Hal-hazırda Ayna qəzetinin 30.04.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 30.04.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
Viktor Yanukoviç: "Biz ötən il parlaq nümunə göstərdik"
Viktor Yanukoviç:
"Biz ötən il parlaq nümunə göstərdik"
Odessa-Brodı kəməri isə Baltik sahillərinə qədər uzadılacaq
Şənbə, 30.04.2011

İ.Umudlu mətn ölçüsü  

"Bakının yeniləşmiş görkəmi məni ürəkdən sevindirir. Biz Bakıya gələn kimi imkan tapıb həmkarlarımızla fikir mübadiləsi apardıq. Çünki mənim kimi, burada iştirak edənlərin əksəriyyəti son beş ildə Bakıda olmamışıq. Biz gördük ki, müxtəlif informasiya məlumatlarında, statistik nəşrlərdə deyilən tərəqqi göz önündədir".

Bu barədə Ukrayna prezidenti Viktor Yanukoviç Azərbaycan-Ukrayna sənədlərinin imzalanma mərasimindən sonra prezident İlham Əliyevlə birgə mətbuat konfransında deyib. Ukraynalı yüksək qonaq qeyd edib ki, "Azərbaycan iqtisadiyyatı ilbəil çox yüksək sürətlə inkişaf edir. Bizim üçün bu, hər hansı kəskin daxili və xarici siyasi dəyişiklikləri qəbul etməyən dövlət idarəçiliyi sisteminin necə səmərəli işləyə bilməsini göstərən əyani nümunədir. Yəni sabitlik dövlətin inkişafının əsasıdır".

Viktor Yanukoviç deyib ki, ölkələrimiz arasında münasibətlərin əsasını təşkil edən ənənələr davam edir. Prezidentin sözlərinə görə, ötənilki əmtəə dövriyyəsi Azərbaycanın və Ukraynanın müstəqillik qazandığı bütün illər içərisində görünməmiş səviyyədir:

"Bu il Ukrayna da, Azərbaycan da müstəqilliklərinin 20-ci ildönümünü qeyd edəcəkdir. Biz ötən il parlaq nümunə göstərdik, əmtəə dövriyyəsi elə səviyyəyə qalxdı ki, Ukrayna hazırda Azərbaycanla bu göstərici üzrə ikinci yeri tutur. Bu, bizim üçün xoşdur. Əlbəttə, razılaşmalarımızı yerinə yetirməyimiz, onlara əməl etməyimiz çox vacibdir".

Haqqında bu qədər danışılan Odessa-Brodı neft kəmərinin isə Ukrayna üzərindən Baltik dənizinə qədər uzadılması vacib hesab edilir. Hər iki prezident bu məsələni müzakirə ediblər və ideya üzərində iş aparılacaq.

Yanukoviç vurğulayıb ki, razılaşdırılan müştərək sərmayə layihələri əlli-əlliyə gerçəkləşdiriləcək. İnşa ediləcək obyektlər, hansı ərazidə tikilməsindən asılı olmayaraq, Azərbaycan və Ukraynanın birgə mülkiyyəti olacaq. Ukrayna prezidenti bunu "etimadın ən yüksək səviyyəsi" adlandırıb. Yanukoviç Çernobıl AES-də "Örtük" layihəsinin həyata keçirilməsi üçün Çernobıl Fonduna Azərbaycanın 1 milyon dollar köçürməsi barədə qərarına görə İlham Əliyevə təşəkkürünü bildirib.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Gürcüstanın Azərbaycanda "inqilab planı" əsassızdır
Zəlimxan Məmmədli bunu Rusiya mənşəli təxribat sayır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər