Hal-hazırda Ayna qəzetinin 14.05.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 14.05.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Şou-biznes  
 
 
Həyatda yolları ayrılsa da, səhnə onları yenidən birləşdirir
Həyatda yolları ayrılsa da, səhnə onları yenidən birləşdirir
Namiq Qaraçuxurlu və Aygün Kazımovadan yenə bir duet
Şənbə, 14.05.2011

Xatun mətn ölçüsü  

Meyxanaçı və ifaçı Namiq Qaraçuxurlu son zamanlar efirlərdə görünmədiyinin səbəblərini açıqladı. Söylədi ki, səbəb - yorğun olması imiş:

"Buna baxmayaraq, artıq yaradıcılıq işlərimin başındayam. Xeyli mahnılarım studiyada qalıb. İlk işim onları tamamlamaq olacaq. Yarımçıq şeirlər, yazılası sözlər var. Bu ərəfədə onlarla məşğul olacağam".

Meyxanaçı qarşıdakı işləri barədə təfsilatlı danışmağın tez olduğunu söylədi. Amma yol polisi haqqında oxuyacağını açıb dedi:

"Bir maraqlı işim də var. Bu, bizim yol polisləri haqqında olacaq. İnsanların keçidlərdən, sürücülərin qeyd olunan zolaqlardan keçərkən piyadalara güzəşt etməsi və qaydalara riayət etməsi haqqında tədqiqi və təbliği mövzumuz var. Hazırda Dövlət Yol Polisi ilə danışıqlar gedir. Əgər bu fikrimizə razılıq versələr, bu kiçik layihəni tezliklə gerçəkləşdirməyi düşünürəm".

Meyxanaçı sözügedən mahnıya əlavə olaraq dedi ki, mahnı hazır olandan sonra onun klipi də düşünülür: "Yollarda bizə şərait yaratmalıdırlar, bununla bağlı formalar və maşınlar lazım ola bilər".

Daha bir xəbəri sonda qəzetimizlə bölüşən meyxanaçı söylədi ki, ötən gecə səsyazma studiyalarının birində Aygün Kazımova ilə uzun fasilədən sonra növbəti duet mahnılarını yazdırıblar. Şəxsi münasibətlərində soyuqluq yaranandan sonra cütlüyün nə vaxt duet oxuyacağı bir çoxları üçün maraq kəsb edirdi. Meyxanaçı məhəbbət mövzusunda olan bu duetin sözlərini özü yazdığını, duet çoxdan gözlənilsə də, onların vaxt problemi səbəbindən gecikdiyini deyir...

"Amma çoxları elə düşünürdü ki, Aygün Kazımova ilə şəxsi həyatda yollarımız ayrıldı deyə, səhnədə də birləşmərik. Amma biz yaradıcılığı axsatmağı düşünmürük. Uzun fasilə yaranmışdı, artıq yeni duetlə əməkdaşlığımızı təzələdik. Studiya işləri bitəndən sonra mahnı kütləyə tanıdılacaq".


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Şayiələr Aygünlə Namiq Qaraçuxurlunu daha da mehribanlaşdırdı

Aygün Kazımovanın "şamplena şou-2"si

İlham Namiq Kamal: "Bəzən görürsən, bir filmi iki nəfər dublyaj edir"

Zülfiyyə Xanbabayeva münsiflər heyətinə keçdi

Məktəbli rəssamlara hədiyyələr

Bölmənin digər xəbərləri
 
"Kimdənsə asılı olmağı heç sevmirəm"
Günay Musayeva "Best Model of World-2010"a hazırlaşır

Safura Əlizadədən ilk azərbaycanca klip
Sənətçi "Eurovision-2011" təmsilçilərimiz barədə yaxşı fikirdədir

Xəyyam Nisanov Nyu-Yorka yollanır
Bakıda isə rusca "Tı daleko" albomunu təqdim etdi

Aynişan Quliyeva "Slavyan bazarı"na gedir
"Qran-pri"ni ölkəmizə gətirmək arzusundadır

Nura özəl hədiyyəni dəyərləndirdi
İsa Məlikovun yeni bəstəsini lentə yazdırıb

Natavan Həbibi "Türkcevizyon Muzik Festivalı-2011"də
Sənətçi ifa edəcəyi mahnını dəqiqləşdirir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər