Hal-hazırda Ayna qəzetinin 23.04.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 23.04.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Şou-biznes  
 
 
Aygün Kazımova "Ay və Gün"ü təqdim etdi
Bu dərgi - fanatların ideyası
Şənbə, 23.04.2011

Z.Rəhimqızı mətn ölçüsü  

Xalq artisti Aygün Kazımova onun adını daşıyan "Ay və Gün" dərgisini mətbuata təqdim edərkən bildirib ki, belə bir dərgi - fanatların ideyası olub, ideyanı bəyənməklə onlara mənəvi dəstək göstərəcəyini bildirib. Beləliklə, "Ay və Gün" işıq üzü görüb. Jurnalın şef redaktoru Nəzakət Əliyeva, art redaktoru Mədinə Gülgün seçilib. Müğənni dərgini qalmaqallardan uzaq tutacağını deyib:

"Röyanın dərgisi buraxılandan bir az sonra adı hansı qalmaqalda hallandı. Zərbə alan yazıq Röya oldu. Belə situasiyalarla qarşılaşmaq istəmirəm".

Müğənnidən münasibəti soyuq olduğu sənətçilərə "Ay və Gün"də yer ayrılacağını soruşanda, yarızarafatla, "gələn dəfə Natəvandan müsahibə götürərlər, ya da üz qabığına çəkilər" kimi fikir söylədi.

Aygün yaxın vaxtlarda təqdimatına hazırlaşdığı layihəsindən danışdı. Dedi ki, ictimaiyyətə bəlli olmayan peşəsini nümayiş etdirəcək:

"Bu təqdimatda hamını əməlli-başlı təəccübləndirəcəm. Hazırda müqaviləni imzalama ərəfəsindəyəm deyə, təfərrüatını aça bilmərəm. Yalnız onu deyirəm ki, burada xanımlar iştirak edəcək, hətta bəzi kişiləri də cəlb edə bilərik. Bütövlükdə isə kişilər iştirakçı xanımlara qiymət verəcəklər".

Müğənninin vizaş işini peşəkar səviyyədə bacardığını nəzərə alıb, onun bu istiqamətdə məharətini göstərəcəyini soruşduqda, "təxminən yaxınlaşmısınız, amma bu bir qədər də maraqlı bir iş olacaq" deyə bildirdi. Söylədi ki, bunun üçün onun ayrıca məkanı da olacaq. Əgər ictimaiyyət onun bu layihəsinə böyük maraq göstərərsə, müğənni bunu uzun müddətə davam etdirəcək.

Son həftələr arıqlamaq üçün müxtəlif metodlar seçən Aygün Kazımovanın bədən forması da diqqətdən yayınmırdı. 90-cı illərin Aygün Kazımovasını xatırladan sənətçi saçlarının da boyasını dəyişərək, qara rəng seçib. Müğənni deyir ki, kilosu normal hesab edilsə də, efirdə hələlik bir qədər dolu görünür. Ona görə də hələ bir neçə kilodan azad olmaq istəyir.

Yeri gəlmişkən qeyd edək ki, xalq artisti Aygün Kazımovanın qızı İlqarə İbrahimovanın qalmaqallı videosu ilə bağlı məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Bu barədə danışan sənətçi belə deyib:

"Mən və qızım millətin qarşısında onlara şans verdik. Onlar isə hətta insani addım atmaqdan da çəkindilər. Mən dedim, əgər belədirsə, məsələ qanunla həllini tapsın, artıq proses başlayıb. Hazırda proses davam edir".

Sənətçi bildirib ki, bundan sonra qarşı tərəf üzr istəsə belə, bunu qəbul etməyəcəklər: "Artıq söhbət bitdi. Bundan sonra üzr istəməklə bu söhbət keçməyəcək. Üzr istəmək şansı verdik onlara. O yaşda uşağımda cəsarətə bax ki, belə bir vəziyyətdə efirə çıxdı. Amma o kişilərdə cəsarət olmadı. Ona görə də bundan sonra məsələ hüquqi müstəvidə həll olunacaq".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Qubada jurnalistlər üçün düşərgə

"Döyüşdən reportaj"

Hərbi jurnalistika özü də müzakirə mövzusudur

Jurnalistlər pulsuz müayinə ediləcək

MŞ iki qəzet barədə materialları prokurorluğa göndərir

Bölmənin digər xəbərləri
 
Elton həm də balaban ifaçısı olacaq
O, böyük səhnəyə çıxmaq istəyir

Hadisə Bakıda butik-klubun açılışında idi
Emil Şahinlə dostluğu birgə əməkdaşlıqda işə yarayacaq

İradə İbrahimovaya həyat yoldaşından sürpriz
Müğənni hansı səbəbdən Bakını tez tərk edib?

Azərbaycanlı klipmeykerdən türk ulduzlara klip
Bunlar - Yusif Güney və Orxan Ölməzdir

Röya və Rəhim Rəhimlidən gənclərə sürpriz:
birgə konsert verəcəklər

Roza Zərgərlidən "Gizli sevgilim"ə ikinci nəfəs
Sənətçi qeyri-adi klip vəd edir

Samir Bağırovun efirdə görünməməyinin sirri?
Əsl ulduz həyatı yaşamağımı?

Zəhra Bədəlbəyli: "Azərbaycanın "Eurovision"da şansı böyükdür"
Builki ifaçıların mahnı və klipi yüksək səs toplayır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər