Elton mayın 22-də Heydər Əliyev Sarayında solo konsert verəcək. Sənətçi proqrama həmkarlarından yalnız Sevda Yəhyayeva ilə duet daxil edib. Proqrama onun yeni və retro mahnıları daxildir. Sözünün davamında bildirdi ki, tezliklə onun musiqidə yeni bir məharəti üzə çıxacaq - dinləyicilərə balaban ifaçısı kimi tanınacaq. Deyir ki, bu alət üzrə böyük səhnələrdə tanınan ifaçılar azdır. Bu azlıq ermənilərə alətin imkanlarından daha geniş istifadə imkanı verir. Əlavə edir ki, ifasını mükəmmələşdirib, bu istiqamətdə böyük layihələrlə çıxış etməyi düşünür.
Daha bir yenilikdən söz salan Elton yaxın günlərdə "Nakam" adlı albomunun işıq üzü görəcəyini bildirdi.
Onu da qeyd edək ki, Eltonun şou-biznesdən olan həmkarlarından biri ilə layihəsi hazırlanır. O, işin təfsilatları barədə yaxın vaxtlarda mətbuat konfransında açıqlama verəcək.
|