Hal-hazırda Ayna qəzetinin 16.04.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 16.04.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Neft qıtlığı yeni iqtisadi böhran yarada bilər
Neft qıtlığı yeni iqtisadi böhran yarada bilər
Bu təhlükə isə real görünür
Şənbə, 16.04.2011

A.Akif mətn ölçüsü  

Ərəb ölkələrində qarşıdurmalar, münaqişələr genişləndikcə bunun dünya iqtisadiyyatına təsirləri də artır. Liviyada davam edən münaqişə fonunda neftin qiyməti yenidən yüksəlib. Nyu-Yorkun "NYMEX" birjasında WTİ markalı neftin qiyməti 1,49 dollar yüksələrək 108,83 dollar olub. Londondakı "İCE" birjasında isə Brent markalı neft 0,04 dollar bahalaşaraq 121,93 dollara çatıb.

Proqnozlara görə, Yaxın Şərqdə qeyri-sabitlik davam edərsə, "qara qızıl"ın bareli 300 dollara qədər qalxa bilər. Bununla bağlı Amerikanın aparıcı tədqiqat institutları, bir sıra ərəb ölkələri rəsmi açıqlama yayıblar. Neftin qiymətinin 300 dollar səviyyəsinə çatması dünya iqtisadiyyatını iflic edərdi. Yalnız məhsullar bahalaşmaqla qalmayıb, bir sıra sektorlar üzrə istehsal dayana bilər. O baxımdan, qarşıdakı aylar nibkinlik vəd etmir.

Artıq neft dövlətlərinin rəhbərliyi qeyri-sabitliyin müşahidə ediləcəyi halda bunun dünya iqtisadiyyatına, eləcə də neftin dünya bazar qiymətinə kəskin təsirləri olacağını bildirirlər.

Ekspertlərə görə, dünya bazarında neftin qiymətinin artımı ilə yanaşı neft qıtlığının baş verməsi də istisna deyil. Təkcə Səudiyyə Ərəbistanı gün ərzində dünya bazarına 10 milyon bareldən artıq neft çıxarır, eləcə də Liviyanın gündəlik töhfəsi 1,6 milyon barel idi. Yaxın Şərqdə qeyri-sabitlik dalğası genişlənərsə, həmin ölkələrin dünya bazarına neft ixracatında problemlər yaranacaq. Bu da yalnız neftin qiymətinin artmasına deyil, eyni zamanda neft qıtlığının yaranmasına səbəb olacaq.

Dramatik hadisələrin cərəyan etdiyi Liviyanın OPEK üzvü olması, ixrac olunan neftin əhəmiyyətli hissəsinin onun payına düşməsi və birdən-birə bu əlaqələrin kəsilməsi neft məhsullarının bu qədər qalxmasına rəvac verib. Amma bu heç də son hesab olunmur. Əlcəzair, Səudiyyə Ərəbistanı kimi zəngin enerji yataqlarına malik dövlətlər də inqilabın bir addımlığındadır. Əgər təkcə Əlcəzair neftinin ixracında problemlər yaransa, o zaman neftin bir bareli 200 dolları asanlıqla aşar.

"İqtisadi forum" jurnalının rəhbəri Samir Əliyev "Yaxın Şərqdə baş verən inqilablar neftin 200 dollara qədər bahalaşma ehtimalını artırıb. Bu proseslərə ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanının qoşulacağı təqdirdə "qara qızılın" 300 dollara çatacağı proqnozlaşdırılır.

REKLAM

Bahalaşma neft ölkələrinin gəlirlərinin fantastik artımına gətirib çıxarar. Bu ölkələrdə milli valyutanın bahalaşma prosesi gedir. Milli valyutanın möhkəmlənməsi isə iqtisadiyyatı zəiflədir. Azərbaycanın neft gəlirlərindən asılılığı getdikcə artır. Belə getsə, Azərbaycanın ixracında neft və neft məhsullarının payı 100%-ə çatacaq. Neftdən başqa ixraca heç nə göndərə bilməyəcəyik".

Ekspertin fikrincə, hökumət real iqtisadi islahatlara başlamasa, korrupsiya və inhisarın qarşısını almasa, Azərbaycanı da ciddi böhran gözləyir.

Samir Əliyevin dediyinə görə, dünya bazarında neftin bahalaşması və dolların ucuzlaşması fonunda ərzağın bahalaşması və bahalı ərzağın ölkəyə idxalı qiymət artımını şərtləndirir. İqtisadçının qənaətincə, Mərkəzi Bankın manatın bahalaşmasını həyata keçirən tədbirlər görməsi bununla bağlıdır. Bank bunu tədricən, nəzərəçarpmayan dərəcədə həyata keçirməyə çalışır. Mərkəzi Bank dolların sürətli ucuzlaşmasının qarşısını almaq üçün yanvar-fevral aylarında bazarda 1,7 milyon dollarlıq əməliyyat aparıb. Halbuki ötən ilin müvafiq dövründə bu əməliyyatların həcmi 1,4 milyon dollar təşkil edib. Son 3 ayda dollar manata münasibətdə dəyərini cəmisi 0,6 qəpik itirib. Baxmayaraq ki, dollar digər valyutalara nisbətən daha çox ucuzlaşıb:

"Azərbaycanda böyük ehtimalla dolların ucuzlaşma prosesi davam etdiriləcək. Yəqin ki, dollar 75-76 qəpiyə qədər ucuzlaşacaq"

S.Əliyev hesab edir ki, manatın möhkəmlənməsinə həmçinin neftin bahalaşması fonunda ölkəyə neft dollarının axını təsir göstərir. Xatırladaq ki, 2009-cu ildə milli valyutamız ABŞ dollarına nisbətən 0,2% ucuzlaşsa da, ötən il 1%-ə qədər möhkəmlənə bilib.

Qısası, neft qıtlığı dünya iqtisadiyyatında yeni böhran deməkdir. İqtisadçı alim Vüqar Bayramov deyir ki, ötən il müşahidə edilən qıtlıqla bağlı bu il kənd təsərrüfatı ölkələrində həmin məhsulların istehsalının artırılmasına cəhd ediləcək:

"Hələlik kənd təsərrüfatı məhsullarının istehsalının azalmasının davam etməsinə baxmayaraq, bir sıra məhsullar üzrə artım var. Lakin dünyada neft ixracatı sahəsində böhran yaransa, neft qıtlığı yalnız sənayeyə yox, aqrar sektora da təsir göstərəcək. Bu xüsusən kənd təsərrüfatı məhsullarının emalı ilə bağlı problemin yaranması və qiymətlərin artması ilə müşahidə ediləcək".

Alim dəyişikliklərin Yaxın Şərqdə baş verəcək proseslərin necə cərəyan etməsindən asılı olacağını da söyləyir: "Narazılıq dalğası Yaxın Şərqin digər ölkələrinə keçərsə, dünya iqtisadiyyatında gərginlik, neftin qiymətinin 1 barel üçün 300 dollara çatması reallaşacaq".

Hazırda ərəb ölkələrində kütləvi işsizlik problemi var. Bu, öz həllini tapmadan Qərb ölkələri özlərini təhlükəsiz hiss edə bilməzlər. Ekspertlərin fikrincə, Liviya hadisələrinin ardınca Əlcəzairdə, dərhal sonra isə Səudiyyə Ərəbistanında kütləvi etirazlar başlayacaq. Bu prosesləri nəzarətdə saxlamaq mümkünsüz hesab olunur. Bu, artıq böhranın başlanması deməkdir. Çünki söhbət heç də sözügedən ölkələrdə hakimiyyət dəyişikliyindən getmir. Sabitliyin bərpasını gözləmək lazımdır. Bu isə azı 2-3 il vaxt aparacaq.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Xəzər regionunda terror təhlükəsi daha da artıb

Büdcə dəyişdirilib qəbul edildi

Prezident İlham Əliyev Balakəndə olub

Belarus bizdən neft almaq istəyir

Neftin qiyməti hələ artacaq

Bölmənin digər xəbərləri
 
3 milyon vətəndaşın gəlirləri artacaq
Lakin əməkhaqlarının, pensiyaların və müavinətlərin nə qədər artırılacağı bəlli deyil

Bakı Metropolitenində korrupsiya halı aşkarlanıb
Hesablama Palatası 1 127,301 min manat məbləğində vergidən yayınma müəyyən edib

Neftin qiyməti dünya iqtisadiyyatına əngəllər yaradır
Avropa benzinin bir litrinin 2 avroya satılacağından narahat olub



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər