Hal-hazırda Ayna qəzetinin 14.05.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 14.05.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Avropa Parlamentindən kəskin tənqidi bəyanat
AB də bənzər bəyanat göndərmişdi, lakin ona hansısa cavab bəlli deyil
Şənbə, 14.05.2011

İdrak mətn ölçüsü  

Avropa Parlamenti Azərbaycanda insan haqlarının vəziyyətini tənqid edən qətnamə qəbul edib. "Azadlıq" radiosunun məlumatına görə, bu barədə təşkilatın yaydığı press-relizdə bildirilir. Mayın 12-də Strasburqda qəbul edilən sənəddə Avropa Parlamenti Azərbaycanda müxalifətin etiraz aksiyalarının dağıdılmasını pisləyir, vətəndaş cəmiyyətinin, sosial şəbəkələrin fəallarına və jurnalistlərə qarşı təzyiqlərdən "dərin narahatlıq" keçirdiyini ifadə edir. Sənəddə Cabbar Savalan və Bəxtiyar Hacıyevin hökumət əleyhinə etirazlara çağırdıqlarına görə narkotik və ordudan yayınma ittihamı ilə həbs olunduğu, ölkədə insan haqları sahəsində vəziyyətin pisləşdiyi tənqid olunur. Bundan başqa, hakimiyyət jurnalistlər və siyasi fəallara qarşı hədə-qorxu və təqibləri artırmaqda suçlanır. Avropa Parlamentinin deputatları Cabbar Savalan, Bəxtiyar Hacıyev və Eynulla Fətullayevi azad etməyə, qanunsuz ittihamlardan imtina etməyə və ölkədə jurnalistlərin müdafiəsinə təminat verməyə çağırırlar. Sənəddə mart və aprel aylarında müxalifətin etiraz aksiyaları zamanı 200-dən çox fəalının saxlanması da tənqid edilir. Tanınmış müxalifətçilərin və Avropa İnsan Haqları Məhkəməsinin qərarına baxmayaraq, hələ də həbsdə saxlanan jurnalistin dərhal azad edilməsi istənilir. Bundan başqa, Azərbaycanda jurnalistlərə və siyasi fəallara qarşı hədə-qorxu və təqiblərin artdığı da ayrıca qeyd edilir.

Avropaya İnteqrasiya Azərbaycan Milli Komitəsinin rəhbəri Rəşad Şirin bildirib ki, bu qətnamə ilə ölkədə media azadlığının vəziyyətinin yaxşılaşacağına o qədər inanmır: "Bu sənəd təzyiqlərə məruz qalan insanlara və jurnalistlərə mənəvi dəstək və hökumətə müəyyən qədər təzyiq ola bilər. Amma bilmirəm, o, uzunmüddətli dövrdə Azərbaycanda media azadlığının vəziyyətinə nə qədər təsir edə bilər". Azərbaycanda fəaliyyəti yasaq olunmuş İnsan Haqları Evinin rəhbəri Vüqar Qocayev isə bildirir ki, bu qətnamə olduqca həssas məqamda qəbul edilir. Ona görə də hökumətin addımlarına təsir edə bilər. Son bir neçə ayda Azərbaycanda müxalifətin siyasi islahatlar tələbi ilə keçirdiyi mitinqlərin dağıdılmasına görə Avropa Birliyi aprelin 7-də Azərbaycana tənqid bəyanatı göndərmişdi. Hələlik bu qətnaməyə Bakıdan hansısa bir reaksiya məlum deyil.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Qazın qiymət artımı narazılıq yaradıb

ABŞ-dan bloggerlərə azadlıq tələbi

QAT savaşa çağırır

"İnternet üzərində nəzarət yolverilməzdir"

VHR çox kəskin danışdı

Bölmənin digər xəbərləri
 
Anders Foq Rasmussen: "Bizim Qafqazda təhlükəsizliyi təmin etmək üçün geniş imkanımız var"
"Dondurulmuş münaqişələr" Qafqazda təhlükəsizliyə potensial təhdid olaraq görülür

"Dağlıq Qarabağ münaqişəsi dondurulmuş deyil"
Petros Eftimiu: "Münaqişənin həllinin uzanmış olması fikri ilə tam razıyam"

Stiven Blank: "Azərbaycanda gərginlik artır"
Vaşinqtonda bizim durum müzakirə edilib

Dunya Miyatoviç Bakını ümidlə tərk etdi
"Prezident İlham Əliyevlə müsbət atmosferdə keçirdiyimiz görüş mənə nikbinlik verir"

Ayaz Mütəllibov "eks-prezidentlər" haqqında qanunu gözləyir
73 yaşını qeyd edən eks-prezident üçün həm də "siyasi sürgün"ün 19 ili tamam olur

Baş nazirin müavini MTN və prokurorluğa müraciət edəcək
Politoloq Eldar Namazov "separatçılıqda və böhtanda" ittiham edilir

Novruz Məmmədov: "Ermənistan öncə müəyyən söz verir,
sonra isə hansısa bəhanə tapıb, mövqeyini dəyişir"

ADP sədri: "Müxalifəti bir kənara qoymaq olmaz"
və siyasi dialoq olmadan "yol xəritəsi" mümkün deyil

Bəyanata qarşı YAP-dan operativ bəyanat:
"Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi qərəzli və qeyri-obyektivdir"



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər