Hal-hazırda Ayna qəzetinin 14.05.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 14.05.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
Dağıstan: terror və qanın hədəfi
Dağıstan: terror və qanın hədəfi
Sələfilərin öz hesabı, neoimperiyanın öz hesabı
Şənbə, 14.05.2011

Ənvər Börüsoy mətn ölçüsü  

Son üç ayda Dağıstanda silahlı münaqişələrin miqyası xeyli dərəcədə artdı. Xüsusilə polis, yüksək vəzifəli məmurlar, iş adamları və sələfi (vəhhabi) cərəyanına qarşı təbliğat aparan qəzet redaktorlarına qarşı terror aksiyalarının sayı artıq qarşısıalınmaz görünməkdədir. Dağıstanın yüksək dağlıq bölgələri, faktiki olaraq, yerli hakimiyyətin nəzarətindən çıxmışdır. Belə ki, Tsumada, Tsuntin, Qubden, Gergebil, Gimri və digər rayonlarda, faktiki olaraq, ikihakimiyyətlilik hökm sürür. Dünyəvi hakimiyyətə alternativ olaraq, sələfilər tərəfindən yaradılan "camaat birlikləri" bu quruma üzv olan hər bir vətəndaşdan aylıq gəlirindən vergi yığır. Əldə olunan maliyyə vəsaiti sələfilik yönündə təbliğat işlərinə və "camaat birliyi"nin saxlanmasına yönəldilir.

Bundan başqa, yerli camaat birliklərinin əmirlərinin (komandir) əmri ilə dünyəvi görüşlərə malik vətəndaşlardan və məmurlardan da onlara aylıq gəlirlərindən vergi ödəmələri tələb olunur. Onlar bunu şəriətin hökmü kimi əsaslandırırlar. Bu siyasətə tabe olmayanları terror gözləyir.

Vəhhabizmin forpostu

2007-ci ildə Çeçenistanda yaradılan "Qafaz İslam Xilafəti Hərəkatı" bütün Quzey Qafqazı vahid region olaraq öz ağuşuna almaq üçün hərəkətə keçərkən bu ideyanın müəllifləri 1918-1920-ci illərdə mövcud olmuş Dağlı Respublikasının demokratik dəyərlərini deyil, daha çox imamət dövlət modelini üstün hesab etdilər. Burada, sadəcə, Qafqazda ənənəvi islami dini görüşlər deyil, daha çox, Osmanlı İmperiyası dağılərkən ərəb regionlarında formalaşdırılan "əmirlik" idarəetmə prinsipinə üstünlük verildi. Yəni hər bir islam camaatı qrupu özünün "əmiri"ni seçir, bundan sonra regionlar üzrə "əmirlər şurası" yaradılır, sonra isə bu şüaralar milli coğrafi və inzibati bölgüyə görə vilayətlərini qururlar. Nəticə etibarı ilə "Qafqaz İslam Xilafəti" dövlətində bütünləşirlər. Bu hərəkat Rusiyanın bir dövlət olaraq dağılacağı təqdirdə Dağlı Respublikasının ənənəsinə uyğun olaraq konfederativ və seçkili əsasda deyil, daha çox hərbi-inzibati prinsiplərə söykənir. Çünki hər bir əmirə tabe olan qrup üzvünün onun əmrləri xaricində öz fikrini izah etmək, ya da başqa bir hərəkətdə bulunmağa ixtiyarı yoxdur. "Əmir hər kəsdən savadlıdır, daha çox biləndir", onun bütün "əmrləri" müzakirə olunmur və verilən qərarlar isə sözsüz icra olunmalıdır.

Hələ 1918-ci ildə Çarlıq Rusiyası dağılandan sonra, başda Azərbaycan olmaqla, Quzey Qafqaz xalqlarını birləşdirən konfederativ dövlət modeli irəli sürüldü. Hətta Əhməd bəy Ağaoğlu ezam olunmaqla, bütün Quzey Qafqaz xalqlarını coğrafi prinsiplər əsasında birləşdirən konfederativ dövlət modelini əsas götürmək üçün Dağıstanın Teymurxan Şura (indiki Buynaksk) şəhərində davamlı toplantılar da keçirildi.

REKLAM

Çünki Dağlı Respublikasının mövcudluğu daha çox deklorativ xarakter daşıyırdı. Sayları az olan və ümumi nəticədə çox sayda toplumları təmsil edən hər bir xalq (50-dən çox) özünün daha üstün olma iddiasını sərgiləməklə, digər tərəfdən, bu respublikanın demokratik, yoxsa imamət prinsipinə uyğun şəkildə idarə edilməsi yönündə heç bir əsası olmayan konfliktlərə üz tutdular... Acı nəticəni tarixdən yaxşı bilirik.

Hazırda bu anlayış yenidən cücərməkdədir. Belə ki, etnik mənsubiyyətinə görə Şeyx Şamili örnək göstərməklə avarlar (buraya çeçenləşmiş avarlar da daxildirlər) Dağıstanın öndə olması iddiasını ortaya qoyurlar. Buna görə də avarlar və onların yedəyində gedən digər Dağıstan toplumları sələfilik hərəkatında Qafqazın öndə gedən regionu strategiyasını tətbiq etməyə başlayıblar. Bu yeni forpostun təməl prinsipləri isə regionu, Çeçenistandan fərqli olaraq, idarəedilməz siyasi labirintə sürükləməkdir.

Səud və Primakov "radikalizmi"

"Qafqaz İslam Xilafəti" anlayışı Çeçenistanda yaradılsa da, burada özünün dərin köklərini formalaşdıra bilmədi. Çünki hər bir çeçen özünün tarix boyu yaşanılan ənənəvi yaşam tərzindən kənarda milli mövcudluq prinsipini qəbul etmək istəmir. Regiondakı sələfi cərəyanına mənsub olanlar isə daha çox çeçenləşmiş avar, tat, ləzgi, yəhudi, kalmık, polyak, dargin, gürcü, osetin, çərkəz xalqlarına mənsub olanlardır.

Çeçenləşmiş noqay və kumuk türkləri, almanlar isə daha çox çağdaş maariflənmə və mədəni dəyərlərə üstünlük verirlər. Bu gün "Qafqaz İslam Xilafəti"nin lideri olmaq uğrunda Dağıstan və Kabarda-Balkar arasında çox gərgin mübarizə yaşanır. Belə ki, bu hərəkatın tərkib hissəsi hesab olunan "Dağıstan", "Noxçi" (Çeçenistan), "Qalqayçe" (İnquşetiya), "İriston" (Quzey Osetiya), "Kabarda", "Qaraçay-Balkariya", "Çərkəziya", "Adıgey" vilayətləri arasında dağıstanlılar və çərkəz kökənlilər arasında, rəqabət güclənib. Bunun əsas dayaq nöqtəsi kimi çərkəz kökənlilərin xaricdəki diasporla və islamçı fondlarla geniş əlaqələrinin olması, dağıstanlıların isə hamıdan daha üstün səviyyədə döyüş qabiliyyətinin olması prinsipləri ortaya qoyulubdur.

Radikal islamçı baxışlar arasında yaranmış yeni anlamlardan biri də "mötədillər" və "savaşçılar" qavramıdır. Mötədillər bildirirlər ki, "sələfilik" və "vəhhabilik" ayrı-ayrı anlayışa bağlıdır. Sələfilər iddia edirlər ki, sakit tərzdə öz şəbəkələrini genişləndirməklə və bu prosesi dərinləşdirməklə iqtidara sahib olmaq mümkündür (Səud modeli). Vəhhabilər isə "vəhhabi olmayan kafirdir və onların qanı tökülməlidir" (Primakov modeli) strategiyasına üz tutublar. Bu ikili taktikada əsas məqsəd Quzey Qafqazlarda mövcud olan ənənəvi dini, ictimai, kulturoloji və sosioloji baxışları iflasa uğratmaqdır. Çünki bütün Qafqaz xalqlarının hansı dildə danışması, hansı dini inanca malik olması dəyərlərindən savayı, bütün toplumları ortaq nöqtədə birləşdirən əski türk mədəni ünsürü etnoloji və kulturoloji baxımdan birləşdirici faktor olaraq mövcuddur. Bunu Rusiyanın Qafqazı işğalından öncə mövcud olmuş dövlətlərin tarixi də təsdiq edir.

Sələfilərin dinc yolla hakimiyyətə yiyələnməsi həm də Qərbin Quzey Qafqazda dayaqlarının güclənəcəyi kimi də xarakterizə olunur. "Primakov modeli" isə daim yeni savaş regionları yaratmaq prinsipinə söykənir. Vladimir Putin 1998-də Rusiya prezidenti kürsüsünə yiyələndikdən sonra Kremlə neoimperiya doktrinasının müxtəlif modelləri təklif olundu. Bu sırada Orta Şərq üzrə ən böyük mütəxəssislərdən hesab olunan, eyni zamanda Rusiya Hərbi-Sənaye Kompleksinin baş ideoloqu Yevgeni Primakov (Bakıda 20 Yanvar qətliamı ssenarisinin müəllifi) Quzey Qafqazda və Rusiyanın digər regionlarında rus olmayan xalqlara məxsus respublika statusunun ləğvi və kiçik həcmli milli rezervuarların yaradılması ideyasını irəli sürdü. Məhz bu təklifdən sonra milli respublikalarda milli dildə təhsil, mədəni, elmi mərkəzlər və mətbuata dövlət yardımları dayandırıldı. Bunun ardınca isə heç bir referendum keçirilmədən milli respublikaların Rusiya Ana Yasasında yer alan federativ hüquqularının əksəriyyəti ləğv edildi. İndi sırada islam radikalizmi təhlükəsini irəli sürməklə, "rezervuar"larda Quzey Qafqaz xalqlarına qarşı dövlət terrorizmi tətbiq olunmaqdadır.

Bu məkrli siyasətə bağlanan hədəflərdə Quzey Qafqaz xalqlarının müasir inkişaf düşüncəsinin qarşısı alınır. Əvəzində sələfilik, yoxsa vəhhabilik üstündür kimi heç bir əsası olmayan anlamlar yeni düşüncə tərzi olaraq kök atmaqdadır.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

Bakı-Tümen dəmiryolu xəttində parlayış

Dağıstan üzərindən ölkəmizə gizli təhdidlər

Dağıstanda hakimiyyət dəyişikliyi nə vəd edir

Kuklaların solmayan gözəlliyi

Dağıstan: etnomafiyaların prezidentlik rəqabəti



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər