Nazim "Gün keçdi" filmindəki mahnının sauntrekini hazırlayıb və tezliklə ona klip çəkdirməyə hazırlaşır və bildirir ki, onun repertuarında klassik retro musiqilər üstünlük təşkil edir. Klassik mahnıları dinləməyi də, oxumağı da çox sevir.
Bu klipin rejissoru Ülviyyə Könüldür: "Ülviyyə xanımla mənim üçüncü işbirliyimdir. Həqiqətən, əvvəlcə Aqil M.Quliyevə müraciət etmişdim. Bilirsiniz ki, Aqillə də buna qədər çalışmışıq. Üslubunu çox bəyənirəm. Ancaq Aqil razı olmadı. Daha doğrusu, zaman məhdudiyyəti üzündən bildirdi ki, klipin çəkilişi gecikə bilər. Sonra da mətbuat yenə yazacaq ki, Aqil klipi gecikdirir. Ona görə də işbirliyimiz alınmadı. Açığını desəm, ikinci dəfə Fuad Əlişova müraciət etdim. Ancaq onun tələb etdiyi maddi vəsait məni qane etmədi".
|