Uzun bir fasilədən sonra Elmira Ələkbərzadə konsert proqramı ilə çıxış edəcək. Lakin onun çıxışı adət etdiyimiz konsert salonlarında deyil, rəsm sərgisi keçirilən salonların birində olacaq.
Sənətçi bildirib ki, bu iş mayın 12-nə planlaşdırılır. Həmin gün bir çox məşhur rəssamların əl işləri nümayiş etdiriləcək. Təşkilatçı tərəflə belə qənaətə gəliblər ki, orada iştirak edəcək qonaqlara və ən başlıcası rəssamlara bir saatlıq konsert proqramı təqdim edilsin. Repertuarını hazır edən Elmira həmin gün canlı ansamblın müşayiəti ilə oxuyacaq. Proqrama retro və son günlər lentə yazdırdığı yeni mahnılarını daxil edib.
Sənətçi qeyd etdi ki, yaxın vaxtlarda onun yaradıcılığında daha bir sıra yeniliklər gözlənilir.
|