Hal-hazırda Ayna qəzetinin 23.04.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 23.04.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Bələdiyyələr əmlak vergisini toplaya bilmir
Bu verginin bazar dəyəri əsasında hesablanması təklif edilir
Şənbə, 23.04.2011

Banu mətn ölçüsü  

Bələdiyyələr qanunvericiliklə ona məxsus olan əsas gəlir mənbələrindən tam yararlana bilmir. Fiziki şəxslərdən əmlak vergisi torpaq satışı və torpaq vergisindən sonra yerli özünüidarə orqanlarının üçüncü əsas gəlir mənbəyidir. Orta hesabla büdcə gəlirlərində payı 10 faiz təşkil edir. Ancaq bu mənbə üzrə yığım səviyyəsi çox azdır. Ötən il bu vergi üzrə yığım səviyyəsi 67 faiz təşkil edib. Elə bələdiyyələr də var ki, yığım səviyyəsi hətta 5 faizdən çox deyil.

Bu problem evlərin inventar dəyərinin olmaması ilə əlaqəlidir. Vergi Məcəlləsinə görə, fiziki şəxslərdən əmlak vergisi xüsusi mülkiyyətində olan binaların inventarlaşdırılmış dəyərindən tutulur. Bu dəyər 5000 manatadək olduqda vergi tutulmur, 5000 manatdan çox olan məbləğdən isə 0,1 faizlə vergi hesablanır. Ancaq araşdırma göstərir ki, yaşayış evlərinin bir çoxunun inventar dəyəri yoxdur. Bu, xüsusilə də regionlarda daha çox özünü göstərir. Kənd yerlərində ən yaxşı halda, evlərin 10-20 faizinin inventar dəyəri var. Ona görə də bələdiyyələr vergi yığa bilmirlər. Qısası, xüsusən də kənd yerlərində yaşayış evlərinin inventar dəyərinin olmaması onların vergiyə cəlb edilmə imkanlarını məhdudlaşdırır.

"İqtisadi forum" jurnalının rəhbəri Samir Əliyev hesab edir ki, hökumət təcili olaraq kütləvi qiymətləndirməyə başlamalıdır. Qanunvericilikdə bir sıra ziddiyyətlərin olduğunu bildirən ekspertə görə, bunun aradan qaldırılması vacibdir. Samir Əliyev:

"Qanunvericiliyə əsasən, bələdiyyələr binalara görə fiziki şəxslərdən əmlak vergisini hesablamaq məqsədi ilə 3-5 ildə bir dəfədən çox olmamaq şərti ilə, ərazilərində yerləşən müvafiq əmlakın vergiqoyma məqsədləri üçün qiymətləndirilməsi barədə qərar qəbul edir. Təbii ki, burada söhbət qiymətləndirmə aparmaqdan yox, qiymətləndirmə aparılması ilə bağlı qərarın qəbulundan gedir. Çünki bələdiyyə maraqlı tərəf olduğu üçün birbaşa qiymətləndirmə apara bilməz".

Bunun üçün müstəqil qiymətləndirici şirkət cəlb edilməlidir. Ancaq burada bir ziddiyyət ortaya çıxır. Qiymətləndiricinin vəzifəsi əmlakın bazar dəyərini müəyyən etməkdir. Vergi Məcəlləsinə görə isə əmlak vergisi əmlakın inventar dəyəri əsasında hesablanır. Belə çıxır ki, qiymətləndiricinin qoyduğu dəyər vergiyə cəlb edilə bilməz. İnventar dəyərini isə qanunvericiliyə görə, ancaq Əmlak Komitəsinin yerli bölmələri müəyyən edə bilər. Deməli, bələdiyyə şöbələri qeydiyyatsız evləri vergiyə cəlb etmək üçün hər dəfə komitənin yerli qurumlarına müraciət etməlidir. Bu isə vaxt itkisi ilə yanaşı, əlavə xərcdir. Buna heç bələdiyyələrin maliyyə imkanı çatmaz. Çünki evin qiymətləndirilməsinə çəkilən xərc həmin evdən yığılan vergi məbləğindən ən azı 4-5 dəfə çoxdur. Eyni zamanda, sözügedən komitənin yerli bölmələri də fiziki baxımdan bunu yerinə yetirə bilməz.

Ekspertə görə, hökumət kütləvi qiymətləndirməyə getməlidir və bu proses birdəfəlik yox, xarici ölkələrdə olduğu kimi, dövri olmalıdır: "Müvafiq qanunvericiliyə, o cümlədən "Qiymətləndirmə fəaliyyəti haqqında" qanuna dəyişiklik edildikdən sonra hökumət kütləvi şəkildə daşınmaz əmlakın, o cümlədən evlərin qiymətləndirilməsini həyata keçirməlidir".

Ekspertin fikrincə, bazar dəyərini müəyyən etmək üçün regionlar üzrə differensiallaşma tətbiq edilməlidir.

S.Əliyevin sözlərinə görə, Vergi Məcəlləsinə müvafiq dəyişiklik edilərək əmlak vergisinin bazar dəyəri əsasında hesablanmasının hüquqi mexanizmləri hazırlanmalıdır: "Digər metodlar da var. Məsələn, hər kvadratmetrə görə ödəniş və s. Ancaq inventar dəyəri kimi mücərrəd bir vergi bazası heç bir ölkədə tətbiq edilmir".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Həyatımıza əmlakın icbari sığortası gəlir

Bölmənin digər xəbərləri
 
Çindən ucuz mal dövranı bitdi
Səbəb - işçi qüvvəsinin xərcləri artıb

"Göydələn"lərdə qiymət ucuzlaşıb
Paytaxtda torpağın da qiyməti düşüb

Kənd turizmi: bu gəlirli bir iş ola bilər
Amma kənd evləri buna hazırdırmı?

Əməkhaqqı: 20-25 faiz artım gözlənir
Lakin bu artım inflyasiyanın yeminə çevrilməyəcək ki?

Turizmin inkişafı naminə çoxlu təkliflər var
Görək dövlət necə reaksiya verəcək?



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər