Hal-hazırda Ayna qəzetinin 23.04.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 23.04.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Əməkhaqqı: 20-25 faiz artım gözlənir
Lakin bu artım inflyasiyanın yeminə çevrilməyəcək ki?
Şənbə, 23.04.2011

A.Akif mətn ölçüsü  

Bu ilin dövlət büdcəsinin xərclər hissəsi təqribən 1 mlrd. manata qədər artırılacaq. Xəbər verdiyimiz kimi, maaş və pensiyaların artımı planlaşdırılır. Artım əməkhaqları dövlət büdcəsindən maliyyələşən və orta aylıq əməkhaqqı aşağı olan sahələri əhatə edəcək.

Ekspertlər artımların qiymətlərə təsirsiz ötüşməyəcəyini söyləyirlər. Odur ki, əməkhaqqı artımlarının istehlak bazarına təsirlərini azaltmaq və eləcə də yeni qiymət artımları üçün baza yaratmasının qarşısının alınması üçün kompleks tədbirləri vacib sayırlar. Çünki dövriyyədə pul kütləsinin artması nəticə etibarı ilə qiymətlərin qalxması və 2011-ci ilin ikinci yarımilində daha yüksək inflyasiyanın yaranmasına yol açacaq. İqtisadçılar əməkhaqlarının mərhələli artımını təklif edirlər. Əks halda artırılan məvacib inflyasiyanın yeminə çevriləcək.

İqtisadçı Nazim Məmmədovun sözlərinə görə, Azərbaycanın artan iqtisadi imkanları insanların həyat səviyyəsində özünü göstərməlidir:

"Biz nə qədər ümumi daxili məhsulun artımından danışsaq da, ümumi iqtisadi göstəricilərin silsilə şəklində artmasını desək də, vətəndaşlar onları öz həyatında hiss etməsələr, bu, söz olaraq qalacaq. Hər il büdcə təşkilatlarında əməkhaqqı artırılır. Ancaq yenə də ölkədə kifayət qədər bahalığın olması fonunda bu artımlar çox cüzi görünür".

Yeri gəlmişkən, əməkhaqlarının neçə faiz artırılacağı ən çox maraq edilən məsələdir. Ekspert deyir ki, pensiyanın baza hissəsinin artırılması da məqsədəuyğundur. O, Nazirlər Kabinetinin bu yaxınlarda müəllimlərin dərs saatlarının maksimum həddini müəyyənləşdirən qərarını xatırladaraq əlavə etdi ki, bu islahatların aparılması normaldır:

"Müəllimlərin çox dərs yükünə meyil göstərməsinin səbəbi məhz əməkhaqlarının az olması, həm də müəllim çatışmazlığı ilə əlaqədardır. Ona görə müəllimlərin də, həkimlərin də əməkhaqları ilk növbədə artırılmalıdır. Güman edirəm ki, bu dəfə 20-25 faizə qədər artımın şahidi olacağıq".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Maliyyə Nazirliyi əmanətləri qaytarmaqda maraqlı deyil

2010-cu ildə ölkədə inflyasiya artacaq

Azərbaycanda 2010-cu ildə inflyasiya olacaq

Əməkhaqqı və pensiyalarda artım gözlənir

Zərfdə verilən maaşlar...

Bölmənin digər xəbərləri
 
Çindən ucuz mal dövranı bitdi
Səbəb - işçi qüvvəsinin xərcləri artıb

"Göydələn"lərdə qiymət ucuzlaşıb
Paytaxtda torpağın da qiyməti düşüb

Kənd turizmi: bu gəlirli bir iş ola bilər
Amma kənd evləri buna hazırdırmı?

Bələdiyyələr əmlak vergisini toplaya bilmir
Bu verginin bazar dəyəri əsasında hesablanması təklif edilir

Turizmin inkişafı naminə çoxlu təkliflər var
Görək dövlət necə reaksiya verəcək?



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər