Hal-hazırda Ayna qəzetinin 30.04.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 30.04.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Parlamentin işini onun içindən görəcəksiniz
Parlament Jurnalistlər Birliyi bunu vəd edir
Şənbə, 30.04.2011

Fərəh mətn ölçüsü  

Parlament Jurnalistlər Birliyi Milli Məclisin işinin media tərəfindən daha yaxşı işıqlandırılmasına yönələn yeni layihənin icrasına başlayıb. "Parlament-cəmiyyət münasibətlərində medianın rolunun gücləndirilməsi" adlı layihə çərçivəsində təşkilat xeyli yeniliklərə imza atmağı planlaşdırır.

Artıq PJB-nin təşəbbüsü ilə "Modern.az" saytında parlamentin işinə həsr edilən xüsusi bölmə yaradılıb. Bu bölmədə Milli Məclisdə müzakirəyə çıxarılan, qəbul edilən sənədlər barəsində ətraflı məlumat verilir. Çox maraq doğuran, əhalinin həyat tərzinə birbaşa aidiyyəti olan qanun layihələri ilə bağlı ekspert rəyləri hazırlanaraq sayta yerləşdiriləcək. Bu cür sənədlərlə əlaqədar həmçinin komitə sədrləri və üzvlərindən müsahibələr hazırlanaraq sayta yerləşdiriləcək.

İlk dəfə olaraq PJB komitə sədrləri və deputatlarla həm də qısa videomüsahibələr hazırlayıb onları sayta yerləşdirəcək. Müzakirədə olan və yeni qəbul edilən qanunlar veb-səhifədə yer alacaq. Tanınmış hüquqşünasların qanunlarla bağlı izahatı, qanunun üstün cəhətləri və çatışmazlıqlarının göstərilməsi ilə müşayiət olunan yazılar da yerləşdiriləcək.

Artıq "Modern.az"da hansı sahəyə aid qanunların qəbuluna ehtiyac olmasına dair onlayn sorğu da elan edilib. İstifadəçilər istədikləri cavab variantını seçməklə Azərbaycanda hansı sferada qanunvericiliyin gücləndirilməsinə ehtiyac olduğunu bildirəcəklər. Oxşar sorğu deputatlar və jurnalistlər arasında da keçiriləcək.

Dörd aylıq layihə boyunca müzakirəsi davam edən, bütövlükdə cəmiyyət üçün xüsusi maraq kəsb edən qanun layihələrinin ictimai müzakirəsi təşkil ediləcək. Bu müzakirədə həmin qanun üzərində işləyən qrup üzvləri, komissiya sədrləri və komissiyanın üzvləri, müvafiq dövlət strukturunun nümayəndələrinin iştirakı təmin ediləcək. İlk dəfə olaraq tədbirin video çəkilişi aparılacaq və müzakirələr zamanı səslənmiş ən maraqlı və önəmli fikirlərin video variantı da sayta yerləşdiriləcək. Bu da qanun layihəsi ilə bağlı onlayn müzakirələrin açılmasına şərait yaradacaq.

Saytdakı materialların daha çox internet izləyicisinə yayılmasını təmin etmək üçün Facebook, Twitter kimi sosial şəbəkələrdən də istifadə olunacaq. Bir sözlə, saytda parlamentin işini onun içindən görmək mümkün olacaq.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Parlamentə şikayət edənlərin sayı azalıb

Parlamentin ilk iclasını Cəlal Əliyev aparacaq

"Parlament seçkisi olmasın, artıq xərcdir"

Milli Məclis Avropa Parlamentinə etiraz etdi

Azərbaycan hökuməti çox tələsik və qərəzli cavab verib?

Bölmənin digər xəbərləri
 
Çanaq antenalarının idxalı dayandırılır
Rəqəmsal yayıma keçidə hazırlıq gedir

İpotekanın verilmə şərtləri sadələşdirilir
İntiqam Babayev: "Ayrılan vəsaitin həcmi mənzil bazarının tələblərinə cavab vermir"

Məmurlar verdikləri sözü tutmayıblar
Odur ki, Meyniman kənd sakinləri paytaxta gəlmişdilər

"Sosial dövlət statusumuz bir az da möhkəmlənəcək"
Deputat Musa Quliyev əməkhaqqı və pensiyalarda artım olacağını şərh edir

TQDK mayın 1-də sınaq imtahanları keçirir
Bu imtahanlar 25 şəhəri əhatə edəcək

Bələdiyyələr hesabat verəcəklər
Bu haqda qanun hazırlanacaq

Parlament mayın 6-da toplanır
Ombudsman haqqında qanuna dəyişiklik yenidən səsverməyə çıxarılacaq

Paytaxtda daha bir neçə qanunsuz totalizator aşkarlanıb
Vergilər Nazirliyi xəbərdarlıq edir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər