Bilirik ki, Zülfiyyə Xanbabayeva uzun illərdir səhnədədir və hər zaman ciddi obrazlarda qarşıya çıxır. Xalq artistinin şou-biznes mühitində qalmaqallara bulaşmayan bir isim olduğunu da bilirik. Bu isə bizim günlərdə böyük məharət tələb edən bir taktikadır. Sənətçi özünü bu qalmaqallardan necə sığortaladığından danışır:
"Özümü çirkablardan sığortalamaq mənə çox baha başa gəlib. Xasiyyətimdən hər kəs xəbərdardır. Aktiv insanam. Dilim də var, dilçəyim də! Hər kəsi yerində oturda bilirəm. Bu illər ərzində o qədər çətinlik çəkmişəm. Suyu üfürə-üfürə içmişəm. Xanım-xatınlığımı qoruyub saxlamağa çalışmışam. Amma mənim də dəlisov olduğum vaxtlar olub. Mənsiz heç bir məclis, dostlarımın yığıncağı keçmir. Sadəcə, gərək təcrübəli olasan. İnsanın təcrübəsi illər keçdikcə artır. Hərdən qızım deyir ki, "anam çox ciddidir". Həyatda hər şey ola bilər. Heç kəs "mənəm-mənəm" deməsin. Dönüb geriyə baxdığım zaman heç bir pis işim və əməlimin olmadığını görürəm, Allaha çox şükür. Doğrudur, səhvsiz insan yoxdur. Amma sinənə döymək, mənəm-mənəmlik etmək olmaz. Həyatdır, bilmirsən bir dəqiqədən sonra başına nə gələcək. Allah insanı xətadan və şərdən qorusun. Özünü nə qədər ora-bura çırpsan da, faydası olmayacaq, çünki "möhür" artıq öz işini görəcək. Bizimkilər sevir axı, bir adam yıxılsın, tez onu sürüyək"...
|