırdı

Bölmənin digər xəbərləri
 
Məhkəmə cəzanı ağırlaşdırdı
Qəsdən adam öldürənin cəzası 10 ildən 12 ilə qaldırıldı

Barda qan töküldü
Hadisəyə onun başqasını siqaret dalınca göndərmək istədiyi səbəb olub...

Polis kapitanı polis serjantını öldürüb
Sonra da peşman olduğunu deyib

"Rail Rzayevin işi" ilə bağlı yeni xəbərlər
Generalın həbsdə olan yavəri, köməkçisi və köməkçisinin oğlunun apellyasiya şikayəti təmin olunmayıb

Altı yol polisi işdən qovuldu


Polis kapitanı polis serjantını öldürüb
Sonra da peşman olduğunu deyib

Öz orta məktəb müəllimini öldürməyə cəhd etdi
Bu cinayəti Qusar məhkəməsi araşdıracaq

İki adamı öldürən 14 illiyə məhkum edildi
Yol mübahisəsi, kütləvi dava, bıçaqlaşmalar, sonu da bu...

"KamAZ" sürücüləri bıçaq davasına çıxdılar
və iş yoldaşları mübahisəni bıçaqla həll etdilər

Şabranda iş adamının evinə silahlı basqın edildi
Lakin bu mütəşəkkil dəstəni zərərsizləşdirmək mümkün olub

Azərbaycan Beynəlxalq Universitetinin müəlliməsinə 7 il


Avtomobilləri qarət edən şəxslər cəzalarını aldılar


Arvadını öldürənə 8 il 3 ay cəza kəsildi


Yeznəsini qətlə yetirmişdi


AZALdan pul oğurlayanların cəzası yüngülləşdi


Valyutadəyişmə məntəqəsinə basqının aqibəti


İdman kompleksindən oğurluq üstündə 8 il cəza aldı


Azərbaycanda islahatlar zəruridir
Avropa Parlamentinin prezidenti Bakıda narahatlıq doğuran məsələləri müzakirə edib



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər