Hal-hazırda Ayna qəzetinin 23.04.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 23.04.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
Metsamor AES-in fəaliyyəti dərhal dayandırılsın
RST Ermənistana qarşı sanksiyalar tələb edir
Şənbə, 23.04.2011


İlkin
mətn ölçüsü  

Regional Sabitlik və Təhlükəsizlik (RST) Mərkəzi BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyini (BAEA) qəzalı vəziyyətdə olan Ermənistanın Metsamor AES-in fəaliyyətini dayandırmağa çağırır. Qeyd olunub ki, erməni dilində əsl adı Oktemberyan-1 olan Metsamor AES hazırda dünyada olan ən köhnə rus AES texnologiyası ilə tikilib. İki ayrı blok olaraq tikilən stansiya Metsamor-1 və Metsamor-2 modullarından ibarətdir. Modullar 1976 və 1979-cu illərdə ardıcıllıqla istifadəyə verilib. Köhnə texnologiya ilə tikildiyi üçün dünyanın artıq imtina etdiyi bu modullar Metsamor AES-də hələ da istifadə edilir. Bu modullar baş verə biləcək qəzalara qarşı son dərəcədə zəif və müdafiəsizdir.

RST-nin məlumatına əsasən, sovet dönəmində tikilən AES-lərdə VVER, PBMK, EGP və BN olmaq üzrə dörd moduldan isifadə edilib. Təxminən 40 illik təcrübə nəticəsində VVER reaktorlarının çox etibarsız olduğu müəyyən edilib. Ən çox qəzalar da məhz VVER reaktoru ilə çalışan stansiyalarda baş verib. Məhz Ermənistandakı Metsamor AES də VVER modeli ilə çalışmaqdadır. Stansiyasının ilk modulu VVER440/230 modelidir. Ən köhnə, təhlükəsizlik sistemi yox dərəcəsində olan bu modeldən istifadə edilməsi, Metsamor AES-in Çernobıl AES-dən də riskli olduğunu sübut edir.

Bu modeldə radioaktiv maddə sızıntısının qarşısını alacaq polad qübbə yoxdur. Bununla yanaşı, stansiyanın müasir təhlükəsizlik və texniki təchizatının olmaması, reaktorun soyudulması üçün istifadə edilən suyun qeyri-kafiliyi və soyutma sisteminin köhnəlmiş olan layihəyə əsasən tikilməsi də bölgənin ekoloji vəziyyəti üçün ciddi təhlükələr meydana gətirir.

Bu AES-in ikinci modulu VVER-440/270 modelinə əsasən tikilib. Bu model nüvə fəlakətlərinin qarşısını ala biləcək texniki təchizatdan və təhlükəsizlik sistemindən məhrumdur. Bu model də Qərb standartlarına qəti surətdə cavab vermir.

Beynəlxalq standartlara görə, 5 baldan çox zəlzələ ehtimalı olan seysmoaktiv ərzilərdə AES tikilməsi qadağan olduğu halda, Metsamor AES-in ərazisi Rixter şkalasına görə 9 bal gücündəki seysmoaktiv zəlzələ zonasında yerləşir. Məhz seysmoaktiv zonada yerləşdiyi üçün Metsamor AES-in fəaliyyəti dövründə 5 böyük və 150-dən çox da kiçik qaza baş verib. 1988-ci ildə isə Ermənistan ərazisi olan Spitakda baş verən və 25 min adamın ölümünə səbəb olan zəlzələ zamanı stansiyada baş verən qəza nəticəsində keçmiş Sovetlər Birliyi rəhbərliyinin qərarı ilə Metsamor AES-in fəaliyyəti dərhal dayandırıldı. Generatorun partlaması və dərhal sonra əlaqə kabellərinin yanması nəticəsində baş verən qəzada stansiyanın olan-qalan müdafiə sistemi də məhv olub.

Qafqaz və digər qonşu dövlətlər üçün daşıdığı bütün riskləri nəzərə almadan Ermənistan 1995-ci ildə yenidən Metsamor AES-in fəaliyyətini bərpa edib...

RST ekspertlərinin fikrincə, bu AES-dəki indiki sızmalar o zaman baş verən zəlzələnin nəticəsidir. Hazırda stansiyada baş verən sızıntılarla yanaşı, qazanların soyudulması məqsədilə istifadə olunan sulara radiasiyalı məhlullar da qarışır. Bu kimyəvi məhsullar yeraltı sulara qarışdığından bunun acı nəticələri Azərbaycanda və Türkiyədə müşahidə olunmaqdadır. Araz çayı boyunca yerləşən ərazilərdə müşahidə olunan radioaktiv kirlənmənin səbəbi məhz bu AES-dən sızan radioaktiv maddələr və qrunt suları ilə çaya tökülən radioaktiv məhlullardır. Nəticədə sözügedən bölgədə yaşayan insanlarda xərçəng xəstəliyinə, doğulan uşaqların şikəst dünyaya gəlməsinə səbəb olur.

Məhz BAEA-nın araşdırmalarına görə, Metsamor AES dünyanın ən təhlükəli stansiyasıdır. Təhlükəsizlik sistemi qurulmayan stansiyada bununla yanaşı, atom təbəqəsini örtməsi zəruri olan ən az iki metr qalınlığındakı polad təbəqə də yoxdur. Bundan başqa, stansiyanın hazırlanması və istifadəsilə bağlı təxminən 100 problem aşkar olunub. Bunlardan 60-ı dərhal tədbir görülməsi zəruri olan təhlükəsizlik problemləridir.

RST hesab edir ki, seysmoaktiv zonada yerləşən və qəzalı vəziyyətdə olan bu AES Qafqaz ölkələri ilə yanaşı, Azərbaycanla energetika sahəsində əməkdaşlıq edən və beynəlxalq layihələr həyata keçirən Qərb və Avropa ölkələri üçün də ciddi təhlükə mənbəyidir. Bütün bunları nəzərə alaraq, RST BAEA-dan Ermənistanda fəaliyyət göstərən Metsamor AES-in fəaliyyətinin dayandırılması barədə təcili sanksiyalar tələb edir.





Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Azərbaycan bayrağı İst-river sahilində"

BMT Azərbaycan hökumətini tənqid etdi

BMT baş katibi Beynəlxalq Sülh Günü münasibətilə müraciət edib

Avstraliya Azərbaycana nota verdi

"Azərbaycan BMT qarşısında yarımçıq hesabatla çıxış edib"

Bölmənin digər xəbərləri
 
Rus Güney Qafqaz kilsəsinin müstəqillik sirri
300 illik Güney Qafqaz siyasəti dəyişməyə üz qoymalı idi

Yaponiya: dirçəlişə və yeni həyata aparan yol




Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər