Hal-hazırda Ayna qəzetinin 07.05.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 07.05.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
1 nömrəli terrorçu kimi tarixə düşdü
Amma onun məzarı olmayacaq
Şənbə, 07.05.2011


Nigar ETİBAR
mətn ölçüsü  

Dünyanın 1 nömrəli terrorçusu kimi düşdü tarixə. Adı dünyanı sarsıdan bir çox terror hadisələrində hallandırılan, bir vaxtlar Sovet İttifaqına qarşı vuruşmuş "Əl-Qaidə" lideri Usamə bin Laden öldürüldü. Amerikanın başına milyonlarla pul qoyduğu bin Laden əslində kim idi? Adi bir adam.

11 sentyabr hadisəsi və kütləvi qırğınlarla müşayiət olunan teraktlarla "məşhurlaşmış" bu şəxs səudiyyəli varlı bir ailənin tək oğlu idi. Gənc yaşlarından "Müsəlman qardaşlar"ın təsirinə düşmüş bin Laden 1979-cu ilin dekabrında Pakistana yollanmış, orada Sovet İttifaqına qarşı mübarizə məqsədilə təlimlər keçmişdi. 1988-ci ildə könüllülər dəstəsindən ibarət "Əl-Qaidə"ni yaratdı. 1990-cı ildə İraqın keçmiş lideri Səddam Hüseyn Küveytə soxulduqdan sonra bin Laden Səudiyyə sərhədlərini qorumağın ona verilməsini istədi. Lakin kral Fəhd amerikalı əsgərləri çağırdıqda bin Laden ölkəni tərk edib əvvəl Pakistana, ardından Əfqanıstana, sonra isə Sudana getdi. ABŞ-a qarşı ilk cəbhəni Somalidə açan və 1994-cü ildə Səudiyyə vətəndaşlığından çıxarılan Usamə bin Laden uzun bir vaxt ərzində Talibanın himayəsində Əfqanıstanda yaşayıb.

Ən yaxın dostu özündən sonra "Əl-Qaidə"də ikinci şəxs olan Ayman-əl Zəvahiri idi. Bin Ladenlə yanaşı Zəvahiri də cihad çağırışları edirdi.

Usama bin Laden 11 sentyabr hadisələrini törədən şəxs kimi tarixə düşüb. Hadisədən sonra onun bu faciəni sevinclə qarşıladığı bir video yayılmışdı. Lakin videodakı şəxsin Laden olub-olmadığı hələ də şübhə altındadır.

11 sentyabr terrorundan sonra əgər öldürülərsə, özündən sonra "Əl-Qaidə"yə Xalid ibn Qasımın lider olmasını vəsiyyət etmişdi.

1998-ci ildən beynəlxalq miqyasda axtarılan, Amerikanın başına 25 milyon dollar pul qoyduğu Ladenin müsəlmanlar arasında çox sayda fanatı vardı. Baxmayaraq ki, nə qədər müsəlmanın ölümü onun vicdanında idi.

1 may 2011 tarixində isə Pakistanın Abbotabad şəhərində amerikalı komandoslar tərəfindən öldürüldü. Cəsədi dənizə buraxıldı. Onun məzarı olmayacaq. Beş qarış torpaq ona nəsib olmadı. Onu torpaq götürmədi də söyləmək olar.

Ladenin törətdiyi iddia edilən əsas teraktlar isə bunlardır:

1992-ci il, dekabr. Yəməndə bir oteldə amerikalı əsgərləri hədəf almış bombalama hadisəsi.

1993-cü il. Somalidə qərblilərə qarşı Aydidə dəstək olaraq Moqadişoda 18 amerikalının öldürülməsi.

1993-cü il, fevral. Nyu-Yorkda Dünya Ticarət Mərkəzinin bombalanması.

1995-ci il. Filippin adalarında papaya sui-qəsd cəhdi.

1995-ci il. Cəzirəli İslam qrupunun Fransaya qarşı savaşı.

1995-ci il, iyun. Misir dövlət başçısı Hüsnü Mübarəkə sui-qəsd cəhdi.

1995-ci il, noyabr. Ər-Riyadda 5 amerikalı əsgərin ölümü ilə nəticələnmiş bombalama hadisəsi.

1995-ci il, noyabr. Pakistanda Misir səfirliyinin bombalanması, 17 ölü.

1998-ci il, 7 avqust. Amerikalı əsgərlərin Müqəddəs torpaqlara gəlmələrinin 8-ci ildönümündə Keniya və Tanzaniyada ABŞ səfirlikləri partladıldı, ümumilikdə 257 insan öldü, 5500 insan isə yaralandı.

2001-ci il, 11 sentyabr. Əkiz qüllələrin dağıdılması.

Öldürüldüyü evdə onun yeni bir terakt hazırlığında olduğunu göstərən sənədlər tapılıb... Həyatı terror hadisələri ilə "bəzənmiş" Laden bu yolda da öldürüldü. Su səhəngi suda sınmalı idi.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi əməkdaşlarının Azərbaycana səfəri gözlənir

Antiterror koalisiyasına qarşı vuruşan azərbaycanlılar?..

ADNA-dakı teraktın məhkəməsi davam edir

İslamçılara terror maddəsi ilə cinayət işi açıldı

Xəzər regionunda terror təhlükəsi daha da artıb

Bölmənin digər xəbərləri
 
Yeni etnik bölücülük cəhdi
Dağıstanda "Avar Milli Muxtariyyəti" tələbləri nə vəd edir?

5 dövlət Avronest yaratdı
Azərbaycandan 10 deputat quruma üzv seçilib

Ermənistanın "İşğal doktrinası"
Bu sənəddə əksini tapanlar milli təhlükəsizliyimizə təhdiddir

Xalqdan oğurlanmış milyonlar və milyardlar
Diktatorların İsveçrə banklarında dondurulan pullarının məbləği açıqlandı



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər