Hal-hazırda Ayna qəzetinin 07.05.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 07.05.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Şou-biznes  
 
 
Rəqqasə Fatimə: "İnanın, o məndən də gözəl oynaya bilər"
Rəqqasə Fatimə: "İnanın, o məndən də gözəl oynaya bilər"
Lakin qızının plastikasını heç kim görməyəcək
Şənbə, 07.05.2011

Şəms mətn ölçüsü  

Rəqqasə Fatimənin rəqsi atacağı barədə xəbərlər dolaşır. Bir neçə ay öncə şəxsi biznesini quran rəqqasənin biznes-ledi fəaliyyəti deyilənləri bir qədər doğrultsa da, bunun nə dərəcədə doğru olduğunu onun özündən xəbər aldıq. Fatimə bu barədə, eləcə də şəxsi həyatından danışdı:

- Hansı işlə məşğul olsam, rəqsi heç zaman ata bilmərəm. Bəlkə nə vaxtsa ara verdim, oynamadım. Amma bu bir müddətlik olacaq. Hərdən insan hər şeydən yorulur, bir az istirahat etmək istəyir. Buna bəziləri depressiya deyir, amma mən bəzən bezdiyimi deyirəm. Nə vaxtsa özümə istirahət verəcəyəm, şou-biznes mühitindən uzaqlaşacağam. Məndən heç kim inciməsin, amma yorulmuşam. Amma bu o demək deyil ki, mən özümü ulduz sayıram. Sıxılmışam söz-söhbətlərdən, şayiələrdən, qalmaqallardan. Hərdən özümə yazığım gəlir. İşə o qədər aludə olmuşam ki, nə uşağıma, nə anama, nə də özümə zaman ayıra bilmirəm.

- Qız uşağı böyüdürsən, özü də atasız, çətindir?

- Çox çətindir. Amma bu çətinliyə baxmayaraq, mən yaxşı yaşamağımız üçün əlimdən gələni edirəm. Həyatda tək deyiləm.

REKLAM

Dünyada milyonlarla qadın uşağını tək böyüdür. Allah özü bizim ruzimizi əsirgəmir.

- Şou-biznesdəki bəzi qadınlar barəsində xoşagəlməz fikirlər danışılır. Sizin şəxsi həyatınızdakı boşluq belə söhbətlərə yol açır?

- Bu aləmdəki xanımlar haqqında bu cür fikirlər yersizdir. Biz ictimaiyyətə tanışıq deyə, belə danışırlar. Əgər bir qadının var-dövləti, adı-sanı var, üstəlik Allah onu məşhur edibsə, o demək deyil ki, şayiə obyekti olmalıdır. Allahın köməyini ən çox onlar üçün diləyirəm.

- Əvvəllər yalnız milli rəqsləri oynayan Fatimə niyə sonradan ampluasını dəyişdi?

- Əslində, mən açıq geyinib, oriyental rəqslər oynamamışam. Düzdür, əvvəllər ancaq milli geyimlərdə, bu cür rəqslər edirdim. Bir müddət ailə durumum çox pis idi. Belə deyim, müflisləşmişdik. Vəziyyət çox gərgin idi. Mən ailəmi dolandırmaq üçün səhnədə daha çox oynamalı idim. Həmin ərəfədə evimizə qədər satıb, kirayədə qaldıq. Belə qərara gəldim ki, ampluamı dəyişim. Bir çox xalqların rəqslərini oynamaq qərarına gəldim. Əslində, bunun özündə pis heç nə yoxdur. Niyə də, başqa xalqların havasına oynamayaq. Elə o vaxtdan da hər bir musiqiyə rəqs etməyə başladım. Daha çox hind rəqslərini oynamağı sevirəm.

- Qızınız özünüz kimi sənət adamı olmağa meyillidir, yoxsa?

- Biz onunla tamam əks insanlarıq. Ərköyün qızdır. Amma buna baxmayaraq, biz onunla rəfiqəyik. Mən hər zaman çalışıram ki, Aydan məndən uzaqlaşmasın. Tək uşaqdır, çalışıram ki, eqoist böyüməsin. Mən çox şən, deyən-gülən insanam. Amma o, əksinədir. Karyera qurmaq, yaxşı məktəblərdə dərs almaq istəyir.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

"Fatimeyi-Zəhra" məscidi söküləcək

"Qızıl Çarx" sahiblərini tapdı

"Fatimeyi-Zəhra" məscidi QMİ-nin sərəncamında olacaq

Meyiti spekulyasiya obyektinə çevirmək...

Göygöl səmtdə qızıl yatağı tapılıb

Bölmənin digər xəbərləri
 
"Rəngli paltar geyinib, klounluq etmək lazım imiş"
Anar Ağakişiyev ona edilən haqsızlıqdan gileyli

Özünü qızının prodüseri adlandırdı
Aygün Kazımova qızı ilə duet oxuyacaq

Sərgidə rəssamlar üçün oxuyacaq
Elmira Ələkbərzadə fasiləyə son verdi

Elnur: "Arzuladığım qadını tapmışam"
Bu dəfə lap ciddi danışdı

Emin Məcnunbəyli "Yahşi Cazibə" serialında
O, qəhrəmanın keçmiş nişanlısının rolunu oynayıb

İzzət Bağırov fərqli disk hazırlayır
Toplu tezliklə işıq üzü görəcək

Kamran Həsənli yeni layihəsi ilə efirdə
Şoumen bu dəfə kinodan danışacaq

Məryəm Süleymanova: "Səhnə üçün darıxıram"
Rəqqasə etiraf etdi

Röyanın yay turnesi
Sənətçi bu dəfə əsgərlər qarşısında oxuyacaq



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər