Hal-hazırda Ayna qəzetinin 16.04.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 16.04.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Bakı Metropolitenində korrupsiya halı aşkarlanıb
Bakı Metropolitenində korrupsiya halı aşkarlanıb
Hesablama Palatası 1 127,301 min manat məbləğində vergidən yayınma müəyyən edib
Şənbə, 16.04.2011


E.İlkin
mətn ölçüsü  

Hesablama Palatası Vergilər Nazirliyi ilə birgə Bakı Metropoliteni tərəfindən dövlət vergilərinin qanunvericiliyə uyğun hesablanması və dövlət büdcəsinə ödənməsinin auditini aparıb. Palatadan bildirilir:

"Auditin əhatə etdiyi dövrdə Vergi Məcəlləsinin tələblərinə riayət edilməyərək qeyri-rezidentlər tərəfindən ölkə ərazisində işlərin görülməsinin vergilərə cəlb olunmaması səbəbindən dövlət büdcəsinə hesablanmalı olan ƏDV üzrə 693,4 min manat, qeyri-rezidentin gəlirindən ödəmə mənbəyindən vergi üzrə 433,9 min manat, ümumilikdə isə 1 127,301 min manat məbləğində vergilərin azaldılması, metro gedişi kartlarının satışından əldə olunan vəsaitlərin aylıq deyil, ilin son ayında ƏDV-yə cəlb edilməsi səbəbindən ƏDV-nin düzgün hesablanılmaması, vergi uçotunda durmayan fiziki şəxslərlə müqavilələrin bağlanması, dövlət əsaslı vəsait qoyuluşu üzrə xərclərin icrası zamanı göstərilən xidmətlərə görə əldə olunmuş vəsaitlərin bəyənnamədə nəzərə alınmayaraq gəlirlərin azaldılması, vergitutma məqsədləri üçün Vergi Məcəlləsinə uyğun olaraq gəlirdən çıxmalı olan xərclərin, o cümlədən əsasən əməkhaqqı xərclərinin, xammal və materialların alınması xərclərinin, sair xərclərin və qeyri-maddi aktivlərə hesablanmış amortizasiya ayırmaları üzrə xərclərin artırılması, gəlirlərdən çıxarılmasına yol verilən xərclərin gəlirdən artıq olan hissəsinin 5 ildən çox davam edən sonrakı dövrə keçirilərək həmin illərin mənfəəti hesabına kompensasiya edilməsi halları müəyyən edilib".

Buna baxmayaraq, Bakı Metropoliteni tərəfindən azaldılmış vergi məbləğləri, tətbiq edilməli olan maliyyə sanksiyaları üzrə ümumilikdə 1 765,5 min manat məbləğində vəsaitin auditdən sonrakı dövrdə dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Bundan başqa, işlərində yol verdikləri nöqsanlara görə Bakı Metropoliteninin İctimai-İaşə Kombinatının direktoruna, Tikilən Metropoliten Müdiriyyətinin rəisinə (eyni zamanda, Bakı Metropoliteninin rəis müavini) və baş mühasibinə töhmət, müqavilə münasibətləri şöbəsinin rəisinə və hüquq məsləhətçisinə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Hesablama Palatası Bakı Metropoliteni ilə yanaşı Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsində də nöqsan və çatışmazlıqlar aşkarlayıb. Palata bildirir:

"Auditlə ayrı-ayrı tədiyyə növləri üzrə dövlət büdcəsinə mədaxil proqnoz göstəricilərinin vergitutma bazasının tam şəkildə müəyyən edilmədən tərtib edilməsi, hesablanmış vəsaitlərin tam həcmdə dövlət büdcəsinə ödənilməsinin təmin edilməməsi, qeydiyyatda olan vergi ödəyiciləri üzrə vergilərin könüllü ödənilməsi səviyyəsinin aşağı olması, bir sıra vergi ödəyiciləri üzrə əlavə dövriyyələrin yaranması mümkün olan halların, zərərlə fəaliyyət göstərən vergi ödəyiciləri üzrə zərərin yaranmasının, həmçinin müvafiq hesabat dövrlərində böyük həcmdə dövriyyələrə malik olan ayrı-ayrı vergi ödəyicilərinin cüzi mənfəət əldə etmə səbəblərinin nəzarət tədbirləri ilə əhatə olunmayaraq araşdırılmaması, səyyar vergi yoxlamasının aparılması və nəticələrinin rəsmiləşdirilməsi zamanı bəzi hallarda Vergi Məcəlləsinin və digər normativ-hüquqi aktların tələblərinin tam şəkildə gözlənilməməsi, icarə haqları üzrə dövriyyələrin düzgün müəyyən edilməməsi, bir sıra vergi ödəyiciləri tərəfindən ƏDV üzrə öhdəliklərin yerinə yetirilməməsinin dövlət büdcəsinə olan borc məbləğlərinin əhəmiyyətli artımına təsir göstərməsi, borc məbləğlərinin ödənilməsinin təmin edilməsi üzrə müvafiq tədbirlər həyata keçirilsə də, əhəmiyyətli məbləğlərdə borcu olan vergi ödəyiciləri üzrə borcun ödənilməməsinin səbəblərinin ətraflı araşdırılmaması və nəticədə borc məbləğlərinin artmaqda davam etməsi, vergi öhdəliyinin icrasının təmin olunması məqsədilə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qəbul edilmiş məhkəmə qərarlarının icra edilməsi vəziyyətinin araşdırılmaması hallarına yol verilib".

Xəbər verilir ki, bir sıra vergi ödəyiciləri üzrə keçirilmiş əlavə vergi nəzarəti tədbirləri nəticəsində ümumilikdə 33,379 min manat vergi məbləği hesablanıb, bu vəsaitin 13,062 min manatının dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Eyni zamanda, audit zamanı yoxlanılmış dövlət büdcəsinə böyük məbləğlərdə borcu olan vergi ödəyicilərindən 5-i barədə Vergilər Nazirliyinin Vergi cinayətlərinin ibtidai araşdırılması Departamenti tərəfindən auditdən sonrakı dövrdə 5 cinayət işi başlanılıb.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Hesablama Palatasının hesabatı tənqid olundu

Nazirlik və komitələr Hesablama Palatasının hədəfində

Bölmənin digər xəbərləri
 
Neft qıtlığı yeni iqtisadi böhran yarada bilər
Bu təhlükə isə real görünür

3 milyon vətəndaşın gəlirləri artacaq
Lakin əməkhaqlarının, pensiyaların və müavinətlərin nə qədər artırılacağı bəlli deyil

Neftin qiyməti dünya iqtisadiyyatına əngəllər yaradır
Avropa benzinin bir litrinin 2 avroya satılacağından narahat olub



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər