Hal-hazırda Ayna qəzetinin 16.04.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 16.04.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Neftin qiyməti dünya iqtisadiyyatına əngəllər yaradır
Avropa benzinin bir litrinin 2 avroya satılacağından narahat olub
Şənbə, 16.04.2011

mətn ölçüsü  

Energetika Agentliyi bəyan edib ki, neftin bir bareli üçün qiymətin 100 ABŞ dollarından yüksək olması dünya iqtisadiyyatının inkişafına əngəl yaradır. Dünyada işgüzar fəallığın artma faktını nəzərə alan Beynəlxalq Energetika Agentliyi proqnozlaşdırır ki, yanacağa olan tələbat illik 1,6 faiz (sutkada 89,4 milyon barrelə qədər) artacaq.

Agentlik ekspertləri hesab edirlər ki, əgər qiymətlər bahalaşmaqda davam edəcəksə, tələbat azalacaq. Yanacaq idxalçıları, ilk növbədə Avropa ölkələri və ABŞ iqtisadiyyatı bu təzyiqə tab gətirməyəcək. Təkcə mart ayında benzinin qiyməti 30, dizel yanacağının qiyməti isə 40 faiz bahalaşıb.

Avropa ölkələrində benzinin ortalama qiyməti bir litr üçün 1,538 avrodur. Qiymət Amerikada - 0,694 avro, Böyük Britaniyada - 1,581 avro təşkil edir. Rusiyada qiymətlər Amerika səviyyəsindədir. Litr üçün ortalama 63 avrosent. Səudiyyə Ərəbistanı kimi ixracatçılar hələlik benzinin qiymətini aşağı səviyyədə saxlayırlar.

Bunu Fransa Neft Məhsulları İstehsalçıları Assosiasiyasının rəhbəri Jan-Lui Şilyanski deyir. "Hətta tezliklə benzinin litrinin 2 avroya satıldığını görsək də, biz davam etməliyik. Neftin axtarışına və xam neft hasilatına daha çox sərmayə qoymaq lazımdır", - deyə o bildirib.

Qeyd edək ki, benzinin litrinin 2 avro olacağı proqnozu ilə Fransanın Total neft şirkətinin rəhbəri də razıdır. Onun fikrincə, "qara qızıl"ın qiymətinin gözlənilmədən yüksəlişi Yaxın Şərqdəki böhranla əlaqəlidir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Xəzər regionunda terror təhlükəsi daha da artıb

Büdcə dəyişdirilib qəbul edildi

Prezident İlham Əliyev Balakəndə olub

Belarus bizdən neft almaq istəyir

Neftin qiyməti hələ artacaq

Bölmənin digər xəbərləri
 
Neft qıtlığı yeni iqtisadi böhran yarada bilər
Bu təhlükə isə real görünür

3 milyon vətəndaşın gəlirləri artacaq
Lakin əməkhaqlarının, pensiyaların və müavinətlərin nə qədər artırılacağı bəlli deyil

Bakı Metropolitenində korrupsiya halı aşkarlanıb
Hesablama Palatası 1 127,301 min manat məbləğində vergidən yayınma müəyyən edib



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər