Hal-hazırda Ayna qəzetinin 16.04.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 16.04.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Şou-biznes  
 
 
"Şou-biznes bazardır"
"Şou-biznes bazardır"
Bu mühit musiqidən başı çıxmayanların məkanı?
Şənbə, 16.04.2011

Xatun mətn ölçüsü  

"Bu gün Azərbaycan mədəniyyətinə baxanda ürəyimdən ağrı keçir. Biz Şövkət Ələkbərovanın, Rəşid Behbudovun adını çəkəndə cavanlar əsəbiləşir. Yaxşı, onlar qaldı dünəndə, bəs bu gün? Dünən gənc olan Aygün Kazımova, Faiq Ağayev bu gün ortayaşlı musiqiçilər sırasındadır. İndi "azəri-starlar", "yeni ulduzlar", "akademiyalar", "muğamstarlar" həddən artıq çoxdur. Bəs onlar sabah bizə nə verəcəklər? Azərbaycan mədəniyyətinin bu gününü yeni doğulan uşağa bənzədirəm. Bəlkə də sabah mən həyatda olmayanda bunların hansısa addımı, uğuru olacaq, amma bu gün hələ ki heç nə etmirlər. Bu gün Azərbaycanda estrada musiqisi və ifaçılığı ağır vəziyyətdədir. İndi şou-biznes var. Şou-biznes isə bazardır, prodüserlər, aparıcılar, şoumenlər, yaxud da musiqidən başı çıxmayanların toplaşdığı bazar...". Bu sözləri Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Eldar Mansurov deyir. Bu acınacaqlı vəziyyəti professional bəstəkarlıq məktəbinə də şamil etdiyini vurğulayır:

"Mən Qara Qarayev, Fikrət Əmirov, Soltan Hacıbəyovu görmüşdüm. Bugünkü cavanlar isə onları görməyiblər. İndikilər kimi görürlər? Heç kimi, heç nəyi. İndi yerindən duran mahnı yazır, özünü bəstəkar hesab edir. Hər adam mahnı yaza bilər, amma öz səviyyəsində. Əlibaba Məmmədov, Ələkbər Tağıyev, Bəhram Nəsibov da həvəskar bəstəkar olublar. Çox gözəl mahnılar da yazıblar. Bəstəkarsansa, onda fortepiano üçün bir prelüdiya yaz, skripka üçün nəsə yaz, sonata, kvartet, hələ simfoniyadan danışmıram. Bəstəkarlıq budur. İndi hər divara mala çəkən durub desin ki, arxitektordur?"

Bəstəkar bu gün ifa olunan mahnıların tez unudulması məsələsinə də toxunur:

"Tofiq Quliyev, Cahangir Cahangirov, Rauf Hacıyev, Fikrət Əmirov ölməz mahnılar yaradıblar. Mən onların adının yanında çəkinə-çəkinə deyirəm ki, bəstəkaram. İndi kimdəsə səhv tutanda deyir ki, sən kimsən? Bunun səbəbi odur ki, bugünkü mahnılar sponsorun 5 min dolları ilə 5 dəfə efirdə gedir, pul qurtarandan sonra mahnı yaddan çıxır. Yaxşı musiqi isə yaddan çıxmamalıdır"...



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Miqrantların vətənə göndərdikləri pullar azalır

Avtomobil idxalını artırmağa ehtiyac yox

Qiymətli kağızlar bazarına - ikinci nəfəs

Şirvanın bazarı bağlanıb

Bazarlar od tutub yanır

Bölmənin digər xəbərləri
 
Belarus teleaparıcı Ales Muxin Bakıda
"Nə? Harada? Nə zaman" intellektual yarışmaya aparıcılıq edəcək

"Eurovision" təmsilçimiz evləndi
Sənətçi həyat yoldaşına 400 min dollarlıq boyunbağı hədiyyə edib

Rəqqasə Fatimə üç ay Hindistanda yaşayacaq
Məqsəd - hind rəqslərini mükəmməl mənimsəmək

Nüşabə Ələsgərli rejissordan imtina etdi
Sənətçi seriala çəkilmək istəməyib

Rəqsanə yenidən Dubaya gedir
Müalicəsi davam edir

"Arzulayıram ki, kiçik radiom olsun"
Tahir İmanov auditoriya ilə söhbət etmək istəyir

Hollivud ulduzu psixiatriya xəstəxanasında
Ketrin Zeta-Cons əsəbilikdən əziyyət çəkir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər