Hal-hazırda Ayna qəzetinin 16.04.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 16.04.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Şou-biznes  
 
 
"Eurovision" təmsilçimiz evləndi
"Eurovision" təmsilçimiz evləndi
Sənətçi həyat yoldaşına 400 min dollarlıq boyunbağı hədiyyə edib
Şənbə, 16.04.2011

mətn ölçüsü  

Azərbaycanı "Eurovision-2009" yarışmasında Aysel Teymurzadə ilə birgə təmsil edən və ölkəmizə üçüncülük qazandıran, "Qızıl qramofon" laureatı Araşın toyu olub.

Xarici mətbuatın yazdığına görə, dünyaca məşhur müğənni nişanlısı Benazla Dubayda nikaha girib. Araş və Benazın toy mərasimi körfəzdə möhtəşəm bir mərasimlə baş tutub. 33 yaşında evlənməyə qərar verən Araş əslən iranlı olan Benaza bir müddət əvvəl evlənmə təklifi edib. Araş və Benaz toya 200 nəfərə yaxın qonaq dəvət ediblər. Qohum və yaxınlardan əlavə, cütlüyün İsveç, Fransa, ABŞ və Rusiyadan olan dostları da mərasimə qatılıblar. Qonaqlar Şərq nağıllarını xatırladan otelə daxil olmalarından məmnunluq keçirdiklərini də bildiriblər.

Benazın gəlinlik paltarı Londonda sifarişlə hazırlanıb. Gəlin toy mərasiminə bütün qonaqlar öz yerlərini tutduqdan sonra atası ilə birgə daxil olub və gəlin atası qızını Araşa təhvil verib. Mərasim müddətində Araşın gəlindən bir anlıq belə baxışlarını çəkməməsi də qonaqları məmnun edib. Toy mərasimində gəlin və bəyin vətəni İran adət-ənənələri də unudulmayıb. İran adət-ənənəsi ilə Araş və Benazın başına üç dəfə şam fırladılıb. Sonra mərasimə bal gətirilib və bəylə gəlin balın dadına baxıblar.

Araş həyat yoldaşı Benaza toy münasibəti ilə platindən hazırlanmış və üzərində çoxsaylı brilyant qaşlar olan boyunbağı hədiyyə edib. Bu boyunbağı Araşa 400 min dollara başa gəlib. Benaz isə bu hədiyyənin qarşılığında Araşa üzünü tutaraq "İndi mən dünyanın ən xoşbəxt insanıyam" deyib. Araş isə Benazın bu sözləri qarşısında "Mən dünyanın ən gözəl, qayğıkeş, ağıllı qadını ilə evləndim" deyərək, Benazın alnından öpüb.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Bakı-Şamaxı avtoyolu istifadəyə verildi

İTV cəzalandırıldı

Qara Şəhər - Ağ Şəhər adlanacaq

"Eurovision-2009"da səsverənlərin siyahısı Azərbaycanda yoxdur"

Toyuq dönərinə qoyulan qadağa qüvvədədir

Bölmənin digər xəbərləri
 
Belarus teleaparıcı Ales Muxin Bakıda
"Nə? Harada? Nə zaman" intellektual yarışmaya aparıcılıq edəcək

"Şou-biznes bazardır"
Bu mühit musiqidən başı çıxmayanların məkanı?

Rəqqasə Fatimə üç ay Hindistanda yaşayacaq
Məqsəd - hind rəqslərini mükəmməl mənimsəmək

Nüşabə Ələsgərli rejissordan imtina etdi
Sənətçi seriala çəkilmək istəməyib

Rəqsanə yenidən Dubaya gedir
Müalicəsi davam edir

"Arzulayıram ki, kiçik radiom olsun"
Tahir İmanov auditoriya ilə söhbət etmək istəyir

Hollivud ulduzu psixiatriya xəstəxanasında
Ketrin Zeta-Cons əsəbilikdən əziyyət çəkir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər