Ötən il "Doğma diyar" adı altında bölgələri qarış-qarış dolaşan Röya bu il bənzər layihəni hərbi hissələrdə təkrarlayacaq. Sənətçi qəzetimizə söyləyib ki, hazırda gedəcəyi məkanlar və onların tarixi müəyyən edilir. Ən əsası isə lazımi idarələrlə əlaqə yaradılır ki, konsert təqdimatlarında ona yardımçı olsunlar:
"Əsgərlər qarşısında çıxış etmək şərəfdir. Mən bunu üzərimə götürüb, bu yay da həyata keçirmək istəyirəm. Gücüm imkan verənədək çıxış edəcəm".
Röya söylədi ki, yayda sözügedən turnedən başqa böyük layihə götürməyəcək. Son vaxtlar kifayət qədər yorulduğunu anlayan sənətçi qalan vaxtını ailəsi ilə istirahətə ayıracaq.
|