Hal-hazırda Ayna qəzetinin 14.05.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 14.05.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Şou-biznes  
 
 
Nura özəl hədiyyəni dəyərləndirdi
Nura özəl hədiyyəni dəyərləndirdi
İsa Məlikovun yeni bəstəsini lentə yazdırıb
Şənbə, 14.05.2011

Zəminə mətn ölçüsü  

Bir müddət öncə 35 illik yubileyini böyük təntənə ilə qeyd edən Nura Suriyə həmin gün özəl bir hədiyyə olmuşdu. Bəstəkar İsa Məlikov ona yeni bir mahnı hədiyyə etmişdi. Nura artıq bu bəstəni lentə yazdırıb.

Yeri gəlmişkən, mahnının aranjimanı da elə bəstəkarın özünə məxsusdur. Sözləri isə Kubra xanıma aiddir. Nəzərə alsaq ki, bir çox sənətçilərin mahnı boğçasında yeni mahnılar azlıq təşkil edir, onda Nura Surinin həmkarlarından fərqləndiyini söyləmək olar. Çünki bir ay öncə yeni albomunu pərəstişkarlarının ixtiyarına təqdim edən sənətçi artıq növbəti albom üzərində çalışmağa başlayıb. Yəni bəzilərindən fərqli olaraq sənətçi boş söz deməyib. Hətta yeni ilin ilk günlərində albomun təqdimatı belə nəzərdə tutulur.

Nuranın yeni albomunda eyni zamanda musiqisi anonim, sözləri Azər Şirinə, aranjimanı Osman Həmidova məxsus olan yeni bir bəstəni də eşitmək mümkün olacaq. Yeni topluda musiqisi Aynur Adilqızına, sözləri Sevinc Şirinovaya məxsus olan maraqlı bir mahnı da yer alacaq. Mahnının aranjimanı isə Samir Şirinova aiddir. İfaçının sayca 3-cü albomunda bəstəçi Gövhər Həsənzadənin daha bir bəstəsi yer alır. Bu barədə açıqlama verən Nura Suri fərqli bəstəçilərlə işləməkdən zövq aldığını da söylədi:

"Çünki müasir dinləyici yeniliyi sevir. Eynitipli mahnılar dinləyicini yora bilir. Ona görə də çalışıram ki, albomda fərqli janrlarda və fərqli üslublarda bəstələr olsun".

Yeri gəlmişkən, Nura bu albomunda yeni bir duetə imza atır. Bu dəfə Nurlan Növrəsli ilə duet oxumağa hazırlaşır. Boş vaxtlarını isə studiyada çalışır. Albomda Murad Arifin mahnılarından birinin yer alması da planlaşdırılır. Nuranın sözlərinə görə, artıq Murad Ariflə danışıqlar aparılır.

Çox güman ki, yayda Nura mahnılarından birinə klip də çəkdirsin. Rejissor işini yenidən Fuad Əlişova həvalə etmək fikrindədir.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Bakıda beynəlxalq münasibətlər simpoziumu

Nura öz yeni xarakterini Türkiyədə sərgiləyəcək

Bəs deyirdin gedəcəksən?..

Nura kübar qadın obrazında

"Mən prestijli konsertin əleyhinəyəm"

Bölmənin digər xəbərləri
 
"Kimdənsə asılı olmağı heç sevmirəm"
Günay Musayeva "Best Model of World-2010"a hazırlaşır

Safura Əlizadədən ilk azərbaycanca klip
Sənətçi "Eurovision-2011" təmsilçilərimiz barədə yaxşı fikirdədir

Xəyyam Nisanov Nyu-Yorka yollanır
Bakıda isə rusca "Tı daleko" albomunu təqdim etdi

Aynişan Quliyeva "Slavyan bazarı"na gedir
"Qran-pri"ni ölkəmizə gətirmək arzusundadır

Həyatda yolları ayrılsa da, səhnə onları yenidən birləşdirir
Namiq Qaraçuxurlu və Aygün Kazımovadan yenə bir duet

Natavan Həbibi "Türkcevizyon Muzik Festivalı-2011"də
Sənətçi ifa edəcəyi mahnını dəqiqləşdirir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər