Hal-hazırda Ayna qəzetinin 14.05.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 14.05.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Şou-biznes  
 
 
"Kimdənsə asılı olmağı heç sevmirəm"
"Kimdənsə asılı olmağı heç sevmirəm"
Günay Musayeva \"Best Model of World-2010\"a hazırlaşır
Şənbə, 14.05.2011

Şəms mətn ölçüsü  

Neçə gündür Bakıda olan "Best Model of Azerbaiyan-2010" müsabiqəsinin qalibi Günay Musayeva müsahibəyə vaxt tapmasa da, yola düşməzdən əvvəl suallarımızı cavablandıra bildi. Günay Musayeva "Best Model of Azerbaiyan-2010"un qalibi kimi Azərbaycanı Bolqarıstanda "Best Model of the World-2010" yarışmasında təmsil etməyə hazırlaşır. Müəyyən səbəblərdən yarışma ötən il təxirə düşüb. Model bu müsabiqədən də qalib kimi ayrılacağına və ölkəsinə birincilik qazandıracağına əmindir:

- Final mərhələsində layiqli yer qazanmağa çalışacam. Məndə buna bir inam hissi var.

- Müsabiqənin əsas mərhələsində də qalib olsan, Bakıda olduğu kimi, yenə qalmaqallar baş verməz ki?

- Məncə, yox. O, başqa bir məsələ idi. Əsas odur ki, insanın gördüyü işlər daim onun başını ucaldır. Mən bu sahənin peşəkarıyam. Amma çox əfsuslar olsun ki, Azərbaycanda model biznesi yox kimidir. Peşəkar modellər də yoxdur. Mən Türkiyədə uzun illərdir manekenlikdə uğurla addımlayıram. Müsabiqələr çox yaxşıdır, birincilik qazanmaq ondan da yaxşıdır. "Best Model of Azerbaiyan-2010" mənim ilk həyəcanım deyil. Layiq olduğum təcrübəli sənətkarlar tərəfindən təsdiqlənib və üç dəfə başıma tac qoyulub.

- Söhbətlər dolaşır ki, guya yaşın çoxdur və sən bunu kiçildirsən?

- (Gülümsəyir) Maraqlananlar üçün vətəndaş vəsiqəmi göstərə bilərəm. Mən 1987-ci il fevralın 17-də dünyaya gəlmişəm.

- Fikrincə, yaşının çox olması haqda söhbətin yayılmasında kimlər maraqlıdır?

- Bilmirəm kimlər, nə üçün bu barədə yalan məlumatlar yayırlar? İnanın, fürsət olmur ki, forumlarda yazılan şayiələri açıb oxuyum.

- Şayiələr belə çoxdur ki?

- Adımın Günay olduğuna inanırsınızsa, yaşımın da 23 olduğuna əmin olun.

REKLAM

Başqa şayiələrə isə qətiyyən inanmayın. Özüm haqqında nə baş verirsə, onu gizlətmirəm, danışıram. İmkan vermirəm ki, adi xəbəri şişirdib, əndazədən çıxarsınlar.

- Sevgili olduğunuz söylənən iki sənətçi - türk əsilli Yusif Güney və azərbaycanlı estrada ifaçısı Elnurla münasibətləriniz əslində necədir?

- Yusif Güney mənim Türkiyədə, Elnur da Azərbaycanda olan çox yaxın dostlarımdır. Onları, sadəcə, mənim həm həyatda, həm də sənətdə yaxın dostlarım hesab edin. Çünki bundan başqa bizi heç bir münasibət bağlamır. Bu iki insanla yanaşı, mənim hər iki qardaş ölkənin şou-biznesində öz sözlərini demiş sənət insanları ilə yaxın dostluq əlaqələrim var. Bəlli bir çevrəm var. Amma onlarla münasibətim sevgili olduğum anlamına gəlməsin. Yusiflə və Elnurla daha sıx görüşdüyümdən şayiələr daha çox onların adı üzərində qərarlaşır.

- Amma "Facebook" sosial şəbəkəsindəki profilində Elnur səninlə müxtəlif məkanlarda çəkdirdiyiniz şəkilləri fotosessiya kimi yerləşdirib. Şərh yazan istifadəçilər sizə xoşbəxt ailə qurmağınızı arzu edirlər. Hardasa, özünüz də bu cür fikirlərin ortaya çıxmasına səbəb olursunuz...

- Bəli, Elnurla şəkillərimiz çox çəkilib. İstanbula gəldiyi zaman qonağım olmuşdu. Onu şəhərin gəzməli-görməli yerlərinə apardım, birlikdə dolaşdıq. Elnurun İstanbul səfərinin maraqlı keçməsi üçün dost kimi əlimdən gələni etdim. Bununla qonaqpərvərliyimi göstərməyə çalışdım. Həmin görüntülər yayılandan sonra münasibətimizi ikili yozmağa başladılar. Mənə elə gəlir, bu işdə maqazin müxbirlərinin rolu az olmayıb. Bundan sonra həmin fotolar müzakirəyə qoyuldu və müxtəlif yorumlar deyildi. Deyilənlərin bəziləri də şayiəyə çevrilib dolaşdı. Amma biz bu məsələyə susmadıq. Elnur da, mən də təkzib vermək məcburiyyətində qaldıq.

- Yazılanlar dost münasibətinizə xələl gətirmədi?

- Bəzi xırda söhbətlər olsa da, həll etdik. Çünki hər ikimiz münasibətin hansı müstəvidə qurulduğunu bilirik. Bizi tanıyanlar da yaxşı dost olduğumuzu anlayırlar. Ona görə də insanları inandırmaq elə də çətin olmadı.

- İnsanlar üçün əsas olan hər ikinizin şəxsi həyatınızdır. Ola bilməz ki, əks cinsdən olanların hamısı ilə yalnız dostluq edirsiniz?

- Sevgi tərəfini düşünürsünüzsə, əlbəttə, ürəyim boş deyil. Hərdən dostlarım soruşur ki, o, sənin qəlbinə necə asanlıqla hakim kəsilə bilib? Sadəcə, güvəndiyim və hörmət gördüyüm bir insandır. Məncə, ən önəmlisi elə bu olmalıdır. Əsl sevgi saf duyğular üzərində qurulanda sonu da gözəl olur. Həm də əgər biz bir-birimizə hörmət etməyi bacarırıqsa, deməli, münasibətimizin də ömrü uzun olacaq. Şükür ki, hər ikimiz yetərincə hörmət görə bilirik.

- Amma bu barədə danışmamısan. Yəqin, yeni hesab etmək olar?

- Hardasa bir ildən çoxdur.

- Səhnə adamının dəstəyə ehtiyacı var. Sən ondan bu dəstəyi duya bilirsən?

- Əsas olan mənəvi dəstəkdir, bunu hər zaman mənə hiss etdirə bilir. Maddiyyat mənim üçün elə də önəm daşımır. Digər tərəfdən, dəstəyə ehtiyacı olan insan da deyiləm axı. Ümumiyyətlə, kimdənsə asılı olmağı heç sevmirəm. Müstəqil olmaq əsas devizimdir. Öz qanadları üstündə uçan, ayaqları üstündə dayanmağı bacara bilən insanam.

- Türkiyədə yaşadığına görə qazancın da pis olmaz. Çünki burda model biznesindən qazanmaq, özün dediyin kimi, mümkün deyil.

- Düzdür, qazancım, şükür, pis deyil. Amma hər şeydən öncə, sənətimin inkişafını düşünür, hər bir uğurun əvvəlində ölkəmin adını hallandırıram.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Dağlıq Qarabağ probleminin həlli modeli

Bizim adımız bu siyahıda yoxdur

Ölkənin iqtisadi inkişaf modeli hazırlanır

Statistika gerçəkliyi əks etdirmir

Sosial sahə yeni qanunlarla tənzimlənəcək

Bölmənin digər xəbərləri
 
Safura Əlizadədən ilk azərbaycanca klip
Sənətçi "Eurovision-2011" təmsilçilərimiz barədə yaxşı fikirdədir

Xəyyam Nisanov Nyu-Yorka yollanır
Bakıda isə rusca "Tı daleko" albomunu təqdim etdi

Aynişan Quliyeva "Slavyan bazarı"na gedir
"Qran-pri"ni ölkəmizə gətirmək arzusundadır

Həyatda yolları ayrılsa da, səhnə onları yenidən birləşdirir
Namiq Qaraçuxurlu və Aygün Kazımovadan yenə bir duet

Nura özəl hədiyyəni dəyərləndirdi
İsa Məlikovun yeni bəstəsini lentə yazdırıb

Natavan Həbibi "Türkcevizyon Muzik Festivalı-2011"də
Sənətçi ifa edəcəyi mahnını dəqiqləşdirir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər