Hal-hazırda Ayna qəzetinin 30.04.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 30.04.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Şou-biznes  
 
 
"Eurovision" təmsilçimiz "Eurovisions Next Tor Model-2011" seçilib
"Eurovision" təmsilçimiz "Eurovisions Next Tor Model-2011" seçilib
Nigarla Eldar Kiyevdə mətbəximizi nümayiş etdiriblər
Şənbə, 30.04.2011

Zəminə mətn ölçüsü  

"Eurovision-2011" təmsilçimiz Nigar Camal "Eurovisions Next Tor Model-2011" seçilib. AYNAnın əldə etdiyi bilgiyə görə, 29,17 faiz səs toplamaqla bu yeri qazanıb. 30 yaşlı Nigar Camal və digər müsabiqə təmsilçimiz Eldarın daha bir məharəti - hər iki ifaçı Kiyevdə Azərbaycan mətbəxini nümayiş etdiriblər. Qaldıqları otelin mətbəxində yemək hazırlayan duet bundan böyük zövq aldıqlarını bildiriblər.

Bundan başqa, Eldar və Nigar səfər zamanı Kiyevdə olan Avstriyanın "Eurovision-2011" təmsilçisi Nadina Beiler və Ukrayna təmsilçisi Mika Nyuton ilə görüşüblər. Hər 3 təmsilçi bir-birlərinə promo-disklərini hədiyyə edib və müsabiqə ilə bağlı fikirlərini bölüşüblər.

Bu həftəsonu Eldar və Nigar Düsseldörfə yola düşəcəklər. Mayın 1-dən "Fortuna Arena"da "Eurovision-2011" yarışmasının əsas məşqlərinə start verilir. Eldar və Nigar müsabiqənin mayın 10-da ilk yarımfinalında finala çıxmaq uğrunda mübarizə aparacaqlar.

Onu da əlavə edək ki, mahnı müsabiqəsinin təmsilçiləri Eldar və Nigar Balkan musiqi əfsanəsi Qoran Breqoviç və 2004-cü il Eurovision yarışması qalibi, ukraynalı ifaçı Ruslana ilə Kiyevdə təşkil olunan canlı konsertin səhnəsini bölüşüblər.

İctimai Televiziyadan bildirilir ki, Qoran Breqoviçin konsertində çıxış edən Odlar Yurdu cütlüyü bundan zövq aldıqlarını bildiriblər. Qeyd edək ki, musiqiçi və bəstəkar Qoran Breqoviç Balkan pop musiqisini tamamilə dəyişərək Avropa musiqisini yeni səviyyəyə qaldırıb. Breqoviç 2008-ci ildə Belqradda Eurovision Mahnı Müsabiqəsinin açılış mərasimində çıxış edib. Eləcə də, Serbiyanı "Eurovision-2010"da təmsil edən mahnının bəstəkarıdır.

Konsertə gəlincə, Eldar və Nigar Kiyevdə "Running Scared" mahnısını ifa edərək 4500-dən artıq tamaşaçının rəğbətini qazanıblar. Eyni zamanda konsertdə xüsusi qonaq kimi çıxış edən "Eurovision-2004" qalibi Ruslana ilə görüşüblər.

Ukraynalı müğənni Azərbaycan təmsilçiləri ilə bağlı fikirlərini bölüşüb. "Düşünürəm ki, bu cütlük Eurovision səhnəsində uğur əldə edəcək. Onların böyük potensialı var" - deyə Ruslana qeyd edib.

Kiyevdən sonra promo-tur çərçivəsində bir çox şəhərləri dolaşan Eldar Qasımov və Nigar Camal mayın 10-dakı çıxışlarına məsuliyyətlə hazırlaşdıqlarını bildiriblər. Onlar deyir:

"Biz əlimizdən gələni edir və bütün günümüzü müsabiqə hazırlığına sərf edirik. Bütün günü hərəkətdəyik və yorulmaq bilmirik.

REKLAM

Avropanı gəzirik, müxtəlif ölkələrin jurnalistləri və pərəstişkarlarla ünsiyyət saxlayır, məşq edirik, vokal və rəqs dərsləri ilə məşğul oluruq. Hazırlıq qrafikimiz çox gərgindir, istirahətə, demək olar, imkan yoxdur".

Eldar Qasımov bildirib ki, bu şans hər kəsə nəsib olmur. Nigar Camal da bu şansın məhz onlara nəsib olduğundan çox xoşbəxtlik duyduğunu qeyd edib: "Lazım olan hər şeyi edəcəyik ki, ölkəmiz bizimlə fəxr etsin. İstəyirik çox parlaq və yaddaqalan bir şou ilə çıxış edək və bütün Avropa ictimaiyyətinə Azərbaycanın ən yaxşı yerə layiq olduğunu göstərək".

"Fortuna Arena"da Azərbaycan təmsilçilərinin necə bir şou proqramla çıxış edəcəklərinə gəlincə, Eldar Qasımov və Nigar Camal bu sirri açmaq istəməyiblər:

"Biz bütün sirləri açıqlamaq istəməzdik. Sadəcə, deyə bilərik ki, mayın 10-da çox parlaq və uzun müddət xatirələrdə qalacaq şou ilə çıxış edəcəyik. Eyni zamanda şoumuzda romantika da olacaq. Ümid edirik şoumuz bütün Avropanın ürəyincə olacaq. Mayın 10-da Düsseldörfdə çıxışımıza baxmağı unutmayın. Biz səhnəyə 18-ci çıxacağıq".

İki qız anası olan Nigar Camal övladları üçün çox darıxdığını da etiraf edib: "Hazırlıq dövründə daha çox mənəvi yorğunluğumuz olur, nəinki fiziki. Mən uzun müddətdir öz yaxınlarımı və əzizlərimi görmürəm. Onlarla ancaq telefonla əlaqə saxlayıram. Hər gün skyre vasitəsi ilə övladlarım, anam və həyat yoldaşımla danışıram. Qızlarımı qucaqlayıb öpəcəyim günü səbirsizliklə gözləyirəm. Onlar məni çox dəstəkləyirlər və bu, mənə güc verir".

Duet ortağının sonuncu sözləri ilə həmrəy olan Eldar Qasımov da "mən də doğmalarım üçün çox darıxıram və onlara ehtiyacım var. Ancaq hər şey qarşıdadır və çətinliklər, yorğunluq artıq geridə qalır. Artıq Düsseldörf səhnəsinə çıxacağımız günü səbirsizliklə gözləyirəm", deyib.

Eldar və Nigar Azərbaycan təmsilçilərinin ifa edəcəkləri "Running Scared"in favorit mahnılar sırasında olmasına da hədsiz sevinirlər:

"İnternetdə mahnımıza dair çox pozitiv, bizə güc verən sözlər oxuyuruq. Bilirik ki, mahnımız favorit mahnılar arasındadır, ancaq yenə də əsas məsələ canlı çıxışdır, buna görə də arxayınlaşmırıq".

Onlar bütün Avropadan yüksək bal almaq arzusundadırlar: "Hansı ölkədən neçə bal alacağımızı söyləmək çox çətindir. Bu müsabiqədə mövcud olan rəqabət zarafat deyil və asan mübarizə sayıla bilməz. Əlbəttə, biz bütün Avropadan yüksək bal gözləyirik və bunun arzusundayıq. Bu il müsabiqədə çox güclü iştirakçılar var və buna görə də, pərəstişkarların fikirləri müxtəlif istiqamətlərə yönələ bilər, ancaq biz yenə də ən yaxşı nəticə gözləyirik".

Təmsilçilərimiz "Eurovision-2011"də ifa olunacaq digər mahnılardan İsveç, İsrail, Maltanın seçimini bəyəndiklərini deyiblər.

Yeri gəlmişkən qeyd edək ki, təmsilçilərimizi dəstəkləmək üçün gələn ay nəinki ailə üzvləri, həmkarları da Almaniyaya üz tutacaqlar. Bunların arasında ötən illərdə eyni adlı müsabiqədə iştirak edən təmsilçilərimiz də var. Aysel Teymurzadə və Safura Əlizadə builki təmsilçilərimizə dəstək olmaq arzusundadılar. Hər iki sənətçinin Düsseldörfə mayın 10-da keçirilən I yarımfinaldan əvvəl gedəcəyi gözlənir. 2009-cu ildə üçüncülük qazanmış Aysel Teymurzadə və 2010-cu ildə beşincilik əldə etmiş Safura Əlizadə builki təmsilçilərlə öz təcrübələrini bölüşmək niyyətindədir. Hər iki təmsilçi Eldar Qasımov və Nigar Camala Azərbaycana qələbə ilə dönməyi arzulayıblar.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Rusiya Bakıya raket gəmisi göndərir

Sarkisyan Britaniyada biabır olub

Yüksəkrütbəli zabitlər cəbhə xəttində

Münaqişə dövründə 1397 azərbaycanlı əsirlikdən azad edilib

Nigar Əhmədbəyova DİN-i ittiham edir

Bölmənin digər xəbərləri
 
Aynişan Quliyeva imicini təzələyir
Yəni "avropalaşır"

Elxan Şirinov ekrana qayıdır
Yeni bir mahnıya kliplə

Elza Seyidcahanın oğlu şou-biznesə qoşulur
Anasının bəstəsindən də oxuyacaq

İlhamə Quliyeva bir saat canlı oxuyacaq
Sənətçi məşqlərə başlayıb

Mir Yusif klipini internetdən təqdim edəcək
Reper bu addımı Zülfiyyə Xanbabayevadan sonra atdı

Fuad Əlişovun tələb etdiyi vəsait ürəyincə olmayıb
Nazim üç rejissordan hansını seçdi?

NEXT-in eks-üzvü yenidən qrupda
Əli "əsl qayıdışı zaman göstərər" deyir

Sevda Ələkbərzadə: "Pop musiqimizdən 80-ci illərin qoxusu gəlir"
Odur ki, ifaçılara "müasir olmağı" tövsiyə edir

"Adamın kompleksi yoxsa, deməli, anormaldır"
Xumar Qədimova liderliyə can atmır, adamlar özləri onun təsiri altına düşür



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər