Hal-hazırda Ayna qəzetinin 07.05.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 07.05.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Şou-biznes  
 
 
"Rəngli paltar geyinib, klounluq etmək lazım imiş"
"Rəngli paltar geyinib, klounluq etmək lazım imiş"
Anar Ağakişiyev ona edilən haqsızlıqdan gileyli
Şənbə, 07.05.2011

Xatun mətn ölçüsü  

Bir aya yaxındır İctimai TV-də "Şou nömrə-1" yarışması yayımlanır. Yarışmada "ulduzlar" peşəkar rəqqaslarla rəqs edir. Müsabiqənin ilk həftəsində Naina İbrahimova, ikinci həftəsində stilist Anar Ağakişiyev layihəni tərk ediblər. Ötən həftə "Şou nömrə-1"i tərk edən stilist Anar Ağakişiyev layihədən ayrılma səbəblərindən danışır:

- Çoxu hesab edirdi ki, ən maraqlı nömrələrdən biri mənimki olub. Hər gün səhərdən günortayadək məşq etmişdik. Məşqlərə kənardan baxanlar da deyirdi ki, super nömrədi, ilk üçlükdə olacaq. Amma münsiflərin qeyri-obyektivliyini görüb anladım ki, burada yaşıl, sarı rəngli paltarlar geyinib klounluq etmək lazım imiş.

- Dediyiniz kimi, qeyri-obyektivlik varsa, onda necə düşünürsünüz, niyə münsiflər məhz sizə qarşı qeyri-obyektivliyə yol verdilər?

- Layihənin aparıcısına bildirmişdim ki, bizim şoularda ən zəif insanı sıxışdırırlar. Amma mən zəif deyiləm, sadəcə, tərbiyəliyəm. Mən Anar olaraq orda öz tərbiyəmi göstərdim. Canlı yayımda heç kimə heç nə demədim, üzümü çevirib getdim. Bu, zəiflik deyildi. Bəziləri kimi birinci həftə demədim ki, "mən özüm ağıram, xallarım da ağır olmalıdır", münsiflərin qarşısana belə şərt qoymadım. Sadəcə, son çıxışımda münsiflər texnikamla bağlı danışdılar. Texnika mənim göydən düşməyim idi. Şalvarın altından dəri şortik geyinmişdim.

REKLAM

Dizimdən mədə nahiyəsinə qədər olan bu şortikin çəkisi hardasa 4 kiloqram idi. Onda tərpənmək mümkün deyildi. Münsiflər belə əsaslandırdılar ki, "sən, demək olar, rəqs etmirdin". Axı mən xoreoqraf deyiləm, rəqs qoymuram. Xoreoqraf mənə nə rəqs qoyubsa, mən də onu oynamışam. O günahı məndə yox, xoreoqrafda görməlidirlər. Əslində mən özümü birinci yerdə görmək istəmirdim. Həmin həftə birinciliyə mən yox, Könül Nağıyeva layiq idi. Ancaq mən üçlükdə olmalı idim. Yenə təkrar edirəm, görünür, münsiflərin qarşısında yaşıl, sarı paltar geyinib klounluq edərək, sirk göstərmək lazım imiş. Mənim nömrəm çox ciddi nömrə idi. İlk həftə mən rəqsi zəif bilirdim. Öz qüsurumu boynuma alıram. Ona görə də altıncı yerə layiq idim. Həmin həftə Sevda Yəhyayevaya qarşı haqsızlıq oldu. "Naz eləmə" rəqsini oynadı. Çox gözəl də alındı. Həmin həftə məndən bir pillə aşağı olması xoş olmadı.

- Birinci həftə də, ötən həftə də eyni hal baş verdi. İştirakçılardan biri münsiflərin səsverməsi, digəri öz istəyi ilə çıxdı.

- Birinci həftə Naina İbrahimova getdi. İkinci həftə mən. Mən bu layihəyə dəvət alanda çox sevindim. Ən azından sözdə çox qəşəng ifadə olunurdu. Gələndə də demişdim ki, hər şey haqlı şəkildə olsun. Xarici görünüşcə sakit, fağır, tərbiyəliyəm. Amma elə başa düşməsinlər ki, zəifəm və məni sıxışdırmaq olar.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

"Azadlıq" və "Yeni Müsavat"ın məhkəməsi yenə təxirə salındı

Bakı iri siyasi konfransa ev sahibliyi edəcək

ETTELAAT sərhəddə azərbaycanlı şairlərin kitablarını müsadirə edib

Yığma Avstriyada 5 ulduzlu oteldə qalacaq

10 illik həsrət bitdi

Bölmənin digər xəbərləri
 
Özünü qızının prodüseri adlandırdı
Aygün Kazımova qızı ilə duet oxuyacaq

Sərgidə rəssamlar üçün oxuyacaq
Elmira Ələkbərzadə fasiləyə son verdi

Elnur: "Arzuladığım qadını tapmışam"
Bu dəfə lap ciddi danışdı

Emin Məcnunbəyli "Yahşi Cazibə" serialında
O, qəhrəmanın keçmiş nişanlısının rolunu oynayıb

Rəqqasə Fatimə: "İnanın, o məndən də gözəl oynaya bilər"
Lakin qızının plastikasını heç kim görməyəcək

İzzət Bağırov fərqli disk hazırlayır
Toplu tezliklə işıq üzü görəcək

Kamran Həsənli yeni layihəsi ilə efirdə
Şoumen bu dəfə kinodan danışacaq

Məryəm Süleymanova: "Səhnə üçün darıxıram"
Rəqqasə etiraf etdi

Röyanın yay turnesi
Sənətçi bu dəfə əsgərlər qarşısında oxuyacaq



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər