Hal-hazırda Ayna qəzetinin 30.04.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 30.04.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
Gürcüstanın Azərbaycanda "inqilab planı" əsassızdır
Gürcüstanın Azərbaycanda "inqilab planı" əsassızdır
Zəlimxan Məmmədli bunu Rusiya mənşəli təxribat sayır
Şənbə, 30.04.2011

Eldəniz mətn ölçüsü  

"Heydər Camalın "Gürcüstan Azərbaycanda dövlət çevrilişi planı hazırlayır" kimi fikirləri əsassızdır. Bu, Rusiyanın Azərbaycan-Gürcüstan münasibətlərinin pozulmasına yönəlmiş təxribat xarakterli növbəti addımlardan biridir". Bu sözləri "Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədli bildirib. "Gürcüstanın Kvemo-Kartli bölgəsindəki son durum" mövzusunda mətbuat konfransı keçirən Z.Məmmədli bildirib ki, cəmiyyətin məqsədi regionda sülhün və əmin-amanlığın bərqərar olması, Qafqaz bölgəsində demokratiya və insan hüquqlarının qorunaraq möhkəmlənməsindən ibarətdir:

"Dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsipini əsas götürərək milli mədəniyyətləri inkişaf etdirmək və qorumaq qarşıya qoyduğumuz əsas prinsiplərdəndir. Biz cəmiyyət olaraq bu gün Azərbaycan və Gürcüstan dövlətlərinin strateji müttəfiqliyinin möhkəmlənməsi istiqamətində fəaliyyətimizi davam etdirməkdəyik. Belə ki, Gürcüstanda gedən müasir dövlət quruculuğu prosesi tərəfimizdən böyük sayğı və diqqətlə izlənməkdədir. Hesab edirik ki, cənab M.Saakaşvilinin rəhbərliyi ilə günü-gündən güclənən çağdaş Gürcüstan dövləti Gürcüstanda yaşayan bütün xalqların, o cümlədən Azərbaycan türklərinin milli mədəniyyətlərini qoruyub və inkişaf etdirməkdə öz töhfəsini verəcəkdir. Bu, Gürcüstanın Azərbaycan türklərinin milli bayramı olan Novruz bayramını rəsmi dövlət bayramı elan etməsi iki xalq arasında böyük etimad mühitinin yaranmasında mühüm rol oynayır.

Z.Məmmədli qeyd etdi ki, Gürcüstanda aparılan quruculuq prosesi ilə yanaşı, soydaşlarımızın kompakt yaşadıqları ərazilərdə problemlərin mövcudluğu da davam etməkdədir: "Gürcüstan hökuməti Kvemo-Kartli bölgəsində 70-dən artıq soydaşlarımızın kompakt yaşadıqları kənd, qəsəbə və rayon adlarını dəyişdirərək gürcüləşdirilməklə, Qardabani rayonunda son zamanlar 920 ha torpaq sahəsini ədalətsizcəsinə soydaşlarımızın əlindən almaqla, müsəlman icmasının kompakt yaşadıqları kəndlərin girişində xaçlar qoymaqla onları daha da qıcıqlandırmaqla, Gürcüstanın ərazi bütövlüyünü istəməyən, separatçı qüvvələrin faydalanmasına və təxribat xarakterli fikirlər səsləndirməsinə zəmin yaradır".

Z.Məmmədli bildirdi ki, dini və müasir təhsil sahəsində problemlərlə üzləşən azərbaycanlıların Gürcüstanda fəallıq göstərən müxtəlif dini təriqətlərə bağlanmaması üçün Qafqaz Müsəlmanları İdarəsi Gürcüstan hökuməti ilə birlikdə iş görməlidir.

Cəmiyyət sədri onu da vurğuladı ki, Azərbaycan son 100 ilə yaxın bir müddətdə Gürcüstanda fəaliyyət göstərən Azərbaycan-türkdilli orta ümumtəhsil və məktəbəqədər müəssisələr üçün kadr hazırlayan əsas ölkə olub. Son 20 ildə bu ənənənin sıradan çıxması Gürcüstanda ixtisaslı milli pedaqoji kadrların azalmasının əsas səbəbidir. Bu problemə ləngimədən müdaxilə edilməlidir. Əks halda Gürcüstandakı milli ümumtəhsil müəssisələrində təhsilin səviyyəsi aşağı düşməklə, təhsildə milli maraqlarımıza zidd sonluq yarana bilər. Odur ki, Azərbaycanda təhsil alan tələbələrlə məqsədyönlü Dövlət Proqramının hazırlanması və həyata keçirilməsi vacibdir. Dövlət Proqramında Gürcüstan ali təhsil müəssisələrində təhsil alan Borçalı türklərinin tədris proqramının məzmunu, mahiyyəti, hədəfi, proqnozlaşdırılması mütləq nəzarətdə saxlanılmalıdır. Azərbaycanda təhsil alan Gürcüstan vətəndaşları üzrə xüsusi proqram işlənməlidir. Nəzərə alınmalıdır ki, bu tələbələr ali məktəbdə yüksək ixtisaslı, XXI əsrin tələblərinə uyğun kadr kimi yetişməlidir. Yalnız çağdaş tələblərə cavab verən intellektualların sayca çoxalması onların Gürcüstanın ictimai-siyasi həyatında daha fəal iştirakını təmin edə bilər. Bundan başqa, Azərbaycanda təhsil alan Gürcüstan vətəndaşları 5-7 illik təhsil müddətində öz ixtisaslarından əlavə gürcü, ingilis və rus dillərini, informatikanı, politologiyanı, sosiologiyanı yüksək səviyyədə mənimsəməlidir.

"Borçalı türklərinin elat mədəniyyəti günü" ilə bağlı açıqlama verən Z.Məmmədli bildirdi ki, dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti də Gürcüstan-Azərbaycan münasibətlərinin inkişafına dair öz töhfələrini verməlidir. Məhz bu baxımdan "Borçalı" Cəmiyyəti ənənəvi olaraq Gürcüstanın Dmanisi rayonunun Armudlu yaylağında "Borçalı türklərinin elat mədəniyyəti günü" tədbirini keçirir. Belə ki, 26 iyul 2011-ci il tarixdə sayca üçüncü dəfə keçiriləcək tədbir Kvemo-Kartli regionunun rəhbərliyi ilə razılaşdırılıb. Tədbirdə Azərbaycan türkləri ilə yanaşı, gürcülər, Orta Asiya, Anadolu, Axısxa və Güney Azərbaycan türkləri də iştirak edəcək:

"Hesab edirəm ki, Gürcüstan ərazisində yaşamış türklərin milli mədəniyyət və adət-ənənələrinin simvolik nümayişi Azərbaycan və Gürcüstan xalqlarının tarixən bir-birinin mədəniyyətinə olan inam və etimadının rəmzi və hər iki xalqın xoşbəxt gələcəyinin qazancı olacaq".


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

AMİP Çin səfirliyinin qarşısında aksiya keçirəcək

"Ahıska türklərinin Gürcüstanda kompakt yaşaması mümkün olmayacaq"

Türkiyə səfirliyi qarşısında aksiya

Bakı-Tbilisi-Qars gələn il istifadəyə veriləcək

I Şah Abbasın saray tarixçisinin əsəri çapa hazırlanır

Bölmənin digər xəbərləri
 
Viktor Yanukoviç: "Biz ötən il parlaq nümunə göstərdik"
Odessa-Brodı kəməri isə Baltik sahillərinə qədər uzadılacaq



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər