Hal-hazırda Ayna qəzetinin 23.04.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 23.04.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Çindən ucuz mal dövranı bitdi
Səbəb - işçi qüvvəsinin xərcləri artıb
Şənbə, 23.04.2011

Banu mətn ölçüsü  

Bu günədək ucuz işçi qüvvəsi sayəsində dünyaya ucuz mal ixrac edən Çində vəziyyət dəyişir. Çin malının dəyəri artır. Türkiyənin "Milliyyət" qəzeti yazır ki, dünyadakı bahalaşma ilə əlaqədar bu ölkədə işçi qüvvəsinin, parçadan elektrikə qədər hər şeyin qiyməti artıb. Çin fabriklərində çalışan işçilər də müəssisə rəhbərlərini divara sıxışdırıblar. Vaxtilə ayda 50 ABŞ dollarına çalışmağa hazır olanlar indi bundan 10-15 dəfə artıq əməkhaqqı tələb edirlər. Çin fabrikləri işçi gücü sıxıntısı yaşayır.

Məlumatlara görə, işçilərin daha yüksək məvacib tələbinin qarşılığında 2008-ci ildən bu yana əməkhaqları təqribən 15 faiz artıb. Bundan başqa, icarə haqqı, su, enerji, nəqliyyat xərcləri də yüksəlib.

Tanınmış geyim markalarının və satış şəbəkələrinin tədarükçüsü "Li Fung", dünyanın iri şirkətləri üçün elektrik malları göndərən "Foxconn" kimi şirkətlər də ucuz mal dövranının başa çatması barədə xəbərdarlıq edirlər. Dünya qəzetlərində yer alan xəbərə görə, eyni sıxıntılar Çinin qumaş imperatorluğunda da yaşanır. Belə çıxır ki, Çin maliyyə üstünlüyünü itirir.

"Li Fung" şirkətinin rəhbəri Bryüs Rokovitz bildirib ki, qiymətlərin artması səbəbi ilə bir çox şirkətlər Vyetnam, İndoneziya kimi ölkələrə üz tutublar. Onun sözlərinə görə, hazırda "Li Fung" istehsalın cəmi 25 faizini Çində, digər hissəsi Banqladeş və Vyetnamda həyata keçirir. "Foxconn" şirkəti 2010-cu ildə 218 milyon dollar qazanc proqnozlaşdırsa da, bunu qazanmaq mümkün olmayıb. Odur ki, şirkətin səhmlərinin dəyəri 6 faiz ucuzlaşıb. Vəziyyətdən çıxmaq və ucuz işçi qüvvəsi tapmaqdan ötrü şirkət Çinin daha ucqarlarında - Siçuan və Henanda yeni müəssisələr inşa edir. Həmin ərazilərdə əhalinin daha az məvacibə çalışacağı proqnozlaşdırılır.

Çində istehsal edilən parçaların da dəyəri artıb. Vaxtilə Çində istehsal edilən parçalardan tanınmış alış-veriş mərkəzlərindən 15 dollara şalvarlar, 5 dollar tişörtlər almaq olardı. Çin parçaları "H&M" və "Torshor" kimi şirkətlərin dünyada tanınmasına və zənginləşməsinə yol açıb. Amma artıq bu sistem çöküb. Parça istehsalçısı Vei Hiaofeng "Daily Telegrarh" qəzetinə açıqlamasında bildirir ki, Avropa və Amerikadan hələ də sifarişlər alırlar. Lakin xarici şirkətlərlə qiymət məsələsində razılığa gələ bilmirlər. Vaxtilə bu şirkət bir milyon fabrik işçisinin gücü ilə ildə 260 milyon ədəd cins şalvar istehsal edirdi. Bu, dünyada istifadə edilən cinsin üçdə biri idi. Bölgədəki Levi's, Lee ve Wrangler kimi tanınmış və böyük markalar gündə 60 min şalvar tikmək gücünə sahibdirlər.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
"Göydələn"lərdə qiymət ucuzlaşıb
Paytaxtda torpağın da qiyməti düşüb

Kənd turizmi: bu gəlirli bir iş ola bilər
Amma kənd evləri buna hazırdırmı?

Əməkhaqqı: 20-25 faiz artım gözlənir
Lakin bu artım inflyasiyanın yeminə çevrilməyəcək ki?

Bələdiyyələr əmlak vergisini toplaya bilmir
Bu verginin bazar dəyəri əsasında hesablanması təklif edilir

Turizmin inkişafı naminə çoxlu təkliflər var
Görək dövlət necə reaksiya verəcək?



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər